Bakı Kitab Mərkəzində “Makedoniyalı İsgəndər və Atropat” kitabının təqdimatı olub
21.12.18

Bakı Kitab Mərkəzində Azərbaycanın Polşadakı səfiri, tarix elmləri doktoru Həsən Həsənovun Azərbaycan və rus dillərində “Makedoniyalı İsgəndər və Atropat” kitablarının təqdimatı keçirilib.

Mərkəzin “Tarixlə üz-üzə” layihəsi çərçivəsində reallaşan təqdimat mərasimində çıxış edən Həsən Həsənov Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən belə bir mədəniyyət və ədəbiyyat ocağının - Bakı Kitab Mərkəzinin yaradılmasını yüksək qiymətləndirib. Diplomat bu Mərkəzin gələcək nəslin maariflənməsində, mütaliə məsələlərində mühüm rol oynayacağını qeyd edib.

Kitab barədə məlumat verən Həsən Həsənov qeyd edib ki, nəşrdə iki mövzudan - Azərbaycan adlı müstəqil dövlətin yaranması, süqutu və Azərbaycan adlı dövlətin müstəqilliyinin bərpasından bəhs olunur. Azərbaycan dövlətinin ilk dəfə eramızdan əvvəl VII əsrdə yaradılmasının kitabda tarixi faktlarla sübut olunduğunu qeyd edən müəllif deyib: “Azərbaycan dövləti yaranana qədər tarixdə nə Fars dövləti, nə də Ermənistan adlı bir dövlət olmayıb. Mən iki mötəbər mənbəyə - Suriyada “Karxi de Bet Selox” və IV əsr Roma tarixçisi Ammian Martsellinə istinad etmişəm. Birinci mənbədə Arbat tərəfindən Adorbayqan adlı dövlətin yaradılması, ikinci mənbədə isə Atropatena adlı dövlətin məhz Assuriya imperiyasının süquta uğraması nəticəsində yaradılması göstərilir. Sovet İttifaqı dövründə tarixçi Ammian Martsellinin əsərinin tərcüməsi zamanı məhz bu fikirlər ixtisara salınmışdı. Sovet dövründə tarixçilərə bu iki mənbəyə istinad etmək qadağan olunmuşdu. Hamı Strabonun dediklərinə istinad edirdi. Strabon isə Atropatenanın yarandığını deyil, yenidən bərpa edildiyini yazırdı”.

Diqqətə çatdırılıb ki, “Makedoniyalı İsgəndər və Atropat” kitabında qədim Azərbaycan dövləti olan Atropatenanın əslində eramızdan əvvəl IV əsrdə deyil, VII əsrdə yaranmasından bəhs olunur. Belə ki, indiyə kimi tarix kitablarında Atropatena dövlətinin Makedoniyalı İsgəndərin ölümündən sonra onun imperiyasının parçalanması nəticəsində eramızdan əvvəl 321-ci ildə yarandığı bildirilir. Təqdim edilən kitabda bu fikirlərin yanlış olduğu faktlarla, tarixi mənbələrə istinadla sübuta yetirilir. Müəllif sübut edir ki, Atropatena dövləti Assuriya imperiyasının parçalanması nəticəsində eramızdan əvvəl 612-ci ildə yaranıb. Əslində Atropatena dövləti eramızdan əvvəl IV əsrdə yaradılmayıb, bərpa olunub.

Sonra Həsən Həsənov oxucuların suallarını cavablandırıb, müəllifi olduğu kitabları imzalayaraq onlara təqdim edib.

Yenililklər
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
22.05.24
Kənan Hacı - Salman Mümtaz Leninə nə deyəcəkmiş?
22.05.24
2024-cü ilin Ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatının qalibi məlum olub
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.