Oxumuruq, yoxsa oxumağa kitab tapmırıq?
22.10.18

"Bir kitab oxudum, həyatım tamamilə dəyişdi...” Vaxtilə çox adamdan eşidirdik bu cür fikirləri. Amma zamanın axınına qoşularaq bir çox mənəvi zövqlərdən uzaq düşdük...

Elə uzaqlaşdıq ki, aradan az müddət keçməsinə baxmayaraq, o hislər artıq bizim üçün nostaljiyə çevrildi. Elə kitab oxumaq mədəniyyəti kimi... Vaxtilə evlərimizin ən qiymətli zinəti hesab olunan kitabların saralmış səhifələri gözlərimiz önündən, özünəməxsus qoxusu da burnumuzdan getmir ki, getmir...



Bir başqaydı, bir nağıldı o kitablı dünyamız...

Nə baş verdi?

Biz niyə kitab oxumaq mədəniyyətindən bu qədər uzaq düşdük və onun haqqında artıq keçmiş zamanda danışmağa başladıq? Məgər indi ölkədə kitab nəşr edən nəşriyyatlar, yaxud satılan mağazalar yoxdur? Bəlkə daha yazıçılar, şairlər kitab yazıb çap etdirmir? Bəlkə daha kitab oxumaq istəməyən oxucular yetişdirib yeni zaman?!

Hazırda ölkədə kitab nəşri ilə bağlı mövcud vəziyyəti araşdırmağa çalışdıq. Gənc yazar Ayxan Ayvazın fikrincə, bu sahədə problem kitabların tirajının az olması və reklamının yoxluğudur. Belə olduqda çap edilən kitablar da oxucuya çatmır və əksər vaxt kitablar müəllifin özündə qalır.

Yazıçı Şərif Ağayar mövzu ilə əlaqədar söylədi ki, indiki şərtlər altında o özünü oxunan müəlliflərdən hesab edir, amma buna baxmayaraq, kitabların oxucuya çatması məsələsində müəyyən problemlər var, xüsusilə də bölgələrdə: "Böyük şəhərlərimiz, rayonlarımız var ki, orada kitab mağazaları yoxdur. Bizdə kitab bazarı əsasən Bakı şəhərindədir, bölgələrdə azdır. Kitab bazarının qurulması üçün çoxlu sayda nəşriyyatlarımızın, kitab dükanlarının digər şəhər və rayonlarımızda da olması, kitabların reklam imkanlarının yaxşılaşdırılması və kitab çapına bir az güzəştin tətbiq edilməsi yaxşı olar”.

Ciddi ədəbiyyatın Azərbaycanda bestseller olmaq şansı azdır

Yazıçı deyir ki, Azərbaycanda bestseller olacaq səviyyədə kitabların olması üçün müəyyən məsələlər öz həllini tapmalıdır: "Bizdə bu səviyyədə satılan kitablar ancaq detektiv əsərlərdir və əslində, bu, dünyanın hər yerində belədir. Amma bədii zövqə malik əksəriyyət onları ciddi ədəbiyyat saymır. Ciddi ədəbiyyatın Azərbaycanda bestseller olmaq şansı isə yoxdur. Məşhur yazıçılar, imzalar var, amma onların belə kitabları bestseller səviyyəsində satılmır. Deyim ki, Ramiz Rövşənin kitab sərgisində imza günü oldu və haradasa 5-6 saat növbə yarandı. Bunun özü çox sevindiricidir. Amma bu, istisna hallardır, küll halında kitabın oxucuya yetişməsi böyük bir proses tələb edir. Nəşrindən tutmuş reklamına və ünvanlara çatdırılmasına qədər”.

Şərif Ağayarın fikrincə, dünyada musiqi anlayışımız olduğu kimi, ədəbiyyat anlayışımız da olmalıdır. Həmçinin yazılan əsərlər oxucu zövqü ilə üst-üstə düşməlidir: "Alim Qasımov milli, ənənəvi musiqimizi kütləyə çatdıra bildi. Yoxsa modernistlər oturub yazırlar və deyirlər ki, mən belə yazıram, kim oxuyur, başa düşürsə, düşsün... Yazıçı eyni zamanda əsəri elə yazmalıdır ki, həm də çoxluq üçün maraqlı olsun. Müasir postmodern ədəbiyyat bunu tələb edir. Azərbaycanda həmişə, ən ağır, hətta repressiya dövründə belə gözəl əsərlər yazılıb və bu gün də yazılır”.

