Nemət Mətin – Azad cəmiyyətin üstünlükləri
07.01.19

Dünya brendi olan Nike haqqında belə bir pritça var. Nike şirkəti kasıb ölkələrin birində ayaqqabı fabrikinin filialını açmaq qərarına gəlir. Mütəxəssilər, işçilər yığılır, milyonlarla dollar pul xərclənir. Şəhərin kənarında böyük bir fabrik inşa edilir. İstehsala başlayan fabrik bütün zəruri avadanlıqlarla təmin olunur. Ancaq gözlənilməz bir problem meydana çıxır. Fabrikdə başlanan oğurluq hər gün artmaqda davam edir. Faktı araşdırmaq üçün mütəxəssislər cəlb olunur. Gecə-gündüz baş sındırsalar da, çarə tapa bilmirlər. Axırda xüsusi problemlər üzrə mütəxəssisi fabrikə dəvət edirlər. Ona baş verən hadisəni hərtərəfli izah edirlər. Həta təhlükəsizliyi gücləndirdiklərini də deyirlər. Lakin bu da heç bir nəticə vermir. Əksinə mühafizəçilər də oğurluq etməyə başlayırlar. Şəhərdə insanların çoxu qiyməti illik maaşlarına bərabər olan idman ayaqqabılarında gəzirlər. Bütün bunları müşahidə edən mütəxəssis gülümsəyərək deyir:
– Təklif edirəm daha bir fabrik inşa edəsiniz. Amma başqa şəhərdə. Ayaqqabıların hər tayı bir fabrikdə istehsal edilmək şərti ilə.

Bununla da problem həll olunur.

İlk baxışdan məntiqli ideyadır. Lakin pritçada çatışmayan məqamları qeyd etmək lazım və vacibdir. Bir problemin göstərilməsi və həlli əsas olan bir neçə problemi gizlədir.

1. Ölkədə aclıq problemi. İlk baxışdan ibrətamiz pritçanı oxuyanda elə təəssürat yaranır ki, belə də olmalıdır. Kasıb insanlar acından ölməlidirlər. Yəni, buna fikir verməyin. Əsas məsələ ayaqqabı oğurluğunun qarşısının alınmasıdır.

2. Məntiqli görünsə də problem tam həll olunmayacaq. Bir tayını da olsa oğurlayacaqlar. Canlı ac olanda hər şeyə qadir olan varlıqdı. Yazıçı Stiven Kinqin bir hekayəsi var. Narkoman həkim adaya düşür. Yanında ancaq narkotik vasitələr olur. Adada quş ovlamaq istəyərkən zədə alır. Ayağı çirk edir və gəzə bilmir. Acından ölməmək üçün çoxlu narkotik vasitələr qəbul edərək ayağını kəsir. Nobel mükafatının qalibi Svetlana Alekseyeviç müharibə illərində aclığı göstərmək məqsədi ilə başına gələn hadisələrdən bəhs edərkən yazır ki, yayda yerdəki otları cibimizə yığırdıq. Aclığı hiss etməmək üçün vaxt aşırı çeynəyirdik. Lakin qış aylarında ot da bitmirdi...

3. Nike şirkəti özünü dünyaya xeyriyyəçi bir qurum kimi göstərmək istəyirdisə, əksinə nüfuzdan düşdü. Kasıb, aclıq, böhran mərkəzi olan ölkədə ayaqqabı satmamışdan öncə o ölkəyə yardım etmək, heç olmasa iş işdən keçibsə, ayaqqabıların qiymətini ucuz etmək olardı.
 Problemin özəyini, nüvəsini tapmadan onu həll etmək olmur. Stiv Cobs TED layihəsində çıxışı zamanı deyir ki, malyariya xəstəliyinin mənbəyini tapmadan öncə 3 milyon insan adı çəkilən xəstəlikdən gözlərini əbədi yumub. Sonra bir nəfər, keçmiş hərbi həkimi ağcaqanadların virus daşıyıcısı olduğunu anlayaraq dünyaya car çəkib. Yəni bütün bu oğurluq, cinayət hadisələrinin kökündə aclıq durursa, onunla mübarizə aparmaq daha məqsədə uyğundur, nəinki cinayətkarlıqla mübarizə. Xırda ağcaqanad insanları kütləvi qırdığı kimi, aclıq da insanları cinayətkara çevirir...

