Azərbaycan mühacirət tarixinə həsr edilmiş iki kitab
05.03.18

"Azərkitab – Kitab Təbliğatı Mərkəzi”ndə Azərbaycan mühacirət tarixinin tədqiqatçısı, publisist Dilqəm Əhmədin kitablarının imza günü keçirilib.

"Teas Press” Nəşriyyat Evindən bildiriblər ki, gənc müəllif Türkiyədə yaşadığı dövrdə Azərbaycan Xalq Cümhuriyyəti dövrünə aid nadir fotolar, arxiv sənədləri toplayıb. O, mühacirlərin ailə üzvləri ilə əlaqə quraraq, onların şəxsi arxivlərində saxlanılan və bu günə kimi geniş ictimaiyyətə məlum olmayan sənədləri əldə etməyə müvəffəq olub. Tədqiqatçının dörd il ərzində topladığı materiallar "TEAS Press” Nəşriyyat Evi tərəfindən "Fərqlilər” (2015) və "Mühacirlərin dönüşü” (2017) adı ilə çapdan çıxıb.
 Müəllif bildirib ki, "Fərqlilər” kitabında mühacirlərlə yanaşı, Azərbaycan tarixində önəmli rol oynamış şəxsiyyətlərin həyatı haqqında nadir materiallar təqdim edilib. Əsərdə Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin nadir fotoları və məktubu, Mirzə Şəfi Vazeh, Mirzə Fətəli Axundov, İsmayıl bəy Qutqaşınlı, Cəlil Məmmədquluzadə, Məhəmməd Səid Ordubadi, Əmin Abid Gültəkin, Üzeyir bəy Hacıbəyli, Əlimərdan bəy Topçubaşov, Nuru Paşa, Salman Mümtaz və digər görkəmli şəxsiyyətlərin həyatı haqqında maraqlı məlumatlar verilib.
Müəllifin "Mühacirlərin dönüşü” adlı ikinci kitabında Azərbaycan Xalq Cümhuriyyəti və mühacirət tarixinə aid 50-yə yaxın yeni material təqdim edilib. Kitabda Cümhuriyyətin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin 4 yeni fotosu, 3 məktubu, imzalı kitabları, vizitkaları, portretinin təsviri yer alıb. Həmçinin bir çox yazıçı və şairlərin həyatına dair fotolar və məlumatlar da ilk dəfə olaraq kitabda təqdim edilib.
 "Azərkitab – Kitab Təbliğatı Mərkəzi”nin layihə rəhbəri Mirisrafil Sabir Həsənov, Azərbaycan Respublikasının Əməkdar Rəssamı, Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə və digərləri Prezident İlham Əliyevin bu il yanvarın 10-da Nazirlər Kabinetinin iclasında 2018-ci ili ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsinin əhəmiyyətini xüsusi vurğulayıblar. Diqqətə çatdırılıb ki, dövlətimizin başçısının bu tarixi qərarı dövlətçilik tariximizdə ən önəmli hadisələrdən biridir.
 Tədbirdə Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları haqqında iştirakçılara ətraflı məlumat verilib, tariximizin bu şanlı səhifəsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Yenililklər
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
22.05.24
Kənan Hacı - Salman Mümtaz Leninə nə deyəcəkmiş?
22.05.24
2024-cü ilin Ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatının qalibi məlum olub
21.05.24
Professor Edmund Herziq: Nizami Gəncəvinin əlyazmalarının vahid kataloqu üç dildə nəşr ediləcək
21.05.24
Azərbaycanda iki teatrın adı dəyişdirilir və işçilərinin maaşı artırılır
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.