Tərcümə əsər orijinalı ilə çox zaman üst-üstə düşmür, çünki...

Azərbaycan oxucusu xarici ədəbiyyata daha çox meyillidir və sovet dövründə də bu cür əsərlər mükəmməl sayılacaq formada tərcümə olunaraq oxucuya çatdırılıb. Hazırda isə xarici əsərlər, klassik ədəbiyyat nümunələri tərcümə olunaraq latın qrafikası ilə nəşr edilir. Amma bir çox hallarda tərcümənin orijinalı ilə üst-üstə düşmədiyi, fikirlərin təhrif olunduğu, yanlış ifadələrin, sözlərin mətnlərdə yer aldığı haqqında irad bildirilir.

Bununla bağlı tərcüməçi Xalid Kazımlı qeyd edir ki, əvvəlki illərə nisbətən hazırda Azərbaycanda tərcümə işi ilə bağlı vəziyyət çox yaxşıdır. Sosial şəbəkələrdə tərcümədəki bir sözdən, bir hərfdən yapışıb tənqid edirlər, amma bir az ifrata varırlar. Hazırda dünya səviyyəsində nəfis tərtibatlı tərcümə əsərləri ortaya qoyan nəşriyyatlar var: "Burada əsas məsələ odur ki, həmin kitabları oxuyasan. O kitabları oxumadan haqqında rəy bildirənlər çoxdur. Bəzən də deyirlər ki, tərcüməçi əsəri götürüb kompüterdə dilmanc proqramı vasitəsilə çevirir. Bu, mümkün deyil, hətta bu vasitə ilə ingilis dilindən Azərbaycan dilinə bir sətir belə söz tərcümə etmək olmaz. Məsələn, dilmanc "dumanlı” sözünü "tüstülü” kimi tərcümə edir və s. Təbii ki, müasir elmi-texniki tərəqqinin imkanlarından tərcümə işində də yararlanmaq olar, amma insan beyni, zəkası tərcümə işində də öndədir”.

Tərcüməçinin sözlərinə əsasən, əsəri birəbir də tərcümə etmək olmur, məsələn, "bəxtin gətirdi, yaxşı qurtardın” kimi ifadələrin əvəzinə "anan namaz üstündə idi” deyə bir ingilis yazısını tərcümə edə bilməzsən, çünki onun anası namaz qılmır və s. Detektiv əsərlərin daha asan tərcümə olunduğunu deyən Xalid Kazımlı hesab edir ki, bestsellerlərin oxucusu daha çox olduğundan onun tərcüməsi daha məsuliyyətli olur: "Bestselleri əksəriyyət müxtəlif dillərdə oxuyur və orada səhv tapa biləcək adamlar çoxdur. Məsələn, Den Braunun "Başlanğıc”ını çevirirsən, onu rusca, türkcə, ingiliscə oxuyanlar var. Həmin oxucular onu Azərbaycan dilində də oxuyanda səhv tapa bilirlər”.

Dünyaca məşhur əsərlər elə həmin il Azərbaycanda da nəşr olunur


Kitabların nəşri ilə bağlı məlumat verən "Qanun” nəşriyyat evinin direktoru Şahbaz Xuduoğlu bildirir ki, son zamanlar kitabların nəşrində artım var və hər il daha çox, daha keyfiyyətli kitablar nəşr olunur: "Dünyada tanınan bir yazarın əsəri elə həmin il Azərbaycanda da nəşr olunur. Tiraj da əvvəlki illərə nisbətən artıb. Düzdür, əhalinin sayı və oxuma dərəcəsinə görə yenə də səviyyə aşağıdır, amma 5 il əvvəllə müqayisədə bu il yenə də artım var. Bu sahədə olan inkişaf dayanmadan davam edir”.

