Moskvada Müslüm Maqomayevin xatirəsi anılıb
26.10.18

Moskvada Azərbaycanın və Rusiyanın tanınmış müğənnisi və bəstəkarı Müslüm Maqomayevin xatirəsi anılıb.

Müslüm Maqomayevin vəfatının 10-cu ildönümündə müğənninin yaxınları və dostları, yaradıcılığının pərəstişkarları onun Moskvadakı abidəsinin ətrafına toplaşıblar.

Müslüm Maqomayevin ömür-gün yoldaşı, SSRİ Xalq artisti Tamara Sinyavskaya musiqiçinin xatirəsini anmağa gələnlərə minnətdarlığını bildirib. O qeyd edib ki, Müslüm Maqomayevin xatirəsi yaşadıqca o, hər zaman bizimlə olacaq. T.Sinyavskaya xatırladıb ki, Maqomayevin adı Azərbaycanda sərnişin gəmisinə verilib, Rusiyada isə "Aeroflot" təyyarələrdən birini onun şərəfinə adlandırılıb. T.Sinyavskaya deyib: "Maqomayevin xatirəsi qəlblərdə yaşayır. Onu yaşatmaq üçün bu özünəməxsus stimulun mənası ondan ibarətdir ki, dahi şəxsiyyətin xatirəsi onu sevənlərin və xatırlayanların, ümidvaram ki, bundan sonra da sevəcək insanların qəlbində yaşasın".

Anma mərasimində "Crocus Group" şirkətinin prezidenti, Müslüm Maqomayevin Mədəni-Musiqi İrsi Fondunun təsisçisi Araz Ağalarov, rəssam Aleksandr Şilov, "Gelikon-opera" teatrının baş direktoru və bədii rəhbəri Dmitri Bertman, Gürcüstanın və Rusiyanın opera müğənnisi, SSRİ Xalq artisti Makvala Kasraşvili, M.Maqomayev adına V beynəlxalq musiqi müsabiqəsinin qalibi Elmira Qaraxanova və digərləri çıxış ediblər.

Azərbaycanın Xalq artisti Emin Ağalarov AZƏRTAC-ın müxbiri ilə müsahibəsində qeyd edib ki, Müslüm Maqomayevin xatirəsi yaşayır, əbədidir. "İnanmaq çətindir ki, Müslüm Maqomayevin ölümündən bu qədər çox müddət keçib. Heyif ki, Müslüm Məhəmmədoviçin anma tədbirlərinə hər il gələnlərin də çoxu artıq həyatda yoxdur. Zaman keçir... Lakin zaman keçdikcə belə, 10 ildən sonra biz görürük ki, Müslüm Maqomayevin xatirəsi yaşayır, bu xatirə əbədidir, onun şəxsiyyətinin miqyası, onun musiqi mədəniyyətinə töhfəsi daha çox bəlli olub", - deyə E.Ağalarov qeyd edib.

Emin Ağalarovun sözlərinə görə, onun sənət yoluna Müslüm Maqomayev yaradıcılığının çox böyük təsiri olub. Müğənni deyib: "Mən kiçik yaşlarımdan Maqomayevin musiqisini dinləyir, onun mahnılarını oxumağa cəhd edirdim. Onun yaradıcılıq yoluna nəzər salarkən, şəxsi yaradıcılığına münasibətdə düzgün qərar qəbul etmək mümkündür. Müslüm Maqomayev qarşıya qoyulan məqsədə nail olmaq üçün nümunə və etalondur". /Azərtac/

Yenililklər
02.12.21
“Məhəmməd İqbal: Eşq və düşüncə şairi” kitabı nəşr olunub
02.12.21
“Vərqa və Gülşa” miniatür əlyazmasında yer alan illüstrasiyaların nəşr edildiyi kitabın təqdimatı olub
02.12.21
Bölgələrə kitabla gəlirik! – Şəmil Sadiqin yazısı…
01.12.21
“Aşıq sənətinin Ələsgər zirvəsi” mövzusunda beynəlxalq elmi konfrans keçirilib
27.11.21
Kənan Hacı - Yazı sənətinin tarixi
24.11.21
Təranə Vahidin “Qarışqa təqvimi” çap olunub
23.11.21
Muni Vitçer - Altıncı Ayın qızı Nina    
23.11.21
İlk dəfə olaraq “Arı” və “Mirat” satirik jurnalları transfoneliterasiya edilərək yeni əlifbada toplu halında nəşr edilib
22.11.21
Cəmşid Cəmşidovun tərcüməsində Muni Vitçerin əsəri çap olundu
22.11.21
Turan Yazqan: Türk dünyasının səsi
17.11.21
“Nizami Gəncəvi sözünün orbitində” kitabının təqdimatı keçirilib
17.11.21
Türkiyənin məşhur şairi Sezai Karakoç vəfat edib
17.11.21
“Nizami Gəncəviyə məktub” beynəlxalq esse müsabiqəsi elan olunur
17.11.21
Elçin Hüseynbəylinin “Vida” romanı çap olunub
17.11.21
BAFTA qısa filmləri Bakıda nümayiş olunacaq
11.11.21
“Nizami Gəncəvinin poetik portreti” kitabı nəşr olunub
11.11.21
“Şərq irsi” adlı Beynəlxalq Müasir İncəsənət Sərgisi açılacaq
08.11.21
Kənan Hacı - Ekspress qatarında eksperimental mozaika
08.11.21
Fəxri Uğurlu - Klassikanı diri saxlamaq
08.11.21
"Şuşa" sənədli filminin təqdimatı olub
08.11.21
4+4: rəqəmsal namə
08.11.21
İsfar Sarabski Parisdə iki gün konsert verib
05.11.21
“Hədəf Nəşləri”nin təsisçisi Şəmil Sadiqin ƏDV ilə bağlı müzakirələrə əlavə və dəyişiklərlə bağlı təklifləri
05.11.21
Kənan Hacı - Yazıçılarımız nəyi bacarmır?
04.11.21
Qələbə ilə bitən ilk roman
04.11.21
Ədəbiyyat İnstitutunda Məhəmməd İqbalın “Seçilmiş əsərləri”nin təqdimatı keçirilib
04.11.21
Azad Qaradərəli - Qara sevda
03.11.21
"Qarabağın qara kitabı" və "Qarabağ - qələbəyə doğru" kitablarının təqdimat mərasimi keçirilib
03.11.21
Kənan Hacının “Hakimə açılan atəş” romanı oxucularıın böyük marağına səbəb olub
02.11.21
“Şuşa, sən azadsan!” və “Biz” filmləri təqdim olunacaq
02.11.21
Rusiyanın Tretyakov Qalereyasında Tahir Salahovun sərgisi açılıb
02.11.21
Şamaxıda Yaradıcılıq Mərkəzi istifadəyə verilib
01.11.21
Altı əsr yaşı olan xalça 5,4 milyon dollara satışa çıxarılacaq
01.11.21
Nizami Kino Mərkəzində “Fulya” sənədli filminin premyerası olub
01.11.21
Zahid Sarıtorpağın İranda kitabı çap olunub
01.11.21
Vidadi Babanlının "Sabaha ismarıc" adlı romanı çap olunub
01.11.21
Poetik diktatura - Firuz Mustafa yazır
26.10.21
Çempion idmançı, istedadlı aktyor və doktorant
25.10.21
Azad Qaradərəli -  Zəngəzur ağacları
24.10.21
I Sumqayıt Kitab Sərgisi keçiriləcək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.