İlahiyyat İnstitutunda “Azərbaycanda sufilik” mövzusunda müzakirə aparılıb
14.12.18

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Azərbaycanda sufilik” mövzusunda “dəyirmi masa” keçirilib.

Aİİ-dən bildirilib ki, rektor Ceyhun Məmmədov tədbiri giriş sözü ilə açaraq ölkəmizdə təhsilə, mədəniyyətə, milli-mənəvi dəyərlərin qorunmasına verilən xüsusi önəmdən, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən davam etdirilən dövlət-din siyasətindən danışıb. Dövlətimizin başçısının Sərəncamı ilə Aİİ-nin yaradılmasını bu istiqamətdə atılmış ən vacib addımlardan biri olduğunu nəzərə çatdıran rektor institutun ölkəmizdə həyata keçirilən dini maarifləndirmə işlərində fəal iştirak etdiyini vurğulayıb. Bildirilib ki, bu məqsədlə, Aİİ-də ardıcıl olaraq müxtəlif “dəyirmi masa”lar, treninqlər, seminarlar, görüşlər təşkil edilir.

Türkiyənin Nəcməddin Ərbakan adına Konya Universitetinin professoru Əhməd Taşkın sufiliyin VII-VIII əsrlərdə İslam təriqəti kimi yarandığını, İslam dininin inkişafı və yayılmasında xüsusi rol oynadığını qeyd edib. Bildirilib ki, sufi fəlsəfəsi dini təməl üzərində qurulsa da, mahiyyət etibarilə insanın mənəvi keyfiyyətlərini, əxlaqi dəyərlərini, təfəkkür tərzini təhlil etməkdə son dərəcə əhəmiyyətli rol oynayıb.

AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun Azərbaycanın orta əsrlər tarixi şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Dilavər Əzimli sufiliyin müsəlman cəmiyyətlərində yayıldığı kimi, Azərbaycanda da təşəkkül tapdığını, xalqın mədəniyyətində dərin iz buraxdığını deyib. Qeyd olunub ki, sufilik Azərbaycanda ədəbiyyat, fəlsəfə, memarlıq, musiqi, miniatür və başqa sahələrə nüfuz edərək müəyyən həyat tərzi formalaşdırıb.

Aİİ-nin kafedra müdiri, ilahiyyat üzrə fəlsəfə doktoru Əhməd Niyazov ölkəmizdə həyat tərzinə və dövlət siyasətinə çevrilmiş multikultural ənənələrin formalaşmasında sufi dünyagörüşünün özünəməxsus rolu olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. Bildirilib ki, tolerantlıq və multikultural dəyərlərlə formalaşmış sufi fəlsəfi dünyagörüşünün daha geniş miqyasda araşdırılıb öyrənilməsinə ehtiyac vardır.

Türkiyənin Kastamonu Universitetinin dosenti Namiq Musalı VIII-XVIII əsr sufiləri haqqında geniş məlumatlar verib, onların yaradıcılığından nümunələr gətirib. Azərbaycanda mövcud olan sufi cərəyanları haqqında tədbir iştirakçılarını məlumatlandırıb.

Yenililklər
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.