Heydər Əliyev Mərkəzində rus avanqard rəssamlarının nadir əsərlərindən ibarət sərgi açılıb
19.02.19

Heydər Əliyev Mərkəzində “Zamanında. Rusiya regional muzeylərinin 1900-1930-cu illərə aid rus avanqardı kolleksiyaları. Üçüncü hissə” adlı sərgi açılıb.

Mərkəzdən "Report"a verilən məlumata görə, ekspozisiyada Rusiyanın 17 şəhərindəki regional muzeylərdən toplanmış nadir avanqard kolleksiya nümayiş olunur.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərginin açılış mərasimində iştirak edib.

Mərasimdə Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov çıxış edərək sərgi ilə bağlı fikirlərini bölüşüb. Azərbaycanın mədəni həyatında bir çox tədbirlərin keçirildiyini deyən Anar Ələkbərov bildirib ki, Heydər Əliyev Mərkəzi ənənəvi olaraq bu cür tədbirlərin təşkil edildiyi məkana çevrilib. Burada keçirilən tədbirlər hər zaman yüksək qiymətləndirilir. Bu layihənin üzərində uzun zamandır iş aparıldığını deyən direktor sərginin ərsəyə gəlməsindən məmnunluğunu bildirib. O, sərginin ölkəmizdə ilk dəfə keçirildiyini diqqətə çatdıraraq layihənin reallaşmasında göstərdikləri dəstəyə görə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya və Fondun vitse-prezidenti Leyla Əliyevaya minnətdarlığını bildirib.

Sərginin fevralda açılmasının təsadüfi olmadığını vurğulayan Anar Ələkbərov bildirib ki, bu ay tanınmış avanqard klassiki, sərgidə əsərləri nümayiş olunan Kazimir Maleviçin anadan olmasının 140 illik yubileyi qeyd edilir.

Heydər Əliyev Mərkəzinin direktoru layihənin reallaşmasında Rusiya Yəhudi İcmaları Federasiyasının prezidenti, Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzinin baş direktoru Aleksandr Borodanın və sərginin kuratoru, incəsənət tarixçisi Andrey Sarabyanovun da xidmətlərini xüsusi vurğulayıb.

Rusiya Yəhudi İcmaları Federasiyasının prezidenti, Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzinin baş direktoru Aleksandr Boroda deyib ki, Rusiyanın regional muzeylərindən toplanan bu əsərlərin nümayişi Heydər Əliyev Mərkəzi, Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzi, Moskva Müasir İncəsənət Muzeyinin birgə səyləri nəticəsində mümkün olub. Aleksandr Boroda rəhbərlik etdiyi mərkəzin uzun illərdir Heydər Əliyev Mərkəzi ilə səmərəli əməkdaşlıq qurduğunu diqqətə çatdıraraq deyib: “Biz Heydər Əliyev Fondunun rəhbərliyinin qarşılıqlı hörmət və tolerantlıq prinsiplərini tam dəstəkləyirik. Azərbaycan Prezidentinin həyata keçirdiyi tolerantlıq siyasətinə hər zaman böyük hörmətlə yanaşılır. Bu cür layihələrin gələcəkdə də reallaşacağına əminik”.

“Çox sevinirəm ki, bu gün rus avanqardı Bakıya gəlib”, - deyən sərginin kuratoru, incəsənət tarixçisi Andrey Sarabyanov vurğulayıb ki, sərginin Bakıda keçirilməsi təsadüfi deyil. Bu sərginin özünəməxsusluğu ondadır ki, burada az tanınan rəssamların da əsərləri nümayiş olunur. O, sərginin təşkilatçılarına minnətdarlığını bildirib.

Çıxışlardan sonra qonaqlar sərgidə nümayiş etdirilən əsərlərlə tanış olublar.

Ekspozisiyada avanqard incəsənət tarixinə mühüm töhfələr vermiş klassiklərin - Kazimir Maleviç, Vasili Kandinski, Aleksandr Rodçenko, Vladimir Tatlin, Aleksandr Ekster, Mark Şaqal ilə yanaşı, Viktor Bart, Aleksey Qrişenko, Aleksey Morqunov, Sergey Romanoviç, Pavel Mansurov və digərlərinin yaradıcılığından nümunələr təqdim olunub. Ümumilikdə 60 əsərin yer aldığı ekspozisiya özündə 2016-cı və 2017-ci illərdə Moskvada nümayiş olunan “Zamanında. Birinci hissə” və “Zamanında. İkinci hissə” sərgilərinin eksponatlarını birləşdirir və rus avanqardının 1900-cü illərin ortalarında formalaşmasından başlayaraq 1930-cu illərin əvvəllərindəki tənəzzülünə qədər olan dövrü əhatə edir. Layihənin əsas ideyası məşhur, az tanınmış və ümumiyyətlə tanınmamış avanqard rəssamların Rusiya regional muzeylərinin kolleksiyalarında qorunan əsərlərini təqdim etmək, XX əsrin ilk 30 ilində rus incəsənətindəki əsas üslubları sərgiləməkdir.

