“Don Kixot” Gənc Tamaşaçılar Teatrının səhnəsində
19.09.18

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 2018-ci ilin üçüncü rübü üçün təsdiq edilmiş repertuar planına uyğun olaraq Migel De Servantesin “Don Kixot” əsəri əsasında eyniadlı tamaşanın məşqləri davam edir. İyulun 3-dən tamaşanın ilk məşqlərinə start verilib və səhnə həlli ilə bağlı yaradıcı heyətlə müzakirələr aparılıb. Teatr kollektivinin məzuniyyətdən qayıtması ilə isə artıq səhnədə tamaşanın gərgin məşqlərinə başlanıb.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tamaşanın quruluşçu rejissoru, Əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, tamaşanın plastik həlli Ceyhun Dadaşov, rejissor assistenti Sona Mustafayevadır.

Tamaşanın quruluşçu rejissoru Bəhram Osmanov üzərində işlədiyi əsəri belə şərh edib: “Klassik kanonları dağıdaraq daha çox sosial, müasir, XXI əsrin insanını narahat edə biləcək problemləri ön plana çəkmək istəyirik. İnsana xas olan ləyaqət, insaf, mərhəmət, mərdlik kimi üstün cəhətləri qabartmağa çalışmışıq. Ekstremal vəziyyətdə insani hisslərin öz yerini bunun antonimi ola biləcək duyğulara verməsi və bütün bunlara qarşı təkcə vuruşan, döyüşən Don Kixot haqqında düşünməyə, tamaşaçını ona yenidən, ayrı baxış bucağından nəzər salmağa çağırırıq. Əsər əsrlər öncə yazılmasına baxmayaraq, bu gün üçün də aktualdır. İnsanların başına gələn mənəvi, psixoloji, sosial bəlaların kökünü açmağa, göstərməyə çalışırıq”.

Bütün bu qəliz mətləblərə, klassik əsərin özünəməxsus tələblərinə baxmayaraq, tamaşa tragikomediya janrında qurulur. Tamaşada dahi bəstəkar Qara Qarayevin “Don Kixot” qravürlərindən, həmçinin rus bəstəkarı Aleksey Rıbnikovun əsərlərindən istifadə olunacaq. Tamaşa şərtilik üzərində qurulduğu üçün səhnə tərtibatında da bu şərtilik gözləniləcək. Zamanı, zəmanəni dəyişməyə çalışan Don Kixot bunları simvolizə edən böyük bir saatla mübarizə aparacaq. Yaradıcı heyət Don Kixotun vasitəsilə “Dünyanı insanlıq, mərhəmət xilas edəcək” mesajını ötürəcək…

Yeni səhnə əsərində Xalq artisti Qurban İsmayılov, Əməkdar artistlər Şövqi Hüseynov, Elşən Çarhanlı, aktyorlar Mehriban Hüseynova, Təhminə Məmmədova, Xalidə Şərifova, Ədalət Əbdülsəməd, Elnur Hüseynov, Elşən Hacıbabayev və teatrın digər sevilən aktyorları rol alıblar.

Tamaşanın premyerası oktyabr ayının sonuna nəzərdə tutulub.

Yenililklər
01.12.21
“Aşıq sənətinin Ələsgər zirvəsi” mövzusunda beynəlxalq elmi konfrans keçirilib
27.11.21
Kənan Hacı - Yazı sənətinin tarixi
24.11.21
Təranə Vahidin “Qarışqa təqvimi” çap olunub
23.11.21
Muni Vitçer - Altıncı Ayın qızı Nina    
23.11.21
İlk dəfə olaraq “Arı” və “Mirat” satirik jurnalları transfoneliterasiya edilərək yeni əlifbada toplu halında nəşr edilib
22.11.21
Cəmşid Cəmşidovun tərcüməsində Muni Vitçerin əsəri çap olundu
22.11.21
Turan Yazqan: Türk dünyasının səsi
17.11.21
“Nizami Gəncəvi sözünün orbitində” kitabının təqdimatı keçirilib
17.11.21
Türkiyənin məşhur şairi Sezai Karakoç vəfat edib
17.11.21
“Nizami Gəncəviyə məktub” beynəlxalq esse müsabiqəsi elan olunur
17.11.21
Elçin Hüseynbəylinin “Vida” romanı çap olunub
17.11.21
BAFTA qısa filmləri Bakıda nümayiş olunacaq
11.11.21
“Nizami Gəncəvinin poetik portreti” kitabı nəşr olunub
11.11.21
“Şərq irsi” adlı Beynəlxalq Müasir İncəsənət Sərgisi açılacaq
08.11.21
Kənan Hacı - Ekspress qatarında eksperimental mozaika
08.11.21
Fəxri Uğurlu - Klassikanı diri saxlamaq
08.11.21
"Şuşa" sənədli filminin təqdimatı olub
08.11.21
4+4: rəqəmsal namə
08.11.21
İsfar Sarabski Parisdə iki gün konsert verib
05.11.21
“Hədəf Nəşləri”nin təsisçisi Şəmil Sadiqin ƏDV ilə bağlı müzakirələrə əlavə və dəyişiklərlə bağlı təklifləri
05.11.21
Kənan Hacı - Yazıçılarımız nəyi bacarmır?
04.11.21
Qələbə ilə bitən ilk roman
04.11.21
Ədəbiyyat İnstitutunda Məhəmməd İqbalın “Seçilmiş əsərləri”nin təqdimatı keçirilib
04.11.21
Azad Qaradərəli - Qara sevda
03.11.21
"Qarabağın qara kitabı" və "Qarabağ - qələbəyə doğru" kitablarının təqdimat mərasimi keçirilib
03.11.21
Kənan Hacının “Hakimə açılan atəş” romanı oxucularıın böyük marağına səbəb olub
02.11.21
“Şuşa, sən azadsan!” və “Biz” filmləri təqdim olunacaq
02.11.21
Rusiyanın Tretyakov Qalereyasında Tahir Salahovun sərgisi açılıb
02.11.21
Şamaxıda Yaradıcılıq Mərkəzi istifadəyə verilib
01.11.21
Altı əsr yaşı olan xalça 5,4 milyon dollara satışa çıxarılacaq
01.11.21
Nizami Kino Mərkəzində “Fulya” sənədli filminin premyerası olub
01.11.21
Zahid Sarıtorpağın İranda kitabı çap olunub
01.11.21
Vidadi Babanlının "Sabaha ismarıc" adlı romanı çap olunub
01.11.21
Poetik diktatura - Firuz Mustafa yazır
26.10.21
Çempion idmançı, istedadlı aktyor və doktorant
25.10.21
Azad Qaradərəli -  Zəngəzur ağacları
24.10.21
I Sumqayıt Kitab Sərgisi keçiriləcək
22.10.21
Kənan Hacı: “Güclü xarakterə malik insan haqqında yazmaq ikiqat çətindir” - Müsahibə
21.10.21
"Cəbrayıl əfsanəsi"nin təqdimat mərasimi olacaq
20.10.21
Türkiyədə təşkil olunan Beynəlxalq Şeir və Ədəbiyyat Festivalında ölkəmiz də təmsil olunur
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.