Rusiya Rəssamlıq Akademiyasında Tahir Salahovun yubileyi qeyd edilib
06.12.18

Moskvada, Rusiya Rəssamlıq Akademiyasında Tahir Salahovun yubileyi qeyd edilib.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Azərbaycanın və Rusiyanın Xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, Avropa Elm və İncəsənət Akademiyasının həqiqi üzvü, Dövlət Mükafatı Laureatı Tahir Salahovu yubileyi münasibətilə təbrik edərək deyib: “Böyük həmyerlimiz Tahir Salahovu yubileyi münasibətilə təbrik etmək mənim üçün böyük şərəfdir. Mənim fikrimcə, bizim dövrdə 90 il yaşamaq və həyat eşqi ilə dolu, cəmiyyətə, öz ailəsinə, dostlarına faydalı olmaq böyük hünərdir”.

AZƏRTAC xəbər verir ki, Rusiya Rəssamlıq Akademiyasında rəssamın yubiley gecəsində çıxış edən səfir Tahir Salahovun doğum gününün Azərbaycanda böyük bayram olduğunu qeyd edib. “Bizim möhtərəm Prezident İlham Əliyev Tahir Teymur oğlunun ölkəmizin bütün dövlət təltiflərinə layiq görüldüyünü vurğulayıb. Azərbaycanda yeni dövlət təltifi – “Əmək” ordeni təsis olunub. Tahir Teymur oğlu da bu ordenin birinci dərəcəsi ilə təltif edilib. Noyabrın 29-da Prezident İlham Əliyev yubilyara zəng vurub və onunla xeyli söhbət edib”, - deyən səfir daha sonra əlavə edib ki, böyük ustadın yaradıcılığı hər hansı orden, medal və təltiflərdən daha parlaqdır.

P.Bülbüloğlu Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Tahir Salahova təbrikini oxuyub.

Rusiya Federasiyası Hökumətinin sədr müavini Olqa Qolodets Rusiya Prezidenti Vladimir Putinin yubilyara təbrik məktubunu oxuyub. Tahir Salahovun canlı klassik olduğunu qeyd edən O.Qolodets daha sonra deyib: “Biz hamımız Sizin əsərlərinizlə tanışıq və onları sevirik. 2016-cı ildə Tretyakov Qalereyasında Sizin sərginiz keçirildi. Sizin işləriniz Tretyakov Qalereyasında daim nümayiş etdirilir və bütün dünyada yüksək qiymətləndirilir. Sizə uzun ömür və yeni-yeni yaradıcılıq uğurları arzu edirəm”.

Rusiya Rəssamlıq Akademiyasının prezidenti Zurab Sereteli yubilyara I dərəcəli “İncəsənətə xidmətə görə” ordenini təqdim edib.

Tahir Salahovun qızı, rəngkar və heykəltəraş, Rusiya Rəssamlıq Akademiyasının həqiqi üzvü Aydan Salahova jurnalistlərə müsahibəsində qeyd edib ki, Tahir Salahov istedadlı rəssamların bütöv bir nəslini yetişdirib. A.Salahova deyib: “Yubiley günündə Tahir Salahovun Vyetnam, Əlcəzair, Meksika, Hollandiya və digər ölkələrdən olan şagirdlərindən minnətdarlıq sözləri səslənib. O, bizə rəsm sənətinin, rəngkarlığın sirlərini, lakonikliyi öyrətməklə bərabər, həm də həyat məktəbi, həyat dərsi keçib – incəsənətə üstünlük verməyi və bu istiqamətdə irəliləməyi öyrədib”.

Yenililklər
02.12.21
“Məhəmməd İqbal: Eşq və düşüncə şairi” kitabı nəşr olunub
02.12.21
“Vərqa və Gülşa” miniatür əlyazmasında yer alan illüstrasiyaların nəşr edildiyi kitabın təqdimatı olub
02.12.21
Bölgələrə kitabla gəlirik! – Şəmil Sadiqin yazısı…
01.12.21
“Aşıq sənətinin Ələsgər zirvəsi” mövzusunda beynəlxalq elmi konfrans keçirilib
27.11.21
Kənan Hacı - Yazı sənətinin tarixi
24.11.21
Təranə Vahidin “Qarışqa təqvimi” çap olunub
23.11.21
Muni Vitçer - Altıncı Ayın qızı Nina    
23.11.21
İlk dəfə olaraq “Arı” və “Mirat” satirik jurnalları transfoneliterasiya edilərək yeni əlifbada toplu halında nəşr edilib
22.11.21
Cəmşid Cəmşidovun tərcüməsində Muni Vitçerin əsəri çap olundu
22.11.21
Turan Yazqan: Türk dünyasının səsi
17.11.21
“Nizami Gəncəvi sözünün orbitində” kitabının təqdimatı keçirilib
17.11.21
Türkiyənin məşhur şairi Sezai Karakoç vəfat edib
17.11.21
“Nizami Gəncəviyə məktub” beynəlxalq esse müsabiqəsi elan olunur
17.11.21
Elçin Hüseynbəylinin “Vida” romanı çap olunub
17.11.21
BAFTA qısa filmləri Bakıda nümayiş olunacaq
11.11.21
“Nizami Gəncəvinin poetik portreti” kitabı nəşr olunub
11.11.21
“Şərq irsi” adlı Beynəlxalq Müasir İncəsənət Sərgisi açılacaq
08.11.21
Kənan Hacı - Ekspress qatarında eksperimental mozaika
08.11.21
Fəxri Uğurlu - Klassikanı diri saxlamaq
08.11.21
"Şuşa" sənədli filminin təqdimatı olub
08.11.21
4+4: rəqəmsal namə
08.11.21
İsfar Sarabski Parisdə iki gün konsert verib
05.11.21
“Hədəf Nəşləri”nin təsisçisi Şəmil Sadiqin ƏDV ilə bağlı müzakirələrə əlavə və dəyişiklərlə bağlı təklifləri
05.11.21
Kənan Hacı - Yazıçılarımız nəyi bacarmır?
04.11.21
Qələbə ilə bitən ilk roman
04.11.21
Ədəbiyyat İnstitutunda Məhəmməd İqbalın “Seçilmiş əsərləri”nin təqdimatı keçirilib
04.11.21
Azad Qaradərəli - Qara sevda
03.11.21
"Qarabağın qara kitabı" və "Qarabağ - qələbəyə doğru" kitablarının təqdimat mərasimi keçirilib
03.11.21
Kənan Hacının “Hakimə açılan atəş” romanı oxucularıın böyük marağına səbəb olub
02.11.21
“Şuşa, sən azadsan!” və “Biz” filmləri təqdim olunacaq
02.11.21
Rusiyanın Tretyakov Qalereyasında Tahir Salahovun sərgisi açılıb
02.11.21
Şamaxıda Yaradıcılıq Mərkəzi istifadəyə verilib
01.11.21
Altı əsr yaşı olan xalça 5,4 milyon dollara satışa çıxarılacaq
01.11.21
Nizami Kino Mərkəzində “Fulya” sənədli filminin premyerası olub
01.11.21
Zahid Sarıtorpağın İranda kitabı çap olunub
01.11.21
Vidadi Babanlının "Sabaha ismarıc" adlı romanı çap olunub
01.11.21
Poetik diktatura - Firuz Mustafa yazır
26.10.21
Çempion idmançı, istedadlı aktyor və doktorant
25.10.21
Azad Qaradərəli -  Zəngəzur ağacları
24.10.21
I Sumqayıt Kitab Sərgisi keçiriləcək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.