Qazax şairi Mağcan Cumabayın şeirlər kitabının təqdimatı olub
30.04.18

Astanada III Avrasiya Beynəlxalq Kitab Sərgisi çərçivəsində böyük qazax şairi Mağcan Cumabayın 9 dilə, o cümlədən Azərbaycan dilinə tərcümə olunmuş şeirlər kitabının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli qeyd edib ki, Mağcan Cumabayın şeirlərinin ana xəttini, vətən sevgisi, tarixi yaddaşın təzələnməsi, qazaxların və digər türk xalqlarının işğala və bolşevizmə qarşı milli mücadiləsi təşkil edir.

Qazaxıstan Yazıçılar Birliyinin sədri, şair Ulıkbek Esdaulet Mağcanın şeirlərinin eyni anda 9 dilə tərcümə olunmasının ciddi hadisə olduğunu bildirərək, onun əsərlərinin türk xalqlarının bir-birini daha yaxından anlaması, inteqrasiyası baxımından əhəmiyyətli olduğunu diqqətə çatdırıb.

Sonra şairin müxtəlif dillərdəki şeirlərindən nümunələr səsləndirilib.

Qeyd edək ki, Beynəlxalq Türk Akademiyasının layihəsi əsasında şairin anadan olmasının 125 illiyi münasibətilə tərcümə edilən kitabda Azərbaycan dilində şeirlər də yer alıb. Şeirləri Azərbaycan dilinə İctimai Televiziyanın Mərkəzi Asiya ölkələri üzrə təmsilçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Füzuli Məcidli çevirib.

Xatırladaq ki, 2018-ci il Qazax milli şairi, türk dünyasının böyük oğlu Mağcan Cumabayın anadan olmasının 125 illiyi şərəfinə Beynəlxalq Türk Akademiyası tərəfindən “Mağcan İli" elan edilib.

Qeyd edək ki, Qazaxıstanın və türk dünyasının böyük şairi Mağcan Cumabay 1937-ci ilin amansız repressiyalarının qurbanı olub.

Yenililklər
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.