Bakıda “Hiperrealistik heykəltəraşlıq. Canlıdan seçilmir” adlı sərgi açılıb.
30.11.18

Noyabrın 29-da Heydər Əliyev Mərkəzində “Hiperrealistik heykəltəraşlıq. Canlıdan seçilmir” adlı sərgi açılıb.

Beş bölmədən ibarət sərgidə insanı dəqiq təsvir edən obrazlar, monoxrom heykəllər, bədənin müxtəlif hissələrini əks etdirən əsərlər, qeyri-adi ölçülü və deformasiya olunmuş reallığı canlandıran heykəllər ziyarətçilərin böyük marağına səbəb olub.

Sərginin açılışından öncə Almaniyanın Mədəniyyət Mübadiləsi İnstitutunun icraçı direktoru Maksimilian Letste çıxış edərək layihə haqqında məlumat verib. Bildirib ki, sərgi Heydər Əliyev Mərkəzi ilə Almaniyanın Mədəniyyət Mübadiləsi İnstitutunun birgə layihəsi əsasında reallaşıb.

“Yeni üsul, yeni mövzu və yeni materiallar bugünkü sərginin əsasını təşkil edir. Bu sərgi özündə abstrakt incəsənətin bir növünü əks etdirir. Sərginin ümumi ekspozisiyasına nəzər saldıqda realizmə əsaslanan müasir heykəltəraşlığı görürük. Biz bu sərgini dünyanın bir sıra ölkələrində açmışıq. Yəni, bu əsərlər dünyanın müxtəlif muzeylərində və aparıcı sərgi salonlarında nümayiş etdirilib. Bakı öz müasirliyi və multikultural yanaşması ilə seçilən şəhərdir. Belə bir şəhərdə bu cür sərginin açılması təqdirəlayiqdir. Əslində, bu, incəsənətin cazibəsinin təsvir edilməsidir”, - deyə Maksimilian Letste vurğulayıb.

Diqqətə çatdırılıb ki, “Hiperrealistik heykəltəraşlıq. Canlıdan seçilmir” sərgisi indiyədək İspaniya, Meksika, Danimarka, Avstraliya, Niderland və Almaniyada nümayiş etdirilib.

Sonra iştirakçılar sərgi ilə tanış olublar.

Sərginin ekspozisiyasında Amerika Birləşmiş Ştatları, Avstraliya, Kanada, Makedoniya, Fransa və digər ölkələrdən olan sənətkarların canlı təəssürat yaradan əsərləri heyranlıq doğurur.

1960-cı illərdə yaranan hiperrealistik heykəltəraşlıq 1970-ci illərdə inkişaf etməyə başlayıb. Bu sahənin ilklərindən olan Corc Siqal və Dueyn Henson maksimal dərəcədə real, canlı prototipindən fərqlənməyən əsərlər yaradıblar.

Ümumiyyətlə, hiperrealistik heykəltəraşlıq nümunələrini çox asanlıqla canlı adamlarla, real əşyalarla səhv salmaq olar. Müəlliflər insan bədənini – dəri qırışları, saç düzümü və digər xırdalıqları ustalıqla yaradırlar.

Sərgidə dünya şöhrətli heykəltəraşlar - Dueyn Henson (Duane Hanson), Daniel Firman (Daniel Firman), Kerol A.Feyerman (Carole A. Feuerman), Ceymi Salmon (Jamie Salmon), Corc Siqal (George Segal), Kit Edmayer (Keith Edmier), Sem Cinks (Sam Jinks), Mark Sijan (Marc Sijan), Jarko Başeski (Zharko Basheski), Patrisia Piççinini (Patricia Piccinini), Toni Matelli (Tony Matelli), Mel Ramos (Mel Ramos), Matilda ter Heyne (Mathilde ter Heijne), Tom Kübler (Tom Kuebler), Robert Qrem (Robert Graham) və Allen Consun (Allen Jones) əsərləri nümayiş olunur.

Sərgi Heydər Əliyev Mərkəzində 2019-cu il martın 10-dək davam edəcək. /Azərtac/

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.