Gürcüstanda Nəriman Nərimanova həsr olunan tədbir keçirilib
20.09.18

Gürcüstanın Marneuli rayonunda Azərbaycanın görkəmli dövlət xadimi və ədibi Nəriman Nərimanovun həyat və yaradıcılığının təbliğinə həsr olunan görüş keçirilib.

“Report”un yerli bürosu xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstan nümayəndəliyinin təşkilatı dəstəyi ilə baş tutub.

Görüşdən öncə Nəriman Nərimanovun Bakıdakı Ev Muzeyinin direktoru Kamilə Hüseynova, Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşı Rəhim Rəhimzadə, azərbaycanlı ziyalılar və gənclər N.Nərimanovun Marneulidəki büstünü ziyarət edərək önünə gül dəstələri qoyublar.

Çay evində keçirilən tədbirdə çıxış edən gənc fəal Aygül İsayeva bildirib ki, əsas məqsəd N.Nərimanovun gənclər arasında düzgün və tarixi faktlar əsasında tanıdılmasıdır: “Nəriman Nərimanovun həyat və fəaliyyəti Gürcüstanla sıx bağlı olub və o, həmişə bu ölkədə xüsusi hörmət və ehtiramla yad edilib. Onun Gürcüstanda böyük xidmətləri olub və Nəriman Nərimanov iki xalq arasında dostluq simvolu kimi tanıdılmalıdır. Azərbaycanlı gənclər və Gürcüstan ictimaiyyəti arasında Nəriman Nərimanovun olduğu kimi təbliğ olunmasına böyük ehtiyac var. Ədibin tanıdılması üçün onun əsərləri gürcü dilinə tərcümə olunmalıdır”.

Nəriman Nərimanovun Bakıdakı Ev Muzeyinin direktoru Kamilə Hüseynova isə bildirib ki, görkəmli dövlət xadimi və yazıçının zəngin irsinin gənclər arasında tanıdılmasının böyük əhəmiyyəti var: “Gənclər Nəriman Nərimanovun yaradıcılığı, onun haqqında tədqiqat işləri ilə yaxından tanış olmalıdırlar. Tbilisidəki böyük ədibin Xatirə Muzeyinin zəngin fondu var. Məktəblilər və gənclər Nəriman Nərimanovun həyat və yaradıcılığı ilə tanış olmaq üçün muzeyə baş çəkməlidirlər. Bu işdə müəllimlərin üzərinə böyük məsuliyyət düşür”.

K.Hüseynova qeyd edib ki, 2020-ci ildə N.Nərimanovun anadan olmasının 150 illiyi ilə bağlı Gürcüstanda da tədbirlərin keçirilməsi planlaşdırılır.

“SOCAR Georgia Gas” şirkətinin direktoru Azər Məmmədov da N.Nərimanovun Gücüstan azərbaycanlıları arasında tanıdılmasının vacib olduğunu qeyd edib: “Nəriman Nərimanovu tanımaq yaşadığı yerdən asılı olmayaraq hər bir azərbaycanlının mənəvi borcudur. Onun Gürcüstanda tanıdılması üçün gələcəkdə belə görüşlər daha geniş formatda keçirilməlidir”.

A.Məmmədov atası, N.Nərimanovun ilk tədqiqatçısı olan Vəli Məmmədovdan da söz açıb. O, atasının N.Nərimanovun həyatı və irsinə dair zəngin materialları necə topladığının şahidi olduğunu vurğulayıb.

Görüşdə N.Nərimanovun Gürcüstanda tanıdılması, adının əbədiləşdirilməsi ilə bağlı təkliflər səsləndirilib və onların ətrafında fikir mübadiləsi aparılıb.

Sonda N.Nərimanovun Bakıdakı Ev Muzeyinin adından Marneuli Çay evinə üzərində böyük dövlət xadimi və ədibin şəkli olan xalça hədiyyə olunub.

Yenililklər
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
22.05.24
Kənan Hacı - Salman Mümtaz Leninə nə deyəcəkmiş?
22.05.24
2024-cü ilin Ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatının qalibi məlum olub
21.05.24
Professor Edmund Herziq: Nizami Gəncəvinin əlyazmalarının vahid kataloqu üç dildə nəşr ediləcək
21.05.24
Azərbaycanda iki teatrın adı dəyişdirilir və işçilərinin maaşı artırılır
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.