Şahbaz Xuduoğlunun fikrincə, ölkəmizdə mətbəələr hələ bir o qədər də inkişaf etməyib, onların ilk növbədə böyük, keyfiyyətli avadanlıqları yoxdur, həmçinin bu sektor hələ Avropadakı, Türkiyədəki kimi deyil: "Amma nəşriyyat işində inkişaf var. Yeni nəşriyyatlar yaranır, kitab dükanları açılır ki, bu da sevindirici haldır. Bizim hədəfimiz günə bir kitab nəşr etməkdir. Yəni hər gün yeni bir kitab nəşr edirik. Bəzi hallarda həcm balaca olanda iki və ya üç kitab nəşr olunur. Amma hər halda orta hesabla götürəndə ildə 300-400 kitab nəşr edirik”.

Elektron kitabxanaların işləmə sistemi yanlışdır


Azərbaycanda fəaliyyət göstərən elektron kitabxanaların işləmə sistemlərinin ümumiyyətlə düzgün olmadığını deyən naşir bildirir ki, onlar kitabı skayn edib kitabxanalarına qoyurlar və deyirlər ki, bu, elektron kitabxanadır: "Amma bu, düzgün deyil, oğurluqdur. Gərək kitabxanalar nəşriyyatlardan icazə alsınlar ki, o kitabın elektron variantını oxucuya verə bilər, ya yox? Təəssüf ki, bu qayda hələ formalaşmayıb və biz də tez-tez bu hallarla qarşılaşırıq”.

Alıcıların sayı aşağı olduğu üçün nəşriyyatların gəlir səviyyəsi də az olur


"Əli və Nino” nəşriyyat evinin rəhbəri Nigar Köçərli düşünür ki, ölkədə çap olunan kitabların tirajı çox aşağıdır və bu, belə olmamalıdır: "Tutaq ki, dünya bestsellerləri, yaxud klassik ədəbiyyat 20-30 min tirajla çap olunur. Bizdə bu göstərici 500-1000 ədəddir. Alıcıların sayı aşağı olduğu üçün nəşriyyatların gəlir səviyyəsi də az olur. Avropada, Türkiyədə, Rusiyada, Gürcüstanda kitaba dəstək fondu var, hansısa qrantlar verilir. Bizdə də belə olsa, kiçik nəşriyyatlara böyük dəstək olar”.

Oxucular xarici ədəbiyyat oxumağa üstünlük verirlər


Nigar Köçərli deyir ki, oxucuların kitaba marağının azalması oxumaq mədəniyyətinin az olması ilə bağlıdır və bunu bərpa etmək lazımdır, ilk növbədə ailələrdə. Uşaqlara yaşlarına uyğun kitablar oxutmaq lazımdır və bu vərdiş onlara daim aşılanmalıdır. Nəşriyyatlarda çox gözəl illüstrasiyalarla uşaqlar üçün həm dünya ədəbiyyatının, həm də yerli ədəbiyyatın nümunələri çap olunur. Demək olar ki, nəşriyyatda hər həftə uşaqlar üçün yeni bir ədəbiyyat işıq üzü görür.

Nigar Köçərli vurğuladı ki, dünyanın hər yerində yerli yazıçıların kitabları oxucular üçün daha maraqlı olur, amma bizdə belə deyil, buna görə də hələlik xarici ədəbiyyatın nəşrinə daha çox üstünlük verirlər.

