Zamin Hacı - Alatoranda bir şüa
20.12.18

“Əziz həmvətənlərim, dovşanlar,
sabahımız necə olacaq?"

(R.Qaraca)


Bizim müstəqillik dövrü yazarları arasında bir zarafat var, hansısa gənc yazıçı əllərinə keçəndə ona deyərlər: “Gəl sənə həyatımı danışım, roman yaz”. Bu yaxınlarda Rasim Qaraca “Zülmətdə bir alatoran” kitabını mənə oxumağa verəndə, oxuduqca həmin söhbəti düşündüm. Rasim bəy, sadəcə, başqasına danışmayıb, özü-özünə həyatını danışıb və gözəl bir avtobioqrafik roman ortaya qoyub.

Qaraca kimdir soruşsanız, Azərbaycanın son 20-30 illik ədəbiyyat aləmindən, buradakı çarpışmalardan, qələbə və məğlubiyyətlərdən xəbəriniz yoxdur deyərəm. Ancaq ta soruşursunuzsa, bir neçə kəlmə bəyimizə tərif vuraq.

Rasim Qaraca bizim ədəbiyyata yenilikləri böyründə doğulduğu Kür çayı kimi sellə gətirmiş adamdır. Şirvan, keçmiş adı Əli Bayramlı olan şəhərdə doğulub. Bir neçə dostu ilə “Baca” ədəbi qrupu yaradıb, iddia ediblər ki, ədəbiyyatımızın his-pasını təmizləyəcəklər. Mənim doğulduğum Aran Qarabağın yolu Şirvan yaxınlığından keçir, uzaqdan Şirvan elektrik stansiyasının boruları görünür, həmişə fikirləşmişəm ki, yəqin bunlar Rasim bəyin qurduğu həmin bacalardır. Adam həm də elektrik stansiyasıdır axı. “Alatoran” jurnalının, Azad Yazarlar Ocağının qaranlıq, ya da özünün daha optimist olaraq “alatoranlıq” kimi baxdığı ədəbi mühitimizə saldığı işıqların qədri-qiyməti, məncə, hələ çox sonralar bilinəcək. Mənə qalsa, mən indi də bilirəm.

Sözgəlişi, Rasim bəyin şeirlərini dərc edən ilk mətbu orqanlardan birinin “Yeni Müsavat” olmasını bu romandan öyrəndim. Uzaq 90-ların əvvəlində. Harada o günlər ki, qəzetlər həm də şeir çap edərdi? Niyə biz bu gözəllikdən məhrum olduq? Ümumən müəllif şeirlərini çap etdirməyə yer tapmadığı sovet dövrünü acı formada, bəzən özünün də etiraf elədiyi aqressivliklə xatırlayır. İndiki internet uşaqlarına biz çap olunmağa yer tapmayan şairin dərdini bəlkə izah edə bilmərik. Bir şey də var ki, sovet dövrünün bu qadağaları, yeniliyə, avanqard, modern ədəbiyyatın üzünə qapıların bağlanması da ən çox elə Azərbaycanda idi. Rusiyada, Gürcüstanda, Ukraynada, Baltikyanı ölkələrdə Qaraca üslublu şairlər çox asan çap olunardılar.

Rasim bəy adına uyğun - rəssam olmaq istəyirmiş. Ancaq uşaqlıq arzusuna çata bilməyib. Hətta atası bir gün karandaşlarını sındırıb atıb. Bu da bir qəribəlikdir ki, öz adı da rəngli olan Qarakişi bəy oğlunun arzusuna mane olub. Bəlkə bu səbəbdən “ən az xərcli” sənət növünü - poeziyanı seçən Rasim bəy özünə Qaraca təxəllüsü götürüb? Bu, qara deyil, haradasa işıqlı qaradır. Qaracanın sevimli alatoran sözü kimi. Alatoran da zülmətlə işıq arasında bir mərhələdir. İçində yaşadığımız, bir az uzun çəkən keçid dövrünü alatorandan yaxşı hansı söz ifadə edər? Hərçənd işıqdan zülmətə keçid də alatorandır. Baxır sən nə əldə elədin.

Bu gün Rasim bəyin əldə elədikləri isə çox az görünə bilər. Onun bir şeiri var idi: “Əgər dostun müharibədə həlak olmuşsa”. Bax, Azad Yazar Ocağını quran adamların da indi hərəsi bir dərədədir. Rafiq Tağını öldürüblər, Seymur Baycan faktiki mühacirət edib, xeyli yazar AYB-yə əsir düşüb, itkilər çoxdur, saydıqca bitməz. (Onun bir misrası qəfil yadıma düşür: “Mən tənha qadınam” kinoteatrının yanında bıçaqlanan oğlanın göz yaşları yadımdan çıxmır"). Ancaq bunlar komandiri usandırmır, yormur. O bu gün də dayanmadan ədəbiyyatın əsas məqsədlərindən biri olan həqiqət uğrunda savaşmaqdadır. Pafos üçün yazmıram. Şeirimizə yapon üslubunu, sərbəstliyi, moderni gətirmiş adam indi də sənədli roman yazmaqla çoxuna, həmçinin siyasətçilərimizə dərs keçir. Deyir ki, hamınız kitab yazın, bizi qaranlıqdan kitablar çıxardacaq.

90-cı illərdə Rusiyaya dolanışıq ardıyca gedib türk tikinti şirkətlərində tərcüməçi işlədiyi, az qala İnquşetiyada girov götürüləcəyi bölümlər romanda detektiv kimi, həyəcanla oxunur (mən Google-un imkanlarından yararlanıb hətta o hissədəki bir türk mühəndisin fotosunu da tapdım). Qaraca rastlaşdığı insanları, qəlbində işıq yandıranları da unutmur və biz sonda öyrənirik ki, ona bu impulsu görkəmli Azərbaycan filosofu Asif Ata veribmiş. Uzaq 1979-cu ildə Qaracaya yazdığı məktubla.

Rasim bəyin romanı haqda yazımı da elə Asif Atanın o məktubundakı bir məsləhətlə bitirirəm: “Dünyaya, həyata, İnsana (bunu Asif Ata özü böyük hərflə yazıb - Z.H.) heyrət hissini, müqəddəslik duyğusunu ürəyinizdə bəsləyin və qoruyun”.

Qızıl sözlərdir. Məncə, Rasim Qaraca bu məsləhətə həmişə əməl edib./musavat.com/

Yenililklər
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.