Nemət Mətin - Moris Meterlinkin "Korlar"ı
06.02.19

Belçikalı şair, dramaturq, filosof və yazıçı Moris Meterlink 1862-ci il, 29 avqust dünyaya göz açıb. Ailəsi fransızdilli olduğu üçün əsərlərini fransızca yazan Meterlink ilk yazdıqları əsərləri cırıb atmışdı. Fəlsəfi pyeslər ustası sayılan Moris 1911-ci ildə "təxəyyüllə və poetik fantaziyalarla zəngin dram əsərlərinə görə" ədəbiyyat üzrə Nobel mükafatını qazanmışdı.

Varlı ailədə yaşayan Morisi atası 1874-cü ildə oxumağa dini kollecə göndərir. Sonralar şeirlər yazmaqla ilk yaradıcılıq addımlarını atmağa çalışır. Lakin atası vəkil olmağını istəyir. İlk dəfə 1883-cü ildə şeirləri «Jeune Belgique» jurnalında çap olunur. İlk pyesi haqqında isə yazıçı Oktav Mirbo xoş sözlər deyir. Uzun yaradıcılıq yolunda çoxsaylı əsərlərin müəllifinə çevrilir. Ömrünün son 25 ilini pyeslərdən əl çəkib esse yazmağa həsr edir.

"Göy quş" pyesində obrazlar xoşbəxtlik axtarmaq üçün dünyanı gəzirlər. Lakin geri dönüb xoşbəxtliyi evlərində tapırlar. Demək olar bütün pyesləri şüur axınıdır. Moris yaşa dolduqca dini motivlərə, ölümə, akkultizm mövzularına daha çox müraciət edirdi. Meterlink Şopenhauer kimi düşünərək hesab edirdi ki, insanlar öz talelərindən asılıdırlar. Hətta insanların idarə olunmağına nişan verərək onları morionet oyuncaqlara bənzədirdi. Pyesləri tamaşaya qoyulanda aktyorlardan iplərlə idarə olunan kuklalar kimi gəzməyi tələb edirdi...

Ən çox diqqətimi çəkən Moris Meterlinkin "Korlar" pyesi haqqında danışmaq istəyirəm. Əsəri üzdən oxuyub keçən üçün adi pyes sayıla bilər. Lakin şüuraltı ötürülən mesajlar dəhşətdi. Köməksiz korlar bir yerə yığışıb şikayətlənirlər. Bir nəfər, gözləri günəşi görən, korlara yardım edən insan onları tərk edir. Daha doğrusu aradan çıxır. Korlar onun yolunu gözləməkdən yorulurlar. Bir kor ana uşağa süd verir. Uşaq kor deyil. Qalan hamı kordur. Qoca kor qadın oturduğu yerdə keçinir. O daha günəşi heç vaxt görməyəcək. Pyesi oxuduqca qəribə mistik auraya köklənirsən. Korlar onlara yardım edən insanın getməsindən gileylənirlər. Onsuz heç nə edə bilməyəcəklərindən, evdən uzaqda olduqları üçün evə gedən yolu tapa bilməyəcəklərindən danışırlar. Aralarındakı dialoqa fikir verin:
- Mən günəşi görmüşəm. Lap gənc vaxtlarımda.
-Mən də, uzun illər bundan qabaq. Onda lap uşaq idim.

Korlar özlərini qul hesab edirlər. Onları mütləq gəlib kimsə xilas etməlidir. Azad insanın köməyə ehtiyacı yoxdur. Azad insan heç vaxt şikayətlənmir. Bu insanlar idarə olunanlardır. Zəifdirlər, gücsüzdürlər. Ancaq səslərlə və toxunuşlarla "görə" bilirlər. Görmədikləri üçün qorxurlar. Təkcə körpə uşağın ağlamağından kiminsə gəldiyini anlayırlar. Ən qoca kor təcrübəlidir. Uzun illər kor qaldığı üçün məsləhətlər verir, yollar göstərir. Bir epizodda deyir:
-Ağlamaq üçün görmək lazımdır.

Meterlinkin "Korlar" pyesi başdan ayağa kimi şüur axını və fəlsəfədir. Əsərin sonu da novellasayağı bitir. Müəmma, mistika, duman... Əsəri oxuyanda Nodar Dumbadzenin "Mən günəşi görürəm" əsəri yadıma düşürdü. Orada kor qızın ümidi vardı. Hələ gəncdir. Gözlərinin açılacağını səbirsizliklə gözləyir. Bu əsərdə isə ümidsiz insanlar təşviş içindədirlər. "Görməyən insanlara işıq da lazım deyil" deyirlər.

Yenililklər
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.