Səxavət Sahil - Postmodern sənətin estetikası
26.12.17

İndiki zaman bir daha çox "postmodern dövr” adlanır. Postmodern dövrü təkcə ədəbiyyatla bağlamaq düzgün deyil. Mədəniyyətin müxtəlif sahələrində özünü göstərən bu dövr ədəbiyyatdan əvvəl digər sahələrdə, məsələn musiqi, rəssamlıq, heykəltəraşlıq, memarlıq, kino kimi sahələrdə təzahür edir. Ardıcıl olaraq ədəbiyyatda bir növ öz məntiqi "nəticəsini” tapır. Və bütün bunlar modernizmin yarandığı, inkişaf etdiyi və sona çatdığı bir cəmiyyətdə baş verir. Çünki modernizmin mərhələlərini görməyən cəmiyyət heç vaxt postmodernizmi ortaya çıxara bilməz.
 Postmodernizm ilk baxışda qarmaqarışıq və mürəkkəb görünür. Yəni bunu əvvəlinin və axırının harada olduğu görünmür. Hansı tərəfdən istəsən baxa bilərsən. Təsəvvür edin ki, üst-üstə və yan-yana labirint mövcuddur, lakin bu labirintin çoxsaylı qapısı və ya çıxışı var. Belə olduğu halda bəs bunu harasa labirint sayılır? Postmodern çoxlu suallar doğurur. Bu sualların cavabı həm var, həm də yoxdur. Qısaca bu primitivliyi belə izah etmək olar. Xaos.
Son dövrlər yaranan bir sıra mətnlərdə ənənəvi girişi olmur. İstənilən yerdən mətnə giriş eləyib oxumaq mümkündür. Lakin bu o demək deyil ki, bu cür strukturlu mətn postmodern sayılmalıdır. Postmodern mətnin öz tələbləri, qanunları var.
 Daha çox Avropa və Amerikada təzahür edən postmodernizm haqqında alimlər müxtəlif mülahizələr səsləndirir. Bəziləri postmodernizm sərhədsiz və sonsuz hesab edərək onu mənasızlıq, boş bir şey, mətnin "sonuna” çıxdığını iddia edir. Bəziləri isə postmodernizmin konkret sərhədlərinin olduğunu, onun bir janr kimi formalaşdığını iddia edirlər. Göründüyü kimi ziddiyyətli və qarışıq bir mərhələ olan postmodernizm yeni polemikalar, yeni diskussiyalar yaradır.   
Postmodernizm estetikasına özündən əvvəlki ədəbi janrların və digər sənət mərhələlərinin mənimsəməsi də daxildir. Belə olduğu təqdirdə istər yazar, istərsə də rəssam və ya musiqiçi öz sahəsi ilə yanaşı digər sənətləri və onun keçmişindən də xəbərdar olmalıdır. Məsələn, yazıçının mətninə giriş "sərbəst” olduğu kimi, həmən mətndə istənilən dövrü də "tapmaq” mümkün olmalıdır. Burada iki məsələni nəzərdən qaçırmaq olmaz. Birinci məsələ odur ki, postmodernizm çox şeyi özündə birləşdirir. İkinci isə çox şeyi dağıdır, daşını daş üstə qoymur. Yaradıcılıqla dağıdıcılığı bir araya gətirir desəm yanılmaram, di, gəl ki, yaradıcılıqla dağıdıcılıq hansı məntiqlə bir yerdə ola bilər?!
 Yəni indiki dövrün insanı, tutaq ki, Misir piramidaları haqqında məlumat almaq və ya onu görmək istəyir. Bunun üçün Misirin qədim kitabxanasına getmək və ya yeddinci möcüzənin yerləşdiyi ünvana yollanmağa ehtiyac qalmır. Həmən o kitabxananın internet resurslarından yetərincə faydalanmaq, canlı yayımlar vasitəsi ilə də piramidalara tamaşa etmək mümkündür.
 Postmodern mətn də belədir. Eyni mətnin içində Fransa kralı Napoleonla dialoqa girərsən, qədim yunan qəhrəmanı ilə rastlaşarsan, birdən birə 16-cı əsrdə Roma kiləsində baş verən hadisələri görərsən, XVIII əsrdə Paris küçələrində faytonla gəzərsən. Yəni dövrün insanı necə yaşayırsa, necə işləyirsə, necə səyahət edib dünyanı gəzirsə, necə əylənirsə postmodern mətn də elə olmalıdır.
 Postmodernizm sənət kimi qəbul eləsək, onun estetik meyarlarını dərindən araşdırmaq lazımdır. Postmodernizmə təkcə mətn içində mətn və ya dekonstruksiya kimi baxmaq dəryadan bir damla götürməyə bənzəyir. Onun "qaydasız” olan hər bir qaydasına əməl etmək lazımdır. Bir iki elementindən istifadə postmodernizmə uğursuz cəhddən başqa bir şey deyil.
 

Yenililklər
04.05.24

Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində

03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.