Anardan yeni kitab: “Səhər-səhər”
08.10.18

Bugünlərdə Xalq yazıçısı Anarın “Səhər-səhər” adlı yeni kitabı işıq üzü görüb.

“Mütərcim” nəşriyyatında çıxan kitabda müəllifin 2017-ci ildə “525-ci qəzet”də dərc olunmuş şənbə yazıları - esseləri və publisistik məqalələri toplanıb. “Səhər-səhər” və “Başqa yazılar” adlı iki hissəyə bölünən kitabın ön sözünün müəllifi “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, son sözünün müəllfi isə Anar yaradıcılığının tədqiqatçısı, yazıçı Pərvindir. Kitabın üz qapağındakı “Səhər” fotosu müəllifin özünə, arxa qapağındakı “Səhər” tablosu isə Xalq rəssamı Tahir Salahova aiddir.

Rəşad Məcid kitaba yazdığı “Anarın və hamımızın “Səhər-səhər”i adlı ön sözdə Xalq yazıçısı Anarın əsərlərinin “525-ci qəzet”də qəzetin fəaliyyətə başladığı ilk illərdən böyük məmnunluqla çap olunduğunu xatırladır, yazıçının bir sıra əsərlərinin ilk dəfə məhz “525”də işıq üzü gördüyünü qeyd edir: “Onun məşhur “Kim Dali, yaxud yaşasın söz azadlığı” hekayəsini ardıcıl bir neçə il 3 May Ümumdünya Mətbuat Azadlığı Günü münasibətilə çap etdiyimiz yadımdadır. “Gecə düşüncələri” silsiləsindən olan esseləri də “525-ci qəzet”də çıxıb... “Ağ qoç, qara qoç” romanını ilk dəfə bütöv halda oxumağımı, kiçik bir giriş sözü ilə qəzetdə hissələrlə çap etməyimizi heç unutmuram”. Ön sözdə Anarın Azərbaycan üçün taleyüklü bir məqamda “Ağ qoç, qara qoç” kimi dəyərli bir əsər ortaya qoyması “böyük vətəndaşlıq mövqeyi, ən ciddi ziyalı missiyası” kimi qiymətləndirilir. R.Məcid daha sonra Xalq yazıçısının “Yaşamaq haqqı” traktatının hələ Azərbaycan dilində kitab halında çap olunmazdan əvvəl hissə-hissə “525-ci qəzet”də oxuculara təqdim olunduğunu, düz bir il davamlı dərc edilən yazıların çox böyük maraqla qarşılandığını vurğulayır. Qeyd edir ki, Anarın bir il ərzində yazdığı və “525”də dərc olunan esse və publisistik yazıları yazıçının yaradıclığının məntiqi davamıdır: “...Bu il Xalq yazıçısı Anarın 80 illik yubileyi qeyd olunur. Yazıçının bu yubileyi münasibətilə bir çox yazılar, kitablar işıq üzü görüb. Bu kitab da yubileylə bağlı nəşrlərdən biridir. Düşünürəm ki, “Səhər-səhər” 80 yaşlı Xalq yazıçısı Anarın da, 25 yaşlı “525-ci qəzet”in də ömründə xüsusi hadisə hesab edilə bilər”.

Kitabda yer alan yazıların hər birində - istər “Səhər-səhər”, istərsə də “Başqa yazılar” bölümündəki esse və publisisktik qeydlərdə Xalq yazıçısı ən müxtəlif mövzilara toxunur, “Yeni il gecəsində add-budda fikirlər”dən “Qarabağımızın qövr eləyən yaraları”na, “Cocuq Mərcanlının cocuqları”na, “Zori Balayanın növbəti sayıqlamaları və bəzi başqa məsələlər haqqında” qeydlərə qədər “Vətənimiz... Paytaxtımız... Dilimiz”in problemlərinə işıq salır, konkret məsələlərlə bağlı fikir və mülahizələrini bildirir. Bir il ərzində “525-ci qəzet”in şənbə saylarında dərc edilən, sonda bir toplu halında işıq üzü görən kitabda cəmlənmiş yazıların mahiyyəti, qayəsi ilə bağlı suala, ən müfəssəl cavabı elə Xalq yazıçısının bu kitabda yer alan “Əlvida 17, salam 18!” başlıqlı essesində tapmaq olar: “Düz bir il bundan qabaq “525-ci qəzet”in redaksiyası mənə hər həftə  “Səhər-səhər” adlı rubrikaya yazılar yazmağı təklif etdi. Razılaşdıq ki, qəzetin hər şənbə nömrəsində dərc ediləcək çeşidli yazılar ən müxtəlif mövzularda, müxtəlif janrlarda olacaq. Doğrudan da bir il ərzində bir şənbəni də boş buraxmadan bu rubrika üçün fərqli janrlarda yazılar yazdım - esselər, məqalələr, kiçik hekayələr, şeir tərcümələri, xatirələr, yubiley təbrikləri, resenziyalar, romandan parçalar, müsahibələr... Bir çox hallarda ölkədə və dünyada baş  verən ictimai siyasi hadisələrə münasibət bildirildi, mədəniyyətlə, ədəbiyyatla, sənətlə bağlı problemlər barədə mülahizələr söyləndi”.   Və bu yazıların hər birində oxucunun yoluna mahir yazıçı, müdrik ağsaqqal uzaqgörənliyi işıq salır. Yazıçı Pərvinin kitaba yazdığı “Səhərin səfiri” başlıqlı son sözündə deyildiyi kimi, “Anar yaradıcılığına bütöv nəzər salanda görürsən ki, yazıçı ömrü boyu millətini yazıb. Təkcə publisistikası, kinoları, siyasi çıxışları, Azərbaycançılıq ideyalarını əks etdirən nəsri yox, bütün əsərləri hansısa şəkildə millətin ifadəsidir. Hətta zahirən dünyadan təcrid olunmuş, başqa adam təsiri bağışlayan Təhminə də xalq mahnılarından danışır, onların məzmununu təhlil edir öz aləmində. Bu mənada elə “Səhər-səhər” kitabı da Anarın böyük ideyasını əks etdirir”. /525.az/

Yenililklər
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
22.05.24
Kənan Hacı - Salman Mümtaz Leninə nə deyəcəkmiş?
22.05.24
2024-cü ilin Ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatının qalibi məlum olub
21.05.24
Professor Edmund Herziq: Nizami Gəncəvinin əlyazmalarının vahid kataloqu üç dildə nəşr ediləcək
21.05.24
Azərbaycanda iki teatrın adı dəyişdirilir və işçilərinin maaşı artırılır
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.