Tənqid.net-in 12-ci sayı çapdan çıxdı
15.10.18

Tanınmış ədəbiyyatşünas-alim Tehran Əlişanoğlunun təsisçiliyi və baş redaktorluğu ilə nəşr edilən Tənqid.net jurnalının yeni - 12-ci sayı (2016-2017) işıq üzü görüb.

Bu sayda “Redaktor sözü” kimi verilən “Ədəbi akademizm”in iziylə” adlı mətndə müəllif yazır:

“Tənqid.net-in hazırkı sayı “ədəbi akademizm”ə, ədəbiyyatın zəminində duran elmi ölçü və dəyərlərə, bu dəyərlərin müasir elmi-ədəbi mühitdə transformasiyası və təzahürü faktlarına nəzər salır, diqqət yönəldir, şərhini verir.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 2015-ci ilin 9 noyabr günündə AMEA-nın 70 illiyi münasibətilə Milli Elmlər Akademiyasına gəlişi və yubiley iclasında geniş çıxışı bütövlükdə Azərbaycan alimlərini ruhlandırdığı kimi, humanitar elmin dirçəlişinə də təkan olmuşdur. Ölkəmizdə ədəbiyyatşünaslıq elminin əsas forpostu AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda ol zamanlardan əsl intibah durumu başlanmışdır. Bugün çox geniş əhatədə - elmi-tədqiqat institutlarında, ali məktəblərin filoloji fakültələrində, müstəqil araşdırma mərkəzlərində şəbəkələnmiş ədəbiyyatşünaslıq fənninin başlıca oriyentirini, Tənqid.net-in də ardıcıl hədəfində olan, məhz Ədəbiyyat İnstitutu təyin edir.

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun fəaliyyəti mərkəzdə olmaqla, jurnal 2016-2017-ci illərdə ədəbiyyatşünaslıq elminin akademik uğurlarına müxtəlif aspektlərdən və müxtəlif baxış bucaqlarından nəzər salır, görünən tendensiyaları, aktuallanan mövzu və problemləri müşahidə edir, təhlil və dəyərləndirməyə gələn ədəbiyyatla yanaşı, həmin mexanizmi gerçəkləşdirən ədəbiyyatşünaslığın özünü də analizin mərkəzinə çəkir. 25 illik müstəqillik yolu keçmiş müstəqil ədəbiyyat və ədəbiyyatşünaslığın durumu necə görünür... - http://xn--tnqid-elc.net/ faktik material və nümunələrlə mənzərəni göstərməyə, aydınlatmağa yönlənir.

Azərbaycan ədəbiyyatı və ədəbiyyatşünaslığının başlıca qayğılarından biri dünya miqyasında ədəbiyyat və elm proseslərinə inteqrasiya etməkdir. Bizim situasiyada bunu necə etmək olar? Akademik Nərgiz xanım Paşayevanın Böyük Britaniyanın məşhur Oksford Universitetində(n) başlatdığı Nizami miqyası timsalında jurnal məqama diqqət cəlb edir.

“Ədəbi akademizm”in, elmi ölçü və dəyərlərin sırf akademik təsnifatdan-nəzarətdən-qəliblərdən, hər növ lokal və universal normativlərdən, necə deyərlər, “standartlaşdırma və patent” yanaşmalarından yayınıb, eyni zamanda, ədəbiyyatın canlı praktikasında yeni refleksiyalar-resepsiyalar, yeni ifadə və texnologiyalar axtarışına çıxması zamanın reallığıdır və http://xn--tnqid-elc.net/ bu istiqamətdə müşahidələrini hazırkı sayda da davam etdirir. Bizdə Zamanın sifariş verdiyi yeni ədəbi-elmi ölçüləri hansı instansiyalar təyin edir... - geniş müstəvidə, ədəbiyyatın və elmin fərz olunduğu hər yerdə gəzişməklə jurnal, əslində, bu əsnada bu və ya digər medial qurumun başlıcalığı, yaxud ikinciliyi, üçüncülüyü və s. məqamlarda israr etmir, frontal baxışla sadəcə mənzərəni görükdürmək niyyəti güdür. Oxucuların həssaslığına, onu da qeyd edək ki, ilk baxışda daydcest təəssüratı yaradan materiallar heç də sadəcə təkrar nəşr olmayıb, geniş “akademik mənzərə”də (mətndə) “sitat” niyyətlidir.

Jurnal ani nəzərlə akademik mühitin həmçinin, dünəni və bugünü, bir və çox ölçülülüyü, standartları və post-standartları arasında duruxub, müəyyən reaksiya və qıcıqlara zəmin verməklə, əslində, müstəqillik diskursunun - müstəqil düşüncə, müstəqil ədəbiyyat və müstəqil elmin əvəzsizliyinə ayna salır. Bu mənəvi dəyər (müstəqillik diskursu!) 25 illiyini bayram etmiş müstəqil Azərbaycan dövlətinin böyük nailiyyətidir”.

Jurnalın yeni sayının ilk səhifələrində Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin AMEA-nın 70 illik bayram yığıncağına gəlişi və yığıncaqdakı nitqi öz əksini tapıb. Həmçinin, AMEA-nın prezidenti, akademik Akif Əlizadənin, vitse-prezident, akademik İsa Həbibbəylinin çıxışları da verilib.

Kifayət qədər irihəcmli olan (500 səhifədən artıq) bu saydakı fərqli bölüm və rubrikalarda çağdaş Azərbaycan ədəbi mühitinin və ədəbi prosesinin müxtəlif aktual məsələlərilə bağlı çox sayda material dərc edilib.

Yenililklər
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
22.05.24
Kənan Hacı - Salman Mümtaz Leninə nə deyəcəkmiş?
22.05.24
2024-cü ilin Ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatının qalibi məlum olub
21.05.24
Professor Edmund Herziq: Nizami Gəncəvinin əlyazmalarının vahid kataloqu üç dildə nəşr ediləcək
21.05.24
Azərbaycanda iki teatrın adı dəyişdirilir və işçilərinin maaşı artırılır
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.