Vüsal Bağırlı - Apdaykın “Terrorçu”  romanı haqqında qeydlər
23.02.18

Görkəmli Amerika yazıçısı Con Hoyer Apdayk 18 mart 1932-ci ildə Pensilvaniya ştatının Reding şəhərində doğulub. İki dəfə Pulitzer mükafatının laureatı olan yazıçının ən məşhur əsərləri bunlardır: “Dovşan, qaç”, “Kentavr” və “İstvud ifritələri”.

Apdaykın romanlarının yazılış tərzi və stili oçerk, esse üslubundadır və həmişə hadisələrə təfərrüatlı müəllif şərhləri ilə müşaiət olunur.

Ölümünə üç il qalmış nəşr olunan “Terrorçu” yazıçının sayca 28-ci,  yəni həm də sonuncu romanı hesab olunur. Burada ədib olduqca ağır bir mövzuya – beynəlxalq terrorizmə toxunur.
Əsər kiçik şəhərcikdə yaşayan amerikalı  gəncin necə terrorçuya çevirilməsindən bəhs edir. Müəllif demək istəyir ki, terrorun irqi, dini, milliyəti, ən əsası da bəraəti yoxdur. O, kənar müşahidəçi kimi heç bir halda qəhrəmanını təmizə çıxarmır, amma onun tutduğu yola, istiqamətə seyrçi təəsüfünü də gizlətmir. Bütün bunların fonunda, Apdayk sanki internet dövründən əvvəlki Amerikanın xiffətini də çəkir, onu nostalji cizgilərə bürüyür.

Əslində bu əsər konkret bir din haqqında deyil. Heç qəhrəman da dini fanatik, radikal düşüncə insanı  deyil. Əhməd Əşmavi Malloy damarlarında ərəb və irland (aydındır ki, bu təsadüfi seçilməyib) qanı axan dinc fikirli, yumşaq xarakterli gəncdir. O Nyu-Yorka yaxın olan kiçik bir şəhərcikdə yaşayır.

 18 yaşlı Əhməd məktəbi bitirir və öz gələcəyi barədə  dəqiq planlar cızmağa çalışır. O, sürücülük vəsiqəsi əldə edib, yük maşını sürücüsü kimi şirkətlərdə işləmək arzusundadır. Bunun üçün Əhməd xüsusi təlimatlar, ixtisas kitabları, peşə jurnalları oxuyur.

Təhsil aldığı məktəbdə öz həmyaşıdlarından seçilmək istəyən bu sadə oğlana elə gəlir ki, onu müqəddəs kitabın qaydalarına əməl etməyən, sevimli dinindən döndərməyə çalışan kafirlər ordusu əhatəyə alır. Gənc öz nəfsini, dinini ətrafını  hörümçək toru kimi saran internetin, informasiya kanallarının, televiziya və radionun hər cür “haram” təbliğat təsirlərindən qorumağa çalışır.

Yalnız öz işlərinə başı qarışmış rəssam anası oğlunun şəxsi həyatı, problemləri, düşüncələri ilə çox da dərindən maraqlanmır. Misirli atası isə, Əhməd hələ kiçik olarkən ailəsini atmış və çıxıb getmişdir. Həyatın yeni mərhələsinə qədəm qoyan gəncin məhz indi arxaya, dayağa, ona düzgün yol göstərən hamiyə ehtiyacı vardır.

O, bunları, naməlum Bermud üçbucağı, yəmənli Çarli Çehabın, yəhudi Cek Levinin və şeyx Rəşidin timsalında  tapmaq ümidindədir.

Bəs bunlardan hansı əsl atalıq qayğısı ilə, düzgün məsləhətləri ilə ona doğru yolu göstərəcək!? Əhməd təsir altına düşüb məhv olacaqmı, ya düzgün istiqamətə yönələcəkmi!?

Bütün bu sualların cavabını əsərlə tanış olduqdan sonra tapacaqsınız. Oxucuları və hər kəsi Apdaykın ən güclü əsəri sayılmasa da, oxunaqlı bir dildə yazdığı bu maraqlı romanla tanış olmağa dəvət edirəm.

Yenililklər
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.