 Promlemin nüvəsini tapmaq məsələsi ilə bir hadisəni yazmaq istərdim. Sonunda hər şey aydın olacaq. İki uşaq, uşaq da demək olmaz, dördüncü sinif şagirdləri təsəvvür edin. Biri nadinc, digəri sakit. Günlərin bir günü məktəbdən evə qayıdanda nadinc, şıltaq olan sakit, səsis və sakit olan şagirdə deyir:
– Gəl mənimlə dükana. Gör sənə nə göstərəcəyəm.
Razılaşıb dükana daxil olurlar. Satıcının başı qarışan kimi gözüqaynayan şagird furbol yığmasının yeni çıxmış şəklini oğurlayıb pencəyinin altında gizlədir. Digəri isə ağzı açıq qalır. Yavaşca dükandan çıxıb gülüşə-gülüşə gedirlər. Yolda nadinc özüylə öyünür, necə heç kimdən xəbərsiz oğurlamağı ilə fəxr etdiyini nümayiş etdirir. Sakit isə onu diqqətlə dinləyir. Səhəri gün şıltaq sakitə deyir ki, gedək bu dəfə sən oğurla. Sakitin ürəyi tez-tez döyünməyə başlayır. Lakin büruzə vermir. Nadincin inadkarlığından sonra razılaşır. Dərsdən çıxıb dükana gedirlər. Sakitin əlləri əsir. Şəkli götürsə də, gizlətmık istəyəndə satıcı iti gözləri ilə onu görür. Sakit qorxudan arxasına baxmadan qaçır. Satıcı şişman olduğundan şagirdin arxasınca qaçsa da, təngənəfəs olub, dayanır. Uşağın arxasınca söyüşlər yağdırır. Nadinc isə çoxdan gizlənmişdi...
 
Evə gələn sakit oğlan artıq özünü sakit hiss etmirdi. Nə edəcəyini bilmədən evdə var-gəl edirdi. Axı, səhər yenidən dərsə getməlidir və dükanın yanından keçəcək. Anasına söyləməyi qərara alır. İşdən qayıdan ana övladına diqqətlə qulaq asır. Sakitin düşüncəsinə görə ana onu cəzalandırmalı idi. Amma belə olmur. Ana oğurluğun pis xüsusiyyət olduğu haqda oğluna hekayət açır və daha oğurluq etməyəcəyi barədə and içməsini istəyir. Şagird and içir. Lakin məsələnin çözülmədiyini yaxşı anlayır. Ana oğlunun əlindən tutub dükana gedirlər. Satıcı ananı görcək şirin dilini işə salır.
– Əşi, eybi yox. Qurbandı uşağa şəkil.
 Ana isə görünür bununla razılaşmır.
– Xeyr, qardaş. Elə şey yoxdur. Oğlum sizdən üzr istəyir. O şəkli alırıq. Daha belə hal baş verməyəcək.
 Sakit bayaqdan qızarır, üzü və gözləri yerlə sürünür. Daha heç vaxt oğurluq etməyəcəyini anlayır. Nadinc isə illər keçsə belə, yenə oğurluqla məşğuldu...

Afrikalı ac insanlar bahalı ayaqqabıları almaq üçün pulları olsaydı, yəqin ki, daha oğurluq etməzdilər. Oğrunu  tutmaq, təhlükəsizliyi təmin etmək problemin həlli deyil.

İnsana tam azaqlıq verilsə o heç vaxt oğru olmağı, narkoman olmağı seçməz. Fırıldaq gəlməyi düşünməz. Bir xarici filmdə pəncərə şüşələri satmaqla pul qazanan şirkət azyaşlı uşaqlara pəncərələri qırmaq üçün pul verirdi. 

Yenililklər
01.12.21
“Aşıq sənətinin Ələsgər zirvəsi” mövzusunda beynəlxalq elmi konfrans keçirilib
27.11.21
Kənan Hacı - Yazı sənətinin tarixi
24.11.21
Təranə Vahidin “Qarışqa təqvimi” çap olunub
23.11.21
Muni Vitçer - Altıncı Ayın qızı Nina    
23.11.21
İlk dəfə olaraq “Arı” və “Mirat” satirik jurnalları transfoneliterasiya edilərək yeni əlifbada toplu halında nəşr edilib
22.11.21
Cəmşid Cəmşidovun tərcüməsində Muni Vitçerin əsəri çap olundu
22.11.21
Turan Yazqan: Türk dünyasının səsi
17.11.21
“Nizami Gəncəvi sözünün orbitində” kitabının təqdimatı keçirilib
17.11.21
Türkiyənin məşhur şairi Sezai Karakoç vəfat edib
17.11.21
“Nizami Gəncəviyə məktub” beynəlxalq esse müsabiqəsi elan olunur
17.11.21
Elçin Hüseynbəylinin “Vida” romanı çap olunub
17.11.21
BAFTA qısa filmləri Bakıda nümayiş olunacaq
11.11.21
“Nizami Gəncəvinin poetik portreti” kitabı nəşr olunub
11.11.21
“Şərq irsi” adlı Beynəlxalq Müasir İncəsənət Sərgisi açılacaq
08.11.21
Kənan Hacı - Ekspress qatarında eksperimental mozaika
08.11.21
Fəxri Uğurlu - Klassikanı diri saxlamaq
08.11.21
"Şuşa" sənədli filminin təqdimatı olub
08.11.21
4+4: rəqəmsal namə
08.11.21
İsfar Sarabski Parisdə iki gün konsert verib
05.11.21
“Hədəf Nəşləri”nin təsisçisi Şəmil Sadiqin ƏDV ilə bağlı müzakirələrə əlavə və dəyişiklərlə bağlı təklifləri
05.11.21
Kənan Hacı - Yazıçılarımız nəyi bacarmır?
04.11.21
Qələbə ilə bitən ilk roman
04.11.21
Ədəbiyyat İnstitutunda Məhəmməd İqbalın “Seçilmiş əsərləri”nin təqdimatı keçirilib
04.11.21
Azad Qaradərəli - Qara sevda
03.11.21
"Qarabağın qara kitabı" və "Qarabağ - qələbəyə doğru" kitablarının təqdimat mərasimi keçirilib
03.11.21
Kənan Hacının “Hakimə açılan atəş” romanı oxucularıın böyük marağına səbəb olub
02.11.21
“Şuşa, sən azadsan!” və “Biz” filmləri təqdim olunacaq
02.11.21
Rusiyanın Tretyakov Qalereyasında Tahir Salahovun sərgisi açılıb
02.11.21
Şamaxıda Yaradıcılıq Mərkəzi istifadəyə verilib
01.11.21
Altı əsr yaşı olan xalça 5,4 milyon dollara satışa çıxarılacaq
01.11.21
Nizami Kino Mərkəzində “Fulya” sənədli filminin premyerası olub
01.11.21
Zahid Sarıtorpağın İranda kitabı çap olunub
01.11.21
Vidadi Babanlının "Sabaha ismarıc" adlı romanı çap olunub
01.11.21
Poetik diktatura - Firuz Mustafa yazır
26.10.21
Çempion idmançı, istedadlı aktyor və doktorant
25.10.21
Azad Qaradərəli -  Zəngəzur ağacları
24.10.21
I Sumqayıt Kitab Sərgisi keçiriləcək
22.10.21
Kənan Hacı: “Güclü xarakterə malik insan haqqında yazmaq ikiqat çətindir” - Müsahibə
21.10.21
"Cəbrayıl əfsanəsi"nin təqdimat mərasimi olacaq
20.10.21
Türkiyədə təşkil olunan Beynəlxalq Şeir və Ədəbiyyat Festivalında ölkəmiz də təmsil olunur
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.