Professor Qəzənfər Kazımovun kitablarının təqdimatı olub
13.06.19

AMEA-nın “Kitab evi”ndə Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dilinin tarixi şöbəsinin baş elmi işçisi, Əməkdar elm xadimi, professor Qəzənfər Kazımovun “Azərbaycan dilinin tarixi (ən qədim dövrlərdən XIII əsrə qədər)”, “Azərbaycan dilinin tarixi sintaksisi” və “Azərbaycan dilinin qrammatikası” kitablarının təqdimatı keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Q.Kazımovun tədqiqatlarında ədəbi dil tarixi məsələlərinin mühüm yer tutduğunu diqqətə çatdırıb. Akademik bildirib ki, onun elmi yaradıcılığı ilə dilçilikdə bir məktəb formalaşıb. Görkəmli alim dilimizin tədrisindən tutmuş qrammatika və ədəbi dil tarixi, poeziya və folklor, tarix və etnoqrafiyaya dair dəyərli tədqiqatlar aparıb və xalqımızın tarixi, etnogenezi, kökü, dilimizin tarixi ilə bağlı bir sıra qaranlıq məsələləri incəliyinə qədər araşdırıb, bir-birindən dəyərli monoqrafiya və sanballı kitablar ərsəyə gətirib. Q.Kazımov, eyni zamanda, pedaqoq kimi fəaliyyət göstərib, uzun illər Azərbaycan Dövlət Pedaqoji Universitetində və digər ali təhsil ocaqlarında çalışıb. Q.Kazımov orta məktəblərdə tədris edilən “Azərbaycan dili” dərsliklərinin də müəllifi olub.

Akademik əlavə edib ki, Q.Kazımov həm də ədəbiyyatşünasdır. Əsərlərində müxtəlif yazıçılardan istifadə edərək 500-dən çox nümunələr işlədib.

Sonra professor İlhami Cəfərsoy “Türk dillərinin ümumxalq dili şəklində təmərküzləşməsi tarixinin tədqiqi”, professor İsmayıl Kazımov “Ümumxalq ədəbi dili sintaktik quruluşunun inkişaf yolunun tədqiqi”, professor Tofiq Müzəffəroğlu “Milli ədəbi dilimizin qrammatik quruluşunun tədqiqi” mövzularında məruzələrlə çıxış ediblər.

Akademik Nizami Cəfərov isə çıxışında bildirib ki, altı fəsildən ibarət olan “Azərbaycan dilinin tarixi” kitabında şumer-türk varisliyi, Azərbaycanda etnik tərkib və dil məsələləri, “Kitabi-Dədə Qorqud”un dilinin sintaktik quruluşu geniş tədqiq edilib.

Tədbirdə akademik Möhsün Nağısoylu, professorlar Nizami Xudiyev, Sayalı Sadıqova, Şirindil Alışanlı, Mahirə Hüseynova, Mirvari İsmayılova və İsmayıl Məmmədli, yazıçılar Əlirza Xələfli və Yasin Nəsirli, şair Oktay Zəngilanlı alimin Azərbaycan dilçilik elminin inkişafında xidmətlərindən, yüksək mənəvi keyfiyyətlərindən söz açıblar. Bildirilib ki, Q.Kazımov Azərbaycan dilçiliyi və ədəbiyyatşünaslığı sahələrində səmərəli və məhsuldar fəaliyyəti, araşdırmaları ilə filologiya elmimizə dəyərli töhfələr verib.

Yenililklər
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.