Cəlil Cavanşir ədəbiyyatdan və yaradıcılıqda imtina etdiyini elan edib
21.12.17
Yazar Cəlil Cavanşir ədəbiyyatdan və yaradıcılıqda imtina etdiyini elan edib.
Yazar bu qərara son kitabı olan "Sola dönmək qadağandır" kitabının təqdimat mərasimindən sonra gəlib.
Son kitabım "Sola dönmək qadağandır" çap olundu, təqdimatı və imza günü keçirildi. Üstəlik ön satış kampaniyası təşkil edilmişdi. "Təqdimatda 38 kitab satılmışdı. Dostlardan bir neçəsinin birdən artıq kitab aldığını düşünsək, bu da real oxucu sayı deyil. Təqdimatdan sonra kitab alanları da nəzərə alsaq, 100-110 civarında kitab satıldı. Bu ola bilsin ki, nəşriyyatın çəkdiyi xərcləri ödəsin və nəşriyyat ziyan etməsin. Amma bu göstərici heç 100 oxucu demək deyil. İndiyə qədər çap olunan bütün kitablarım 2017-ci il bu ayına qədər satılıb bitib. Hardasa, hansısa mağazanın tozlu anbarında bir-iki kitab qalıbsa, bundan xəbərsizəm. Yazılarıma, şeirlərimə və satılan kitablarıma gələn reaksiyaları nəzərə alsaq 2-3 min oxucum var. Mən yazıçı olaraq kitab satışından pul qazanmıram. Ciddi şəkildə bəyan edirəm ki, bundan sonra bədii yaradıcılıqla məşğul olmayacağam".
Yazar onu da qeyd edib ki, bu vaxta qədər çap olunmamış hekayələr və yarımçıq bədii yazılıranı kompüterinin yaddaşında qoruyacaq: "Ümid edirəm ədəbiyyatımız və oxucularımız bununla heç nə itirməyəcək. Tamamladığım son romanımı, çap olunmamış hekayə və şeirlərimi də arxivimdə, yəni kompyuterin yaddaşında bacardığım qədər qoruyub saxlayacam. Eyni zamanda heç bir kitabımın, şeirimin, hekayəmin, romanımın gələcək taleyi məni narahat etmir. Bir sözlə, əlvida, ədəbiyyat!" /moderator.az/
|