Həmid Araslının 110 illiyi Ədəbiyyat İnstitutunda qeyd olundu
28.02.19

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda görkəmli ədəbiyyatşünas, Əməkdar elm xadimi, akademik Həmid Araslının anadan olmasının 110 illiyinə həsr olunmuş elmi sessiya keçirilib.

Əvvəlcə XX əsr Azərbaycanın elmi və ədəbi-ictimai həyatında aparıcı mövqeyə malik şəxsiyyətlərdən olan Həmid Araslının elmi yaradıcılığına həsr olunmuş sərgi nümayiş etdirilib.

Tədbirdə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli görkəmli alimin çoxcəhətli elmi fəaliyyətindən, Azərbaycan ədəbiyyatı tarixinin formalaşmasında və inkişafındakı misilsiz xidmətlərindən söhbət açıb.  O, Prezident İlham Əliyevin "Akademik Həmid Araslının 110 illiyinin qeyd edilməsi haqqında" 11 fevral 2019-cu il tarixli Sərəncamını elmimizə, ədəbiyyatşünaslığımıza göstərilən diqqət və qayğının daha bir nümunəsi olduğunu vurğulayıb.

Akademik İsa Həbibbəyli bildirib ki, alimin irsində klassik ədəbiyyat məsələləri, folklorşünaslıq, mətnşünaslıq, şərq xalqları ədəbiyyatı və müasir ədəbiyyatla bağlı tədqiqatlar xüsusi yer tutur. Azərbaycan elmi ictimaiyyəti Həmid Araslını klassik Azərbaycan ədəbiyyatı sahəsində böyük elmi məktəb yaratmış görkəmli alim kimi tanıyır və onun irsinə ehtiramla yanaşır. "Orta əsrlər Azərbaycan ədəbiyyatının bir sıra naməlum sənətkarlarının yaradıcılığı məhz Həmid Araslının axtarışları nəticəsində üzə çıxmışdır" - deyən AMEA-nın vitse-prezidenti yarım əsrlik tədqiqatçılıq və ədəbiyyatşünaslıq fəaliyyəti dövründə onun Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqatlar apardığını, xalqımızın ölməz abidəsi olan "Kitabi-Dədə Qorqud"un Azərbaycanda ilk tədqiqatçısı kimi tanındığını söyləyib. Qeyd edib ki, Həmid Araslı böyük Azərbaycan şairləri - Nizami Gəncəvi, Məhəmməd Füzuli, Məshəti Gəncəvi, Xaqani Şirvani, Nemətullah Pişəvari, Şah İsmayıl Xətai və b. barədə sanballı araşdırmaları ilə ədəbiyyatşünaslıq elmimizi zənginləşdirib. İmadəddin Nəsiminin əsərlərinin ən mükəmməl çapı H.Araslının tərtib edərək nəşr etdirdiyi seçilmiş əsərləri hesab olunur.

Bildirilib ki, məhsuldar elmi yaradıcılığını pedaqoji fəaliyyətlə uzun illər boyu uğurlu şəkildə əlaqələndirən alim ölkənin mədəni-ictimai həyatında da yaxından iştirak edib. AMEA sistemində onun fəaliyyəti bir çox qurumları əhatə edir. Həmid Araslının çoxcəhətli yaradıcılığı Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, Ədəbiyyat, Əlyazmalar, Şərqşünalıq institutları və Mərkəzi Elmi Kitabxana ilə üzvi şəkildə bağlıdır. Akademik İsa Həbibbəyli görkəmli alimin müdafiə etdiyi "XIII-XV əsrlər Azərbaycan ədəbiyyatı" mövzusundakı namizədlik, "XVII-XVIII əsrlər Azərbaycan ədəbiyyatı" mövzusundakı doktorluq dissertasiyalarının ədəbiyyatşünaslıq elminin sanballı, ümumiləşdirilmiş tədqiqatları kimi yüksək qiymətə malik olduğunu vurğulayıb. O, Həmid Araslının əsərlərinin müasir Azərbaycan ədəbiyyatşünasları üçün etibarlı, mötəbər mənbə olduğunu qeyd edib.

Daha sonra professor Qəzənfər Paşayevin "Böyük folklorşünas alim", professor Şirindil Alışanlının "Görkəmli ədəbiyyat tarixçisi", filologiya elmləri doktoru Fəridə Əzizovanın "Həmid Araslı və klassik ədəbiyyat problemləri" və filologiya elmləri doktoru Əlizadə Əsgərlinin "Həmid Araslı və türk-müsəlman dünyası ədəbiyyatı" mövzusunda məruzələri dinlənilib.

Tədbirdə AMEA Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu, Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov və digərləri çıxış edərək Həmid Araslı yaradıcılığından söz açıb, onun elmi irsinin daha dərindən öyrəniləcəyini və gənclər üçün layiqli örnək olaraq qalacağını bildiriblər.

Sonda AMEA-nın müxbir üzvü Nüşabə Araslı çıxış edərək atasının 110 illiyinin qeyd edilməsinə görə ölkə başçısına və Akademiyanın rəhbərliyinə minnətdarlığını bildirib. /525.az/

Yenililklər
25.04.25
Nərimanovda kitab sərgisi başladı
24.04.25
Bədirxan Əhmədlinin kitablarının təqdimatı keçirilib
24.04.25
“İstəyirəm “Daşa basım bu kəndi”: Musa Ələkbərli - 75
24.04.25
Anar Məcidzadə - Dünya düşüb gözümdən...
21.04.25
Şəfəq işığında bir ömür: Jurnalistikanın və söz sənətinin Şəfəqi
20.04.25
Aşıq Mikayıl Azaflının musiqili-ədəbi, ifaçılıq sənətinin bəzi fəlsəfi məqamları
17.04.25
Yeni sənədli film - “İrəvan qalasında erməni xəyanəti”
15.04.25
Karakasda poeziya həftəsi - Mahir N. Qarayev
15.04.25
Bədirxan Əhmədli: 70 yaşın işığı
29.03.25
Təkcə sən gəlib çıxmadın
27.03.25
İlqar Cəmiloğlu - Səni məndən soruşana nə deyim?
13.03.25
Professor Bədirxan Əhmədli: Universitetlərdə hələ də sovet dövrünün dərsliklərindən istifadə olunur - MÜSAHİBƏ
03.03.25
Darıxmağın “Təcili yardımı” Kənan Hacı
06.01.25
Sevil İrevanlı - Türkiyat Araştırmaları Enstitüsünün 100. Milletlerarası Kongresinden gözlemler, izlemler
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.