Kitab nəşrində həddindən çox sərbəstlik var

Milli Məclisin deputatı, akademik Nizami Cəfərov söylədi ki, hazırda kitab nəşrində həddindən çox sərbəstlik var. Bu kitablar redaktədən keçmir, onun hansısa bir funksiyası, nəyə xidmət etməsi və sair müəyyənləşdirilmir. Maddi imkanı olan hər kəs kitab nəşr etdirir: "Bu da nəticə etibarilə kitab bazarında müəllifin özündən başqa heç kimə lazım olmayan kitabların mövcudluğuna gətirib çıxarır. Bizim, artıq deyərdim ki, klassik sayılan yazıçılarımız, alimlərimiz var. Nəzərdə tutmaq lazımdır ki, həm dövlət, həm universitetlər tərəfindən onların kitablarının nəşri üçün diqqət yetirilməsi çox vacibdir. İlk növbədə alimlər üçün universitetlərin nəşriyyatı işləməlidir, çünki onların işində çətinliklər, problemlər, vəsait azlığı var. Eləcə də Təhsil Nazirliyi bu sahəyə diqqət yetirməlidir ki, elmi ədəbiyyatın nəşri lazımi dərəcədə olsun. Məsələn, Mədəniyyət Nazirliyinin çox yaxşı təcrübəsi var. Hər il yubileyləri olan bizim görkəmli şairlərin, nasirlərin, dramaturqların əsərləri nəşr edilir. Azərbaycan ədəbiyyatı Türkiyə türkcəsinə çevrilərək orada nəşr olunur və o nəşrlər geniş yayılır. Eyni zamanda universitetlərimiz çalışmalıdırlar ki, öz elmi ədəbiyyatlarını, mükəmməl əsərlərini müxtəlif ölkələrdə nəşr etdirə bilsinlər”.

Mütaliə etmək istəyən üçün bu gün Azərbaycanda kitab tapmaq çətin deyil

"Azərbaycanda artıq oturuşmuş bir nəşriyyat sistemi var və xeyli sayda nəşriyyatlar mövcuddur” deyən Nizami Cəfərov bildirir ki, burada əsas kitabların məzmun və keyfiyyətinə diqqət etməkdir. Çünki bəzi nəşriyyatlar çox sürətlə xarici ədəbiyyat tərcümə etdirirlər, bu da keyfiyyət baxımından yaxşı olmur, tərcümələrdə bir çox nöqsanlar nəzərə çarpır, ən çox da başqa dilin qrammatikası, üslubu, dili həzm olunmadan Azərbaycan dilinə köçürülür. Buna baxmayaraq, yaxşı tərcümələr də mövcuddur: "Müstəqilliyimizin ilk dövrlərində bazar iqtisadiyyatına keçid kitab mədəniyyətinə müəyyən ziyan vurdu. Sovet dövründə Azərbaycan xalqı həm kitab yazan, həm də oxuyan xalq idi, amma maddi sıxıntılar oldu və fərqli əhvali-ruhiyyə yarandı. Amma yavaş-yavaş bu, aradan qalxır. Azərbaycan Prezidentinin sərəncamı ilə həyata keçirilən kütləvi nəşrlər bütün rayonların kitabxanalarında var. Yəni kitablar gedib oxucusuna çatır. Amma ümumən cəmiyyətdə əhvali-ruhiyyə var, dəyişən dünya, virtual məkan var. İnsanlar var ki, kitabları ayrı yollarla mənimsəyirlər. Yeni kitab mağazaları, mərkəzləri var, yəni kitab oxumaq istəyən üçün bu gün Azərbaycanda kitab tapmaq çətin deyil. Nəinki Azərbaycan ədəbiyyatı, o cümlədən bütün dünyada nəşr olunan kitablar var. Rayonlarda müəyyən qədər problemlər ola bilər, amma hər halda proses gedir”.

Kitab şəxsiyyətin formalaşmasında mühüm rola malikdir. Kitabların bizə verdiyi, aşıladığı dəyər onun satış qiymətindən ölçüyəgəlməyəcək dərəcədə qat-qat üstündür.

Və ən əsası, kitab oxumaq mədəniyyətdir, mənəvi zövqdür...

Yasəmən Musayev,  "Azərbaycan”

Yenililklər
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
22.05.24
Kənan Hacı - Salman Mümtaz Leninə nə deyəcəkmiş?
22.05.24
2024-cü ilin Ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatının qalibi məlum olub
21.05.24
Professor Edmund Herziq: Nizami Gəncəvinin əlyazmalarının vahid kataloqu üç dildə nəşr ediləcək
21.05.24
Azərbaycanda iki teatrın adı dəyişdirilir və işçilərinin maaşı artırılır
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.