İlahiyyat İnstitutunda “Hərəyə bir kitab” adlı sosial aksiyaya start verilib
05.11.18
Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) tələbələrin dünyagörüşünün formalaşdırılması, onlara mütaliə, sosial məsuliyyət vərdişlərinin aşılanması, gənclərin intellektual və mənəvi dünyasının zənginləşdirilməsi, o cümlədən vətənpərvərlik hisslərinin gücləndirilməsi məqsədilə mütəmadi olaraq müxtəlif maarifləndirici və sosialyönümlü layihələr həyata keçirir. Bu məqsədlə Aİİ-də noyabrın 1-dən “Hərəyə bir kitab” adlı aksiyaya start verilib.
İnstitutdan bildirilib ki, aksiyanın məqsədi istifadə edilməyən ədəbiyyatın (kitab, dərslik və digər nəşr nümunələri) toplanılaraq ehtiyacı olanlara çatdırılmasıdır.
Noyabrın 30-na kimi davam edəcək aksiyada toplanan ədəbiyyat uşaq və qocalar evlərinə hədiyyə olunacaq.
Aİİ-də, həmçinin tədris keyfiyyətinin yüksəldilməsi, təhsil psosesinin təkmilləşdirilməsi, müəssisənin innovativ fəaliyyətinin təmin edilməsi məqsədilə “Təklif və iradlar” sorğusuna da başlanılıb.
|