Nəsiminin qəzəl və rübailəri Moldovada nəşr olundu
12.07.19

Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin təşəbbüsü və iştirakı ilə dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin Moldovada, rumın dilində “Həqq məndədir!” adlı qəzəl və rübailər toplusu nəşr edilib. Tərcümələr Azərbaycanın Moldovadakı Fövqəladə və Səlahiyyətli səfiri Qüdsi Osmanovun dəstəyi ilə hazırlanıb, nəşr isə Moldova Azərbaycanlıları Konqresinin prezdenti Vüqar Novruzoun dəstəyi ilə işıq üzü görüb.

Bizə açıqlamasında Mərkəzin sədri, nəşrin tərtibçisi Səlim Babullaoğlu bildirib ki, kitab üzərində proses 5 aydan artıq bir vaxtdır ərzində gedib: “Cənab Prezidentin 2019-cu ilin “Nəsimi ili” elan etməsindən bir az sonra qərara gəldik ki, biz də bu gözəl təşəbbüsə öz kiçik töhfəmizi verək. Təbii ki, əvvəlcə mətnlər seçildi. Biz 26 qəzəl və 19 rübai seçdik. Mətnləri elə seçdik ki, onların msira sayı 650 olsun. Əvvəlki rus tərcümələrini götürdük, onlara müvafiq şərhlər və izahlar yazdıq. Sonra isə bəzi yeni sətri tərcümələr hazırladıq. Moldovadakı həmkarlarımızla məsləhətli şəkildə klassik ədəbiyyatı tərcümə edə biləcək tərcüməçini müəyyənləşdirdik. Bu tanınmış moldovan-rumın şairi İliya Zeqra oldu. Sonra isə ideyamızı Moldovadakı səfrimiz hörmətli Qüdsi müəllimlə bölüşdük. O da sağ olsun, bizi o saat dəstəklədi, tərcümələrin hazırlanmasında bizə yaxından köməklik göstərdi. Eyni zamanda biz gənc minatür ustası, onu bəlkə də neominiatürçü adlandırmaq daha düz olar, Pəri xanımdan kitab üçün məxsusi illüstrasiyalar çəkməyi xahiş etdik, daha doğrusu işin bu tərəfini ona sifariş etdik. Kitab tərcümə olundu, Kişineuda redaktə prosesindən keçəndən sonra Bakıda dostumuz Emil Camalov tərtibatçılığı ilə dizayn olundu və biz hazır kitabı göndərdik təkrar Moldovaya və Moldova Azərbaycanlıları Konresinin sədri Vüqar Novruzoun dəstəyi, kitabın redaktoru və naşiri, tanınmış moldova şairi Nikolae Spetarunun iştirakı ilə “Quadrat” nəşriyyatında çap edildi...

Mən cənab Səfirə də, Vüqar müəllimə də dərin təşəkkür edirəm, kitab üzərində zəhməti olan hər bir kəsə minnətdaram ...İndi Nəsiminin əsərləri rumın dilində də var deyə bilərik...”

Yenililklər
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.