Gülnar Səmanın “Sözümüz sözdür” kitabının təqdimatı keçirildi
24.04.19

Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Gülnar Səmanın “Sözümüz sözdür” adlı publisistik məqalələrdən ibarət kitabının təqdimat mərasimi və imza günü keçirilib. Təqdimat mərasimini Azərbaycan Yazıçılar Birliyinin gənclərlə iş üzrə katibi Rəşad Məcid açıq elan edərək müəllifin elmi və bədii yaradıcılıq fəaliyyəti haqqında məlumat verib. Sonra tədbirin aparıcısı şair Yusif  Nəğməkar Gülnar Səmanın yaradıcılığı və yeni çap olunan kitabı haqqında ətraflı çıxış edərək məclisi idarə edib. Kitab haqqında geniş məruzəni Ədəbiyyat İnstitutunun əməkdaşı Təhminə Vəliyeva etdikdən sonra Mətbuat tarixi və publisitika şöbəsinin müdiri professor Vüqar Əhməd və həmin şöbənin əməkdaşı Gülbəniz Babayeva da müəllifin məhsuldar fəaliyyətindən söz açıblar.

Eyni zamanda ziyalılardan Əlirza Xələfli, Kənan Hacı, Kəmaləddin Qədim, Nəcibə İlkin, Şöhlət Abbas, Nizami Muradoğlu, İradə Əlili, Əkbər Qoşalı, Hüseyn Məmmədov, Qulu Əlioğlu, Saqif Qaratorpaq, Rizvan Nəsiboğlu, Balayar Sadiq, Sabir Alim çıxışlarında Gülnar Səmanın özünəməxsus üslubunu və yaradıcılıq kredosunu xüsusi vurğulayıblar.

Bununla yanaşı, müəllifin qələm dostlarından Şəhanə Müşfiq, Afət Viləşsoy, Savalan Talıblı, Ramil Mərzili, Fuad Cəfərli, Seyhun Hökmdar, Şəhriyar Seyidoğlu, Yetim Qacar, Mənsur Həsənzadə, Əfsanə Ələsgərli, Rəşad Məhəmmədoğlu, Səbinə Abdullayeva, Leyla Namazova, Səxavət Sahil də tədbirdə iştirak edərək həmkarları haqqında ürək sözlərini çatdırıblar.

Təqdimat mərasimində rəssamlardan Esmira Rəhimli və Gülnarə Mahmud, müəllifin şagirdi olmuş Ramil Hümmətov, doktorant yoldaşları və ailə üzvləri də iştirak ediblər.

Təqdimat mərasiminin sonunda Gülnar Səmanın anası və qardaşı iştirakçılara minnətdarlıq ediblər. Tədbir müəllifin təşəkkür nitqi və xatirə şəkillərinin çəkilməsi ilə yekunlaşıb.

Yenililklər
04.05.24

Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində

03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.