“Azərbaycanca-özbəkcə, özbəkcə-Azərbaycanca lüğət” kitabının təqdimaı keçirilib
09.10.19

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Azərbaycanca-özbəkcə, özbəkcə-Azərbaycanca lüğət” kitabının (iki dildə) təqdimat mərasimi keçirilib. Təqdimatda Azərbaycanın ziyalılarından Qənirə Paşayeva, İradə Hüseynova, Yunus Oğuz, Şəmil Sadiq, Ramiz Əsgər, Nizami Muradoğlu, Rəsmiyyə Sabir, Əkbər Qoşalı, Elçin İbrahimov və digərləri də iştirak ediblər.

    Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq Azərbaycanla Özbəkistanın dostluq, qardaşlıq münasibətlərinin bütün sahələrdə olduğu kimi elm və ədəbiyyat istiqamətində də uğurla inkişaf etdiyini bildirib. Bu vaxta qədər Azərbaycan-Özbəkistan əlaqələrinə həsr olunmuş kitablar və konfrnslar haqqında ətraflı məlumat verib. Akademik əlavə edib ki, iki dildə çap olunan “Azərbaycanca-özbəkcə, özbəkcə-Azərbaycanca lüğət” kitabı Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Nəsimi adına Dilçilik İnstitutu və Özbəkistan Respublikasının EA Ədəbiyyat, Dil və Folklor  İnstitutunun Elmi Şuralarının qərarı ilə nəşr olunub. Bu onun göstəricisidir ki, iki qardaş ölkə arasında elm sahəsində sıx əlaqələr öz töhfəsini verməkdədir. Tarixi əhəmiyyətli belə bir lüğətin hazırlanmasında əməyi keçən hər kəsə, xüsusən də Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasova və filologiya elmləri doktoru Almaz Ülvi Binnətovaya təşəkkürlərini ifadə edib.

    Sonra Azərbaycan Respublikası Prezideti yanında Dövlət Dil Komissiyasının üzvü, professor İsmayıl Məmmədli “Azərbaycan-özbək lüğətşünaslığı tarixində mühüm elmi hadisə” adlı məruzə ilə çıxış edib. Ardınca Nəsimi adına Dilçilik İnstitutunun direktoru  akademik Möhsün Nağısoylu çıxış edərək belə bir təqdimatın keçirilməsinin önəmindən danışıb. Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbəsinin müdiri, filologiya elmləri doktoru Almaz Ülvi Binnətova da layihənin gerçəkləşməsində yardımçı olan hər kəsə təşəkkürlərini çatdırıb.

    Daha sonra Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru və layihənin rəhbəri Samir Abbasov çıxış edərək yeni nəşrin önəmindən və gələcək əlaqələrdən bəhs edib. Mərkəzin direktoru layihənin həyata keçirilməsinə dəstək olan Azərbaycan Respublikası Mədəniyyət Naziri Əbülfəs Qarayevə minnətdarlıq edib.  Mərkəzin layihəsi olan, ilk dəfə nəşr olunan 23 minə yaxın söz və ifadəni əhatə edən bu lüğətin ərsəyə gəlməsində əməyi keçənlərdən İsmayıl Məmmədlini, Almaz Ülvini və Şohista Ortiqova Kamranlını fəxri diplomla təltif edib.

    Özbəkistanlı qonaqlar ədəbiyyatşünas Babaxan Məhəmməd Şərif, şairə Xasiyət Rüstəm və tarixçi-publisist Şuhrat Barlas da çıxışlarında bu cür lüğətlərin tərtib edilməsinin türk dünyasının birliyinə xidmət etdiyini vurğulayıblar.
    
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,
İctimaiyyətlə əlaqələr şöbəsi
 

Yenililklər
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.