Ekspozisiya Heydər Əliyev Mərkəzində mayın 5-dək açıq olacaq.

Yenililklər
01.12.21
“Aşıq sənətinin Ələsgər zirvəsi” mövzusunda beynəlxalq elmi konfrans keçirilib
27.11.21
Kənan Hacı - Yazı sənətinin tarixi
24.11.21
Təranə Vahidin “Qarışqa təqvimi” çap olunub
23.11.21
Muni Vitçer - Altıncı Ayın qızı Nina    
23.11.21
İlk dəfə olaraq “Arı” və “Mirat” satirik jurnalları transfoneliterasiya edilərək yeni əlifbada toplu halında nəşr edilib
22.11.21
Cəmşid Cəmşidovun tərcüməsində Muni Vitçerin əsəri çap olundu
22.11.21
Turan Yazqan: Türk dünyasının səsi
17.11.21
“Nizami Gəncəvi sözünün orbitində” kitabının təqdimatı keçirilib
17.11.21
Türkiyənin məşhur şairi Sezai Karakoç vəfat edib
17.11.21
“Nizami Gəncəviyə məktub” beynəlxalq esse müsabiqəsi elan olunur
17.11.21
Elçin Hüseynbəylinin “Vida” romanı çap olunub
17.11.21
BAFTA qısa filmləri Bakıda nümayiş olunacaq
11.11.21
“Nizami Gəncəvinin poetik portreti” kitabı nəşr olunub
11.11.21
“Şərq irsi” adlı Beynəlxalq Müasir İncəsənət Sərgisi açılacaq
08.11.21
Kənan Hacı - Ekspress qatarında eksperimental mozaika
08.11.21
Fəxri Uğurlu - Klassikanı diri saxlamaq
08.11.21
"Şuşa" sənədli filminin təqdimatı olub
08.11.21
4+4: rəqəmsal namə
08.11.21
İsfar Sarabski Parisdə iki gün konsert verib
05.11.21
“Hədəf Nəşləri”nin təsisçisi Şəmil Sadiqin ƏDV ilə bağlı müzakirələrə əlavə və dəyişiklərlə bağlı təklifləri
05.11.21
Kənan Hacı - Yazıçılarımız nəyi bacarmır?
04.11.21
Qələbə ilə bitən ilk roman
04.11.21
Ədəbiyyat İnstitutunda Məhəmməd İqbalın “Seçilmiş əsərləri”nin təqdimatı keçirilib
04.11.21
Azad Qaradərəli - Qara sevda
03.11.21
"Qarabağın qara kitabı" və "Qarabağ - qələbəyə doğru" kitablarının təqdimat mərasimi keçirilib
03.11.21
Kənan Hacının “Hakimə açılan atəş” romanı oxucularıın böyük marağına səbəb olub
02.11.21
“Şuşa, sən azadsan!” və “Biz” filmləri təqdim olunacaq
02.11.21
Rusiyanın Tretyakov Qalereyasında Tahir Salahovun sərgisi açılıb
02.11.21
Şamaxıda Yaradıcılıq Mərkəzi istifadəyə verilib
01.11.21
Altı əsr yaşı olan xalça 5,4 milyon dollara satışa çıxarılacaq
01.11.21
Nizami Kino Mərkəzində “Fulya” sənədli filminin premyerası olub
01.11.21
Zahid Sarıtorpağın İranda kitabı çap olunub
01.11.21
Vidadi Babanlının "Sabaha ismarıc" adlı romanı çap olunub
01.11.21
Poetik diktatura - Firuz Mustafa yazır
26.10.21
Çempion idmançı, istedadlı aktyor və doktorant
25.10.21
Azad Qaradərəli -  Zəngəzur ağacları
24.10.21
I Sumqayıt Kitab Sərgisi keçiriləcək
22.10.21
Kənan Hacı: “Güclü xarakterə malik insan haqqında yazmaq ikiqat çətindir” - Müsahibə
21.10.21
"Cəbrayıl əfsanəsi"nin təqdimat mərasimi olacaq
20.10.21
Türkiyədə təşkil olunan Beynəlxalq Şeir və Ədəbiyyat Festivalında ölkəmiz də təmsil olunur
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.