“Silahdaşlar” sənədli filmi təqdim olunub
20.02.19

Fevralın 19-da Nizami Kino Mərkəzində “Silahdaşlar” adlı tammetrajlı sənədli filminin ilk nümayişi keçirildi. Mədəniyyət Nazirliyinin “Salnaməfilm” studiyasında ekranlaşdırılan film 1990-cı il 20 Yanvar hadisələrini lentə alan kino işçilərinin fədakarlığından bəhs edir.

Ekran əsərinin ssenari müəllifi, Xalq artisti Ramiz Fətəliyev, quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Nizami Abbasdır.  

Nümayişdən öncə Ramiz Fətəliyev çıxış edərək filmlə bağlı fikirlərini bölüşdü, onun çəkilmə səbəblərindən danışdı. Bildirdi ki, Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzi olan 20 Yanvar hadisələri baş verənləri kinokameranın yaddaşlarına köçürən insanların fədakarlığı sayəsində tarixi salnaməyə çevrilib. “Silahdaşlar” həmin tarixi lentə alanlar haqqında filmdir.

Ssenari müəllifi filmin ərsəyə gəlməsində zəhməti olan hər kəsə təşəkkür etdi.

Sonra ekran əsəri nümayiş olundu.

Filmdə 1990-cı il yanvarın 20-nə keçən gecə sovet ordu hissələrinin Bakıda həyata keçirdiyi qırğınları, faciənin dəhşətli görüntülərini lentə almaq üçün əsl peşəkarlıq, eyni zamanda vətənpərvərlik nümayiş etdirən kino işçilərindən söz açılır. Həmin günlərdə C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının və “Salnaməfilm” studiyasının operatorları başda olmaqla çəkiliş qrupları yaradılmışdı. Onlar şəhərin müxtəlif yerlərindən baş verən qanlı hadisələri lentə almaq üçün həyatlarını riskə atmışdırlar.

Ekran əsərində həmin müdhiş gecədə və sonra Azərbaycanın müxtəlif rayonlarında törədilən faciələr haqqında xatirələrə və kadrarxası hadisələr barədə fikirlərə də yer verilib.

Yenililklər
01.12.21
“Aşıq sənətinin Ələsgər zirvəsi” mövzusunda beynəlxalq elmi konfrans keçirilib
27.11.21
Kənan Hacı - Yazı sənətinin tarixi
24.11.21
Təranə Vahidin “Qarışqa təqvimi” çap olunub
23.11.21
Muni Vitçer - Altıncı Ayın qızı Nina    
23.11.21
İlk dəfə olaraq “Arı” və “Mirat” satirik jurnalları transfoneliterasiya edilərək yeni əlifbada toplu halında nəşr edilib
22.11.21
Cəmşid Cəmşidovun tərcüməsində Muni Vitçerin əsəri çap olundu
22.11.21
Turan Yazqan: Türk dünyasının səsi
17.11.21
“Nizami Gəncəvi sözünün orbitində” kitabının təqdimatı keçirilib
17.11.21
Türkiyənin məşhur şairi Sezai Karakoç vəfat edib
17.11.21
“Nizami Gəncəviyə məktub” beynəlxalq esse müsabiqəsi elan olunur
17.11.21
Elçin Hüseynbəylinin “Vida” romanı çap olunub
17.11.21
BAFTA qısa filmləri Bakıda nümayiş olunacaq
11.11.21
“Nizami Gəncəvinin poetik portreti” kitabı nəşr olunub
11.11.21
“Şərq irsi” adlı Beynəlxalq Müasir İncəsənət Sərgisi açılacaq
08.11.21
Kənan Hacı - Ekspress qatarında eksperimental mozaika
08.11.21
Fəxri Uğurlu - Klassikanı diri saxlamaq
08.11.21
"Şuşa" sənədli filminin təqdimatı olub
08.11.21
4+4: rəqəmsal namə
08.11.21
İsfar Sarabski Parisdə iki gün konsert verib
05.11.21
“Hədəf Nəşləri”nin təsisçisi Şəmil Sadiqin ƏDV ilə bağlı müzakirələrə əlavə və dəyişiklərlə bağlı təklifləri
05.11.21
Kənan Hacı - Yazıçılarımız nəyi bacarmır?
04.11.21
Qələbə ilə bitən ilk roman
04.11.21
Ədəbiyyat İnstitutunda Məhəmməd İqbalın “Seçilmiş əsərləri”nin təqdimatı keçirilib
04.11.21
Azad Qaradərəli - Qara sevda
03.11.21
"Qarabağın qara kitabı" və "Qarabağ - qələbəyə doğru" kitablarının təqdimat mərasimi keçirilib
03.11.21
Kənan Hacının “Hakimə açılan atəş” romanı oxucularıın böyük marağına səbəb olub
02.11.21
“Şuşa, sən azadsan!” və “Biz” filmləri təqdim olunacaq
02.11.21
Rusiyanın Tretyakov Qalereyasında Tahir Salahovun sərgisi açılıb
02.11.21
Şamaxıda Yaradıcılıq Mərkəzi istifadəyə verilib
01.11.21
Altı əsr yaşı olan xalça 5,4 milyon dollara satışa çıxarılacaq
01.11.21
Nizami Kino Mərkəzində “Fulya” sənədli filminin premyerası olub
01.11.21
Zahid Sarıtorpağın İranda kitabı çap olunub
01.11.21
Vidadi Babanlının "Sabaha ismarıc" adlı romanı çap olunub
01.11.21
Poetik diktatura - Firuz Mustafa yazır
26.10.21
Çempion idmançı, istedadlı aktyor və doktorant
25.10.21
Azad Qaradərəli -  Zəngəzur ağacları
24.10.21
I Sumqayıt Kitab Sərgisi keçiriləcək
22.10.21
Kənan Hacı: “Güclü xarakterə malik insan haqqında yazmaq ikiqat çətindir” - Müsahibə
21.10.21
"Cəbrayıl əfsanəsi"nin təqdimat mərasimi olacaq
20.10.21
Türkiyədə təşkil olunan Beynəlxalq Şeir və Ədəbiyyat Festivalında ölkəmiz də təmsil olunur
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.