Elçin Hüseynbəyli - Ömrü kəpənək qədər oldu...

18.09.18

Yay tətilindən sonra ilk yazımı kədərli bir hadisəylə başlamalı oldum, dostlar.

Media izləyicilərinin xəbəri var.  İstedadlı gənc yazarımız, gözəl və lətafətli xanım Nigar İsmayılqızını itirdik.

Onun ölüm xəbərini mənə Mirmehdi Ağaoğlu verdi və xahiş elədi ki, işlədiyi sayt üçün Nigar haqqında bir neçə kəlmə yazım. Mən qanı qanımdan, canı canımdan olmayan bir neçə  adamın vəfatından sarsılmışam. Onlardan biri də (Tanrıya tapınaq ki, sonuncu olsun!) Nigar İsmayılqızıdır.

Mirmehdiyə Nigar barədə bunları yazıb göndərdim: "Nigar İsmayılqızı mənimçün, həm də elə onu sevənlər üçün bir Günəş idi:  parladı və söndü. Hər nəydisə bizdən getdi. Mən onun iki kitabının redaktoru, bir kitabının ön sözünün müəllifi olmuşam.

Vətən, Qarabağ düşüncəsi, türk-azərbaycan birliyi onun fəaliyyətinin əsasıydı.

Həyatsevəriydi. Birgə planlarımız vardı.

O, vətən üçün çox işlər görərdi, amma ömrü kəpənək qədər oldu.

Biz özümüz də kəpənəyik!

Görüşənədək, dost!!!"

Onunla ilk tanışlığımı xatırlamıram. Bir gecə qəfil mesajıyla özü yadıma saldı. "Sevən ürək" logini altında təxminən belə yazmışdı: "Salam, Eçin müəllim. Mən indi İstanbuldayam. Öncələr televiziyada işləyirdim və sizdən də bir neçə dəfə müsahibə almışam. Sizə bir neçə yazı göndərirəm. Əgər onları bəyənsəniz, istərdim ki, kitabımın redaktoru olasınız... Hörmətlə, Nigar İsmayılqızı." Hətta şəklini də göndərmişdi ki, onu tanıya bilim.

Çox intizamlı, səliqə-səhmanlı, sədaqətli bir insan idi.

Mən onun yazılraını oxudum və gördüm ki, bu gənc, doğrudan da istedadlıdır: özünəməxsus təhkiyəsi, gözəl müşahidə qabliyyəti və vizuallığı var. Xarakterlər və situasiyalar yarada bilir. Mən onun kitabının redaktoru oldum, "Sevən ürəyin gecə zəngi..." adlı ön söz də yazdım.

Sonralar onun "Savaşçı" adlı kitabının redaktoru və Atatürk Mərkəzində aparıcısı oldum. "Pamukun qonşusu", "İstanbuldan Bakıyacan və dönüş" adlı kitabının da moderatorluğunu elədim.

Mənim zəmanətimlə Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul edildi, bir illik prezident təqaüdünə layiq görüldü...

Şükranlığı yerlə-göyə qədər idi. Sevinirdi...

O, aprel döyüşlərinin şəhidi, nakam qəhrəmanımız Əbdülməcid Axundov haqqında  "Ölsəm... yaşat" adlı sənədli filmini də böyük ürək və zövqlə çəkdi. Filmin təqdimatında ilk söz mənə verildi, amma elə kövrəlmişdim ki, bir kəlmə də deyə bilmədim. Nigar sonralar öz statusunda bu barədə kövrək sözlər yazmışdı.

Bayaq dedyim kimi, onun çoxlu planları və arzuları vardı. Təxminən üç ay qabaqkı görüşümüzdə onlar barədə mənə danışdı. Təklif etdi ki, onunla birgə Türkiyədə bir film çəkək, həyat yoldaşımla məni Türkiyə telekanallarından birində gedən verilişə dəvət etmək istəyirdi...

Və qəfildən bu zəhrimar, lənətə gəlmiş xəstəlik. Hər şey elə sürətlə baş verdi ki...

Mən hələ bir neçə il öncə onun kitabına ön söz yazanda bu sətirləri qələmə alacağıma inana bilməzdim. Amma həyat həyatdır, dünya vəfasızdır.

Biz həm də  bizi tərk eləyən insanlar üçün yaşayırıq. Çünki nə qədər  sağıq onları xatırlayırıq və xatılayırıqsa, deməli, onlar da bizim yanımızda, qəlbimizdədirlər.

Əzəl-axır hamımız eyni məkana gedəcəyik. Amma gənclərin ölümünə ona görə ağlayırıq ki, onları bu dünyada sevənlər daha çoxdu. Orda onları gözləyənlər azdı.

Allah Nigar İsmayılqızına və dünyadan gənc köçənlərin hamısına rəhm eləsin. Tanrı o dünyalarını versin!

Amin!!!

16 sentyabr, 2018

/olaylar.az/

Yenililklər
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
22.05.24
Kənan Hacı - Salman Mümtaz Leninə nə deyəcəkmiş?
22.05.24
2024-cü ilin Ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatının qalibi məlum olub
21.05.24
Professor Edmund Herziq: Nizami Gəncəvinin əlyazmalarının vahid kataloqu üç dildə nəşr ediləcək
21.05.24
Azərbaycanda iki teatrın adı dəyişdirilir və işçilərinin maaşı artırılır
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.