“Ədəbi Proses – 2018” elmi-yaradıcılıq müşavirəsi
16.09.19

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təşkilatçılğı ilə AMEA Mərkəzi Elmi Kitabxanasının konfrans zalında “Ədəbi proses - 2018” mövzusunda elmi-yaradıcılıq müşavirəsi keçirilib. Tədbirdə AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli, Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, “Ədəbiyyat qəzeti”nin baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru Azər Turan, “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə, Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs, yazıçılar, ədəbiyyatşünas alimlər, media nümayəndələri və başqaları iştirak ediblər.

Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq 2014-cü ildən etibarən keçirilən “Ədəbi proses - 2018” mövzusunda elmi-yaradıcılıq müşavirəsinin ictimaiyyətdə əks-səda doğurduğunu qeyd edib. Akademik İsa Həbibbəyli bildirib ki, ötən əsrin 70-ci illərində Ədəbiyyat İnstitutunda akademik Məmməd Cəfər Cəfərovun rəhbərliyi və institutun müasir ədəbi proses şöbəsinin təşəbbüsü ilə 1974-1984-cü illərdə “Ədəbi proses” müşavirələri keçirilib. Müəyyən fasilədən sonra 2014-cü ildən etibarən “Ədəbi proses” tədbirləri daha geniş vüsət almağa başlayıb. Vurğulanıb ki, XXI əsrin “Ədəbi proses” yaradıcılıq müşavirələrində ədəbi növlər üzrə təhlillər daha da dərinləşdirilib, janrlar üzrə monoqrafik təhlillərə yer verilib. Akademik bildirib ki, ədəbi proses hərəkatında tənqid və ədəbiyyatşünaslıq, ədəbiyyat tarixçiliyi, ədəbiyyat nəzəriyyəsi, ədəbi əlaqələr və bədii tərcümə sahələrində təmsil olunan institut əməkdaşları il ərzində yorulmadan çalışıblar. Artıq uşaq ədəbiyyatı da xüsusi araşdırılır, bu ildən etibarən esse, satira tipli əsərlər də tədqiq edilir. Qeyd edilib ki, müstəqillik dövründə konkret olaraq tənqid və ədəbiyyatşünaslıqda keyfiyyət dəyişmələri baxımından yeni dalğa başlanıb. Ədəbiyyat İnstitutunun timsalında təqdim edilən bu yeniləşmə hərəkatı sadəcə akademik elmi düşüncəni əhatə etməklə qalmır, ölkə miqyasında da “görünməz dalğanın” qabarması kimi nəzərə çarpır. İsa Həbibbəyli ədəbi proses müşavirələrinə təkcə Ədəbiyyat İnstitutunun əməkdaşlarının deyil, respublikanın digər elm və ali təhsil müəssisələrindən ədəbiyyatşünasların, mütəxəssislərin də qoşulmasının vacibliyini qeyd edib.

Dəvət edilmiş qonaqlardan Təyyar Salamoğlu, Rüstəm Kamal, Şərif Ağayar, Pərvin, Fərid Hüseyn, Qismət Rüstəmov kimi ziyalılar çıxış edərək “Ədəbi proses” elmi yaradıcılıq müşavirələrinin keçirilməsi ilə bağlı Ədəbiyyat İnstitutunun təşəbbüsünü yüksək qiymətləndiriblər. Çıxışlarda belə tədbirlərin ədəbiyyatımızın inkişafına böyük töhfələr verəcəyi vurğulanıb.

Sonra Ədəbiyyat İnstitutunun əməkdaşlarından 24 nəfər müxtəlif mövzularda məruzələrlə çıxış ediblər. Onlardan filologiya elmləri doktoru Elnarə Akimova “İlin ədəbi mənzərəsi”, AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlu “Ədəbi tənqid”, filologiya elmləri doktorları Vaqif Yusifli “Şeir”, Esmira Fuad isə “Poema” mövzularında məruzə ediblər. Ardınca filologiya üzrə fəlsəfə doktorları Nərgiz Cabbarlı “Roman”, Aynur Xəlilova “Povest”, Nərmin Cahangirova “Hekayə”, Maral Yaqubova “Bədii nəsr nəzəriyyə işığında”, Aynur Mustafayeva “Dramaturgiya” filologiya elmləri doktoru  Cavanşir Yusifli “Ədəbi gənclik” sərlövhəli məruzələrini diqqətə çatdırıblar.

Daha sonra filologiya üzrə fəlsəfə doktorları Pərvanə Məmmədli “Cənubi Azərbaycan ədəbiyyatı”, Lalə Həsənova “Rusdilli Azərbaycan ədəbiyyatı”, Gülbəniz Babayeva “Satira”, Mehman Həsənli “Ədəbiyyatda esse”, Gülnar Qənbərli “Uşaq ədəbiyyatı: nəsr və dramaturgiya” mövzuları haqqında məruzələrini səsləndiriblər. Elmi işçilər Nizami Hüseynov “Bölgələrdə ədəbi həyat”, Mərcan Sofiyeva “Bədii tərcümə”, filologiya elmləri doktorları Elçin Mehrəliyev “Publisistika”, Salidə Şərifova “Ədəbiyyat tarixçiliyi” kimi mövzularda məruzə ediblər. Həmçinin filologiya üzrə fəlsəfə doktorları Rasim Nəbioğlu “Ədəbiyyat nəzəriyyəsi”, Zəkulla Bayramlı “Ədəbiyyat İnstitutu əməkdaşlarının bədii yaradıcılığı-2018”, Xanım Zairova “Ədəbi əlaqələr: Azərbaycan, Avropa və Amerika”, Eşqanə Babayeva “Ədəbi əlaqələr: Azərbaycan və Türk dünyası”, Bəsirə Əzizəliyeva “Ədəbi əlaqələr: Azərbaycan-Asiya-Afrika” mövzularında məruzə ilə çıxış ediblər.


Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,
İctimaiyyətlə əlaqələr şöbəsi

Yenililklər
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.