Rizvanə Behin - Yağış yağır - tərif yağışı.
18.09.18

Rizvanə Behin Tehranda yaşayır. 1961-ci ildə Təbrizdə doğulub, atası Qazaxdan olduğu üçün bir yaşında ikən Azərbaycana gəlib, Bakıda yaşayıb. Orta məktəbi bitirdikdən sonra Neft-Kimya İnstitutuna daxil olub, oranı 1983-cü ildə qırmızı diplomla bitirib. Neft mühəndisi olsa  da həmişə ədəbiyyatı, xüsusilə də poeziyanı sevib. İlk şeirini üçüncü sinifdə yazıb. İnstitutu bitirdikdən sonra Elmlər Akademiyasında işləyib, anası iranlı olduğuna görə İrana qayıtmaq istəyib, 1984-cü ildə İrana qaıdıblar. İrada neft şirkətində işləyir və həmişə özünü Azərbaycana borclu sayır. Milli musiqimizə, muğamatımıza, ədəbiyyatımıza həmişə marağı olub. Bakıya tez-tez gəlir. Avanqard.net Rizvanə Behinin bir neçə şeirini oxuculara təqdim edir.








Keçəl Həmzə

Ağlama ürəyi yandıran sözə,
Dillərdə quruyan sözlərə ağla.
Ağlama ağlayıb kor olan gözə,
Doğru görüb danan gözlərə ağla.

Dünya insanları itirmədi, yox,
Əfsus ki insanlıq getdi dünyadan.
İndi göz yaşını öz içində boğ,
Kişilik, dəyanət itdi dünyadan.

Allahlıq eyləmək istədi insan,
Kişinin, qadının əsli dəyişdi.
Elə namərdlər var bəlkə Həmzə də
Qalsaydı utanıb yerə girmişdi.



Ağıllı - dəli

(Bakının 5-ci mikrorayon xatirəsi)

Köhnə məhləmizdə bir “dəli” vardı,
Hər gün eşidərdik yüksək səsini.
Küçə süpürərdi min bir şövq ilə,
Vicdanla görərdi vəzifəsini.

Quşlara daş atan dəcəl oğlanlar
Quş tək qaçardılar görünəndə o.
Bir şillə vurmuşdu qardaşıma da
Ağac budağını sındıranda o.

Bir anası vardı dünya varından
Xəstəydi, üstündə titrər, əsərdi.
Özü ac qarnına yeməyib, oğul
Anasına toyuq yedizdirərdi.

Bir gün qonum-qonşu yığışıb ona
Dedilər: ananı ver aparsınlar,
Qocalar evində yaxşı baxsınlar.
O özündən çıxdı: mən ölmüşəmmi,
Axır gününə tək baxaram özüm,
Sınsa da ayağlm, çıxsa da gözüm.

Ana ölən gündən oğul qəm çəkdi,
Taqət gətirmədi, bir neçə ayda
O da köçüb getdi ana dalınca,
Azaldı bir “ dəli” indi dünyada.

Köhnə məhlənizdə bir “dəli” vardı,
Bütün ağıllılar ona gülürdü.
Dünyanın qəribə işləri vardı,
Köhnə məhləmizdə bir “dəli” vardı.



Heyf

Ürəyim bir sınmış güzgüyə bənzər,
Orda surətin də çilik-çilikdir.
Onu sən sındırdın, ürəyimə yox,
Sənin surətinə heyifim gəlir.



Dənizə qovuşdur məni

(Sevgilisi dənizdə
işləyənlərin dilindən)

Dənizə gedirsən, məni də apar,
Apar göy dalğalar sinəsində sən.
Məni iztirabın köksündən qopar,
Boğulum o dəniz gözlərində mən.

Xəzərin səsini dinləyək birgə,
Sehirli dünyaya məni də apar.
Sularda iz salsın qoy qoşa kölgə,
Başımız üstündə yansın ulduzlar.

Dənizdən titrəyən külək səsinə
Qatım sinəmdəki haray səsimi.
Dalğalar can versin cansız qəlbimə,
Ulduzlar dinləsin nəğmələrimi.

Dənizə vurğunam, bir də ki sənə,
Dərinsən mənimçün dənizlər kimi.
Gəl son qoy, əzizim, sənsizləyimə,
Dənizsən, dənizə qovuşdur məni.



Qarpız

Səhərdən axşamacan
Yağış yağır - tərif yağışı.
Hamı tərifləyir bir-birini,
Gördüyünü, eşitdiyini,
Görmədiyini, eşitmədiyini,
Bildiyini, bilmədiyini.
Tərifləyənlər cılızlaşır,
Təriflənənlər qürrələnir,
Başlar şişir, böyüyür,
Yenə yağış yağır  tərif yağışı.
Eyni sözləri eşitməkdən deyən xəstələnirəm,
Gözlərim zəifləyib,
Hara baxıramsa baş yerinə
Şişmiş qarpız görürəm.

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.