Azərbaycan Universitetində Mikayıl Müşfiqin 110 illik yubileyi qeyd olunub
21.12.18

Azərbaycan Universitetində XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Mikayıl Müşfiqin 110 illik yubileyinə həsr olunmuş “Öz oduna yanan şair” adlı tədbir keçirilib.

Universitetdən bildiriblər ki, tədbir Prezident İlham Əliyevin imzaladığı “Mikayıl Müşfiqin 110 illiyinin qeyd edilməsi haqqında” müvafiq Sərəncama əsasən təşkil edilib. Azərbaycan dili və ədəbiyyat kafedrasının təşkilatçılığı ilə keçirilən tədbirdə görkəmli şairin yaradıcılığı və qısa həyat yolu haqqında məlumat verilib, yaradıcılığından bədii hissə təqdim edilib. Vurğulanıb ki, Azərbaycan Universitetinin fəaliyyətini əks etdirən “Çağlayan” jurnalının adı təsadüfi seçilməyib. “Çağlayan” unudulmaz şair Mikayıl Müşfiqin sonuncu, işıq üzü görməmiş kitabının adıdır.

Kafedranın müdiri Ülviyyə Rəhimovanın çıxışı Mikayıl Müşfiqin Azərbaycan ədəbiyyatında tutduğu mövqeyə həsr olunub. Kafedra müdiri bildirib ki, 29 yaşında repressiya qurbanı olan görkəmli şair qısa zaman kəsiyində zəngin ədəbi irs yaradıb. Şairi cəmi 15-20 dəqiqə çəkən məhkəmənin hökmü ilə ölümə məhkum edərək qətlə yetirənlər onu Azərbaycan xalqının yaddaşından və Azərbaycan ədəbiyyatından silə bilmədilər. Ü.Rəhimova deyib: “Mikayıl Müşfiqin pafosu, coşub-daşan ehtirası, həyat eşqi, hətta ölümünə gedən son anda belə sönməmişdir. Unudulmaz şairimiz haqqında Hüseyn Cavid “Müşfiq bir oddur ki, özünü yandıracaq” deyərək onun gələcək taleyini müəyyən etmişdi”.

Kafedranın professoru Asif Hacıyev Müşfiq poeziyasının bədii keyfiyyətləri haqqında məlumat verib, onun faciəli anlarla dolu həyatının müxtəlif məqamlarına diqqət çəkib. Asif Hacıyev qeyd edib ki, qısa müddətdə ədəbi mühitdə böyük nüfuz qazanan Mikayıl Müşfiqin yaradıcılığına Azərbaycan ədəbiyyatının Hüseyn Cavid, Səməd Vurğun kimi görkəmli nümayəndələri tərəfindən yüksək qiymət verilib. Azərbaycan ədəbiyyatının hər bir görkəmli simasının yaddaşlarda formalaşmış özünəməxsus obrazı var. Füzuli filosofdursa, Nizami müdrikliyin rəmzidir. Müşfiq isə ülvilik və gözəlliklə yanaşı, həm də nakamlığın və faciəviliyin simvoludur. Çünki onun çox qısa olan ömrünün son 4-5 ili mənəvi terrorla keçib. Mənəvi terror fiziki terrorla nəticələnib. Müşfiq 1956-cı ildə bəraət alıb.

Tədbirin bədii hissəsində tələbələr Rifat Əliyev, Çiçək Paşazadə və Sarvan Əliyev Mikayıl Müşfiqin sözlərinə yazılmış “Məhəbbət”, “Söylə”, “Dilbərim”, “Yaşa məhəbbətim” və “Sənə qurban” mahnılarını ifa ediblər. Aytəkin Kərimova, Məhəbbət Azadov, Lamiyə Nəcəfova, Aynurə Heydərova, Nərmin Məmmədli, Rəna Kərimova və Fəranə Mikayılova isə şairin şeirlərini səsləndiriblər.

Tələbələr tədbirə kafedranın dosenti Əminə İbrahimlinin rəhbərliyi ilə hazırlaşıblar.

Yenililklər
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.