İsa Həbibbəyli: "Sərəncam Nəsiminin dünya ədəbiyyatında tutduğu mövqeyi göstərməyə meydan açır"
14.01.19

“Prezident İlham Əliyevin mütəfəkkir şair İmadəddin Nəsimi haqqında verdiyi hər iki sərəncam, ilk növbədə, müstəqil Azərbaycan dövlətinin görkəmli şəxsiyyətlərə, klassik mədəni ədəbi irsə verdiyi yüksək qiymətin ifadəsidir”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin sədri, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru İsa Həbibbəyli deyib.

Onun sözlərinə görə, sərəncamlar həmçinin Nəsimi irsini müstəqillik vaxtında yenidən Azərbaycan xalqına tanıtmağa və dünya ədəbiyyatında tutduğu mövqeyi göstərməyə geniş meydan açır: “Hesab edirəm ki, Nəsiminin sənət ideallarını, həyat çağırışlarını, onun qəhrəmanlıq nümunəsi olan həyatını, məğrurluğunu, şəxsiyyətini yeni nəsillərə müstəqillik gözü ilə nümunə kimi təqdim etmək bizim vəzifələrimiz sırasında dayanan işlərdən olacaq”.

İ.Həbibbəyli bildirib ki, şairin irsinin ölkədə sistemli tədqiqi və təbliği 1973-cü ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Nəsiminin 600 illik yubileyinin keçirildiyi vaxta təsadüf edir: “Həmin vaxt Nəsiminin Azərbaycanda heykəli ucaldıldı, ona həsr olunan əsərlər meydana çıxdı, hətta film də çəkildi və bir sıra vacib addımlar atıldı. Bu da Nəsimini dünyaya tanıtmaq baxımından təqdirəlayiq işlər idi. Həmin müddətdən artıq 50 il vaxt keçib. Etiraf edək ki, bu gün Nəsimiyə dair tədqiqat işləri çox deyil, əsərləri, demək olar ki, az nəşr olunur, eləcə də əsərlərinin dünya dillərinə tərcüməsini həll etmək lazımdır. Sərəncam bu istiqamətdə həm akademik qurumların, həm də ali təhsil müəssisələrində olan alimlərin fəaliyyət göstərmələrinə və onlara dəstək olunmasına geniş imkanlar yaradır”.

İnstitut direktoru vurğulayıb ki, artıq Akademiyada Nəsimi ilə əlaqəli bir sıra tədbirlərin, beynəlxalq konfransların keçirilməsi ilə bağlı tədbirlər planı hazırlanıb: “Əlyazmalar İnstitutunun əməkdaşları arxivlərdən Nəsimiyə aid edilən, ya da onun imzası ilə yazılan bir çox yeni bədii əsərlər, qəzəllər tapıb. Bu əsərlərin dəqiqləşməsinə ehtiyac var və həmin əlyazmaların çap olunması elm ictimaiyyəti üçün əvəzsiz olacaq”.

Xatırladaq ki, Prezident İlham Əliyev yanvarın 11-də 2019-cu ilin Azərbaycanda “Nəsimi ili” elan edilməsi haqqında sərəncam imzalayıb. Həmçinin Azərbaycanın ədəbi-mədəni fikir tarixinin bu əlamətdar hadisəsinin dövlət səviyyəsində təşkil edilməsi məqsədilə “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” ölkə başçısının müvafiq sərəncamı ilə Nazirlər Kabinetinə müvafiq tədbirlər planının hazırlanıb həyata keçirilməsi tapşırılıb. 

Yenililklər
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
22.05.24
Kənan Hacı - Salman Mümtaz Leninə nə deyəcəkmiş?
22.05.24
2024-cü ilin Ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatının qalibi məlum olub
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.