“Qriqorian kilsəsi Səfəvilər dövlətinə qarşı casusluq aləti kimi kitabının təqdimatı olub
17.01.19

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Qafqazşünaslıq İnstitutunun təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Qriqorian kilsəsi Səfəvilər dövlətinə qarşı casusluq aləti kimi (XVII əsr–XVIII əsrin ilk dörddəbiri)” kitabının təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli akademik Ramiz Mehdiyevin ictimai-siyasi fəaliyyətini qeyd etməklə yanaşı, Azərbaycan dövlətinin ideoloji əsaslarını təşkil edən bir sıra sanballı tədqiqat əsərlərinin müəllifi olduğunu bildirib. İ.Həbibbəyli “Qriqorian kilsəsi Səfəvilər dövlətinə qarşı casusluq aləti kimi (XVII əsr–XVIII əsrin ilk dörddəbiri)” kitabının da akademikin əvvəlki fundamental tədqiqatları kimi böyük elmi əhəmiyyətə malik olduğunu, eyni zamanda, tarix, beynəlxalq münasibətlər, konfliktologiya, qafqazşünaslıq istiqamətində yeni tədqiqatlar üçün imkanlar açdığını söyləyib. O, görkəmli dövlət xadimi, akademik Ramiz Mehdiyevin bu kitabını zəngin arxiv materialları, mühüm tarixi qaynaqlar, hərtərəfli müqayisələr, dərin təhlillər əsasında yazılmış, tarixşünaslığımıza və geniş ölçüdə azərbaycanşünaslığa töhfə olan əsər kimi dəyərləndirib. AMEA-nın vitse-prezidenti monoqrafiyanın milli tarixçiliyimizdə və cəmiyyətşünaslıqda büsbütün yeni baxışları əks etdirən orijinal bir araşdırma olaraq yeni tədqiqatlar silsiləsinin meydana çıxmasına etibarlı zəmin yaratdığını vurğulayıb. Bildirib ki, akademik Ramiz Mehdiyevin Səfəvilər, Nadir şah haqqında tədqiqatları Azərbaycan tarixşünaslıq elmində ən mühüm nailiyyətlərdən biridir. “Qriqorian kilsəsi Səfəvilər dövlətinə qarşı casusluq aləti kimi (XVII əsr–XVIII əsrin ilk dörddəbiri)” monoqrafiyası da bu tədqiqatların məntiqi davamı olaraq, həm dəyərli elmi mənbə, həm də gənc tədqiqatçılar üçün istiqamətverici proqramdır.

Sonra Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı məruzə ilə çıxış edib. O bildirib ki, kitab Qafqazda ermənilər tərəfindən yaradılmış münaqişələrin tarixi köklərini və gerçək mahiyyətini dərk etmək üçün ciddi faktlar verir. Maraqlı məsələlərdən biri ermənilərin tarixboyu müxtəlif dövlətlərə qarşı həyata keçirdikləri xəyanət siyasətinin elə onların öz mənbələrinin və müəlliflərinin əsərlərindən gətirilən faktlarla sübuta yetirilməsidir.

Qeyd edilib ki, kitab Qərb dövlətlərinin, habelə çar Rusiyasının əlində Səfəvilər dövlətinə qarşı casusluq, şantaj və separatizm vasitəsinə çevrilmiş Qriqorian kilsəsinin kəşfiyyat və siyasi-ideoloji fəaliyyətinin dərk edilməsi və ətraflı işıqlandırılmasında mühüm vasitədir.

Akademik Ramiz Mehdiyevin bu günə qədər Səfəvilərin tarixinə dair önəmli tədqiqatlar apardığını, kitab, monoqrafiya və məqalələr çap etdirdiyini deyən M.Qasımlı yeni nəşrin digərlərindən fərqləndiyini, burada tarixi faktlarla ermənilərin Səfəvilərə qarşı casusluq etməsinin sübuta yetirildiyini söyləyib. “Əsərdə Qriqorian kilsəsinin mahiyyəti açılır, eyni zamanda, erməni tacirlərinin casusluq fəaliyyəti göstərilir. Biri ideoloji əsas, o biri maddi əsas kimi verilir. Əsərdən çıxan nəticə budur ki, biz tarixçilər erməni psixologiyasını dərindən öyrənməliyik”, - deyə M.Qasımlı bildirib.

AMEA-nın Tarix İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru Şahin Fazil Fərzəlibəyli müstəqillik illərində Azərbaycan tarix elminin inkişafında akademik Ramiz Mehdiyevin rolundan danışıb. O, akademik Ramiz Mehdiyevi aktual, tədqiqi zəruri olan kəskin problemləri öncədən görmək və yüksək elmi səviyyədə araşdırmaq qabiliyyəti ilə fərqlənən tarixçi kimi xarakterizə edib. Akademikin bu əsərinin Azərbaycan tarix elmində Qriqorian kilsəsinin XVII əsr-XVIII əsrin birinci rübündə Səfəvi dövlətinə qarşı kəşfiyyat və siyasi-ideoloji fəaliyyətinin ilk dəfə ətraflı araşdırılması və işıqlandırılması faktı kimi olduqca əhəmiyyətli olduğunu diqqətə çatdırıb.

Qafqazşünaslıq İnstitutu direktorunun elmi işlər üzrə müavini, tarix üzrə fəlsəfə doktoru Ramilə Dadaşova, ermənişünaslıq şöbəsinin müdiri, tarix elmləri doktoru Qasım Hacıyev, Qafqaz siyasəti şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadə, Bakı Dövlət Universitetinin tarix fakültəsinin dekanı, tarix elmləri doktoru Azad Rzayev kitabın elmi məziyyətləri haqqında danışıblar. Qeyd olunub ki, nəşrindən keçən qısa müddət ərzində nəinki respublikamızda, eləcə də onun hüdudlarından kənarda elm adamlarının böyük marağına səbəb olmuş bu kitab Səfəvilər dövlətinə qarşı casusluq, şantaj və separatizm vasitəsinə çevrilmiş Qriqorian kilsəsinin kəşfiyyat və siyasi-ideoloji fəaliyyətinin dərk edilməsi və ətraflı işıqlandırılması üçün ilk uğurlu addımdır. Əsər əzəli Azərbaycan torpaqlarının bir neçə əsr davam edən işğalında Eçmiədzinin roluna, ermənilərin ərazi iddialarının mənbələrinə tamamilə yeni baxışdır.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Qriqorian kilsəsi Səfəvilər dövlətinə qarşı casusluq aləti kimi” (XVII əsr–XVIII əsrin ilk dörddəbiri)” kitabı “Şərq-Qərb” nəşriyyatında çapdan çıxıb.

Yenililklər
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
22.05.24
Kənan Hacı - Salman Mümtaz Leninə nə deyəcəkmiş?
22.05.24
2024-cü ilin Ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatının qalibi məlum olub
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.