III “Məmməd Araz poeziya günü”nə yekun vurulub
10.10.18

III “Məmməd Araz poeziya günü” çərçivəsində şairin anadan olmasının 85 illiyinə və respublika üzrə şeir müsabiqəsi qaliblərinin mükafatlandırılmasına həsr edilən mərasim keçirilib. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Azərbaycan Yazıçılar Birliyi və Xəzər Universitetinin birgə təşkilatçılığı ilə reallaşan yekun tədbirində respublikanın görkəmli mədəniyyət, ədəbiyyat xadimləri, Məmməd Araz şeirinin pərəstişkarları, şairin ailə üzvləri, yaxınları iştirak ediblər.

Tədbir ənənəvi olaraq unudulmaz sənətkarın ifasında lentə alınmış şeirin səsləndirilməsi ilə başlanıb. “Məmməd Araz poeziya günü” layihəsinin rəhbəri Qardaşxan Əzizxanlı ilboyu şairə həsr olunmuş silsilə tədbirlər barədə məlumat verib. Bildirib ki, layihə çərçivəsində aprel ayında Qazax rayonundan başlanan ədəbi görüşlər İsmayıllıda, Neftçalada, Bakının Xətai rayonundakı “Zəkalar” liseyində davam etdirilib. Bugünkü tədbirin əsas məqsədi ustad şairin xatirəsinə həsr olunmuş şeir müsabiqəsi qaliblərinin adlarının açıqlanmasıdır.

Qardaşxan Əzizxanlı vurğulayıb ki, şeir müsabiqəsində məktəblilərdən təqaüdçülərədək bir neçə nəslin nümayəndələri iştirak ediblər. Ən kiçik yaşlı iştirakçılar Mingəçevirdən 20 nömrəli məktəbin III sinif şagirdləri Məhəmməd Məlikzadə və Ayşən Əhmədova olub. Müsabiqəyə 30 rayondan 50-dək müəllif 100-dən çox şeir göndərib.

Sonra filologiya elmləri doktorları Cavanşir Yusifli, Rüstəm Kamal, filologiya üzrə fəlsəfə doktoru Azər Turan, Azərbaycan Yazıçılar Birliyinin katibi, şair İlqar Fəhmidən ibarət münsiflər heyətini təmsil edən, respublikanın ən gənc elmlər doktoru Elnarə Akimova şeir müsabiqəsi qaliblərinin adlarını açıqlayıb.

Şairlər Xalid Mahmud I, Mina Rəşid II, İbrahimxəlil III yerə layiq görülüblər. Şairlərdən Ağasəfaya, Mayis Səlimə və “Məmməd Araza yazılmış ən yaxşı şeir” nominasiyasının qalibi Əlizadə Nuriyə, həmçinin ustad şairin şeirlərinin ifası üzrə seçim turunun qalibi olmuş Xəzər Universitetinin tələbələri Aytən Əsgərova, Aytac Həsənova və Pinar Məmmədzadəyə, “Zəkalar” liseyinin şagirdləri Nəzrin Ağazadə, Əbülfəz Rzazadə, Nicat Səmədov, Nilufər Tağıyeva, Aydan Mehdiyeva və Şəbnəm Haşımlıya Bilik Fondunun və Azərbaycan Yazıçılar Birliyinin təsis etdiyi diplomlar, təşəkkürnamələr, habelə hədiyyələr təqdim olunub.

Mükafatları Xəzər Universitetinin təsisçisi, Qəyyumlar və Direktorlar Şurasının sədri Hamlet İsaxanlı, Milli Məclisin deputatı, yazıçı Aqil Abbas, şairin qızı, “Ədalət” qəzetinin Baş redaktoru İradə Tuncay, şair Dilsuz, Bilik Fondunun təmsilçisi Hacı Abdulla Nərimanoğlu təqdim ediblər.

Daha sonra 2017-ci ilin Məmməd Araz adına “Qartal” mükafatının laureatı, Nizami rayonu 12 nömrəli tam orta məktəbin V sinif şagirdi İbrahim Əhmədov şeir söyləyib. Onun məharətli ifası, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Qədim Musiqi Alətləri ansamblının solisti, Əməkdar artist Nuriyyə Hüseynovanın, Xəzər Universitetinin musiqi və incəsənət kafedrasının müdiri, Əməkdar müəllim Zülfiyyə Sadıqovanın, tanınmış aşıq-müğənni Solmaz Kosayevanın, müğənnilərdən İlham Əsgəroğlu və Məhsəti Cabbarovanın çıxışları alqışlarla qarşılanıb. Moskva “Dərviş” Teatrının aktyoru Şirzad Pirallahının ifasında Məmməd Arazın “Ayağa dur, Azərbaycan” şeirini bütün salon ayaq üstə alqışlayıb.

III “Məmməd Araz Poeziya günü” professor Hamlet İsaxanlının çıxışı ilə başa çatıb. /Azərtac/

Yenililklər
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
22.05.24
Kənan Hacı - Salman Mümtaz Leninə nə deyəcəkmiş?
22.05.24
2024-cü ilin Ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatının qalibi məlum olub
21.05.24
Professor Edmund Herziq: Nizami Gəncəvinin əlyazmalarının vahid kataloqu üç dildə nəşr ediləcək
21.05.24
Azərbaycanda iki teatrın adı dəyişdirilir və işçilərinin maaşı artırılır
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.