Azərbaycan Əlifbası və Azərbaycan dili (Dövlət dili) Günü ilə bağlı təklif
08.10.18

Tanınmış türkoloq alim Güllü YoloğluAzərbaycan Əlifbası və Azərbaycan dili (Dövlət dili) Günü ilə bağlı təkliflə çıxış edib. Türkoloqun təklifini olduğu kimi yayınlayırıq:
Məlumdur ki, 1922-ci ildə Azərbaycan hökumətinin qərarı ilə yaradılmış Yeni Əlifba Komitəsinə Azərbaycan (türk) dili üçün latın qrafikalı əlifba tərtib etmək tapşırığı verilmişdir. Azərbaycan rəsmi olaraq 1923-cü il oktyabrın 20-də latın qrafikalı əlifbaya keçmiş və 1929-cu il yanvarın 1-dən etibarən Azərbaycanda kütləvi şəkildə latın qrafikalı əlifba tətbiq edilmişdir. Moskvanın göstərişi ilə 1940-cı il yanvarın 1-dən kiril qrafikalı əlifbaya keçmək haqqında qərar qəbul olundu…

Sovetlər Birliyi dağıldıqdan sonra Azərbaycanda yenidən latın qrafikalı əlifbaya keçidlə bağlı təşəbbüslər irəli sürülməyə başlanılmışdır. 1 avqust 1990-cı il tarixində alim Afad Qurbanovun təşəbbüsü ilə Azərbaycan Əlifba Komissiyası yaradılmış, onun özü də komissiyanın sədri təyin edilmişdir. 25 dekabr 1991-ci ildə “Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi qaydası barədə Azərbaycan Respublikası Ali Soveti Milli Şurası Qərar da qəbul etmişdir.

Ümummilli liderimiz Heydər Əliyev Azərbaycanda latın qrafikalı əlifbanın tətbiq olunması yönündə müəyyən addımlar atmış, “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il tarixli və “Azərbaycan əlifbası və Azərbaycan dili gününün qeyd edilməsi haqqında” 9 avqust 2001-ci il tarixli fərmanları ölkənin ictimai-siyasi həyatında mühüm hadisə olmuşdur.

“Dövlət müstəqilliyinin başlıca rəmzlərindən biri sayılan ana dilinə dövlət qayğısının daha da artırılmasını təmin etmək, Azərbaycan ədəbiyyatı, mədəniyyəti və elminin ən gözəl nümunələrini müasir dövrdə təbliğ etmək və gələcək nəsillərə çatdırmaq məqsədilə Azərbaycan dilində əvvəllər kiril qrafikasında çap olunmuş əsərlərin latın qrafikası ilə yenidən nəşrinin kütləvi şəkildə həyata keçirilməsi zərurətini nəzərə alaraq” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də 12 yanvar 2004-cü ildə “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncam imzalamışdır…

Ümummilli Lider Heydər Əliyev 2001-ci il avqustun 9-da imzaladığı fərmanla avqustun 1-i Azərbaycan Respublikasında Azərbaycan Əlifbası və Azərbaycan dili Günü elan edilmişdir. Qeyd etdiyimiz kimi, 1 avqust 1990-cı il tarixində Azərbaycan Əlifba Komissiyası yaradılmışdır. Komissiyanın yaradıldığı günün, yəni 1 avqustun Azərbaycan Əlifbası və Azərbaycan dili Günü elan edilməsinin təsadüf olduğunu düşünürük…
O da məlumdur ki, 1 avqustda ölkəmizin bağçadan tutmuş ali məktəblərə qədər bütün tədris müəssisələri tətildə olurlar. 1 avqust tarixini Azərbaycan Əlifbası və Azərbaycan dili Günü olaraq yalnız bəzi kütləvi informasiya vasitələri yada salır. Bu günün aid olduğu əsas auditoriya bu Günün qeyd olunması prosesindən kənarda qalır, nəticədə belə önəmli bir hadisə çox sönük keçir və layiqli qiymətini almır.

Bunu Milli Ordu günümüzlə bağlı da söyləyə bilərik. Bu gün də yay fəskinə təsadüf etməsinə baxmayaraq, hələ də 23 fevral tarixini qeyd edənlər var.

Müstəqil Azərbaycan Respublikasında latın qrafikalı Azərbaycan əlifbasının bərpa edilməsi böyük tarixi əhəmiyyət kəsb etdiyindən təklif edirik ki:

Azərbaycan Əlifbası və Azərbaycan dili Günü 1 avqust tarixindən 1923-cü ildə Azərbaycanın rəsmi olaraq latın qrafikalı əlifbaya keçdiyi günə, yəni 20 oktyabr tarixinə keçirilsin.

GÜLLÜ YOLOĞLU
türkoloq

Yenililklər
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
22.05.24
Kənan Hacı - Salman Mümtaz Leninə nə deyəcəkmiş?
22.05.24
2024-cü ilin Ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatının qalibi məlum olub
21.05.24
Professor Edmund Herziq: Nizami Gəncəvinin əlyazmalarının vahid kataloqu üç dildə nəşr ediləcək
21.05.24
Azərbaycanda iki teatrın adı dəyişdirilir və işçilərinin maaşı artırılır
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.