"Azərbaycan universitetləri ilə sıx əlaqələr qurmağa çalışırıq" - Müsahibə
10.10.19

Şimali Makedoniyanın Beynəlxalq Vizyon Univeristetinin rektoru, professor Fadıl Hoca ilə müsahibə.

Beynəlxalq Vizyon Universiteti Makedoniya Nazirlər Kabinetinin 23 iyun 2014-cü il tarixli qərarı ilə yaradılıb. Universitetdə bakalavr bölməsi üzrə Hüquq, İqtisad, Memarlıq, İnformatika, Psixologiya fakültələri fəaliyyət göstərir.
Magistr bölməsində Beynəlxalq Hüquq, Menecment, Memarlıq və Dizayn, Psixologiya və İdarəetmə, İnformatika Mühəndisliyi ixtisasları mövcuddur.

Universitetdə həmçinin, Klinik Psixologiya üzrə doktorantura ixtisası da var.Şimali Makedoniyanın Qostivar şəhərində yerləşən bu universitetin rektoru professor Fadıl Hoca bu günlərdə Bakıda səfərdə olub.

Onunla müsahibəni təqdim edirik.

- Bakıya xoş gəlmisiniz. Öncə, universitetiniz haqqında oxucularımıza məlumat verməyinizi istərdik. Sizin universitet hansı üstünlüklərə malikdir?

- Əvvəlcə bunu deyim ki, Bakıda olmaqdan çox məmnunam. Hər dəfə gələndə burda xeyli yeniliyin şahidi olur və buna çox sevinirəm.

Şimali Makedoniya Beynəlxalq Vizyon Universiteti dövlət tərəfindən yaradılıb. Universitetimizin üç rəsmi dili var - ingilis, makedon və türk. Bütün Avropada türkcə təhsil verən yeganə universitetik. Bakalavr və magistr səviyyələrində beş fakültəmiz var. Doktorantura üzrə isə klinik psixologiya proqramımız var. Bu fakültə və proqramlarda ingilis, türk və makedonca tədris aparılır. Bizim universitet bu il Avstriyada, Vyanada öz şöbəsini açıb. Şimali Makedoniya universitetləri içində Avropada ilk şöbəsini açan universitet Vizyon Universitetidir. Bizim universitetə qəbul olmaq istəyən şəxslər Şimali Makedoniya və ya şöbəmizin fəaliyyət göstərdiyi Vyanada təhsil ala bilərlər. Vyanda yaşamaq bir az bahalı olduğundan burda oxumaq tələbələrin öz seçimindən asılıdır. Vyanada türkcə də oxumaq mümkündür. Şimali Makedoniya Respublikası Avropa standartları ilə və Avropa dərs sistemin əsasında tədris proqramına malikdir. Bizim diplomlar bütün Avropada qəbul edilən diplomlardır. Tədris proqramlarımız həm Şimali Makedoniyanı, həm Avropanı, həm Türkiyənı əhatə edən proqramlardır. Türkiyənin Yüksək Təhsil Qurumu tərəfindən tanınan iki universitetdən biri bizim universitetdir. Bizdə müxtəlif ölkələrdən olan tələbələr təhsil alır. Bunlar arasında Bosniya və Hersoqovina, Kosova və Türkiyədən gələn tələbələrimizin üstünlük təşkil etdiyini deyə bilərəm. Tədris dili əsasən türkcədir. Türkcə hazırlığı olmayan tələbələr hazırlıq proqramına cəlb edilir. Tələbələrimiz birinci tədris ilində ingilis dilini öyrənirlər. Bu məcburi olaraq həyata keçirilir.  

Bizim təhsil almaq, yaşamaq digər ölkələrə, o cümlədən, sizə görə daha uyğundur. Tələbə yataqxanlarımız var, oğlanların və qızların yaşadığı ayrı-ayrı yataqxanalar mövcuddur. Lakin tələbə öz istəyi ilə kirayə evlərdə yaşaya bilər. İki-üç tələbənin qala biləcəyi evlərin aylıq qiyməti 200 avrodur.

Türkiyənin 40 dövlət universiteti və Avropanın 53 universiteti ilə akademik səviyyədə işbirliyi, anlaşmalarımız var. Balkan, Orta Asiya və Cənub Şərq Avropa universitet birliklərinin üzvüyük. Bu il isə Cənub Şərq Avropa universitetlər birliyinin rəhbərliyini bizim universitetə həvalə olunub. Yeni açılan olmasına baxmayaraq, bunu bizə verdilər. Bizim istiqamətimiz Avropa və Avropanın təhsil sistemidir. Kadr potensialımız Şimali Makedoniya, Balkanlar və Türkiyədən olan müəllimlərdən formalaşıb.

- Universitetinizin verdiyi diplomlar Avropada tanınırmı?

- Bəli, bizim diplomlar Avropada tanınır, