Nəriman Əbdülrəhmanlıya “Şərəf” medalı verildi
26.12.17
Yazıçı Nəriman Əbdülrəhmanlı “Şərəf” medalı ilə təltif olunub. Bu barədə yazıçı özü məlumat verib.
O bildirib ki, "Borçalı" Cəmiyyəti hər il ilin yekunlarına görə Akademik Zahid Xəlilov adına "Türklüyə xidmət" mükafatı, ictimai və yaradıcılıq fəaliyyətinə görə "Şərəf" medalı və diplomlar verir: “Mən də 2017-ci ildə çap olunmuş "Taclı" romanıma və publisistik yazılarıma görə "Şərəf" medalına layiq görüldüm. Təqdimat mərasimi dekabrın 25-də "Xudafərin" sarayında keçirilən Dünya Azərbaycanlılarının Həmrəylik Günü tədbirində oldu.” /kulis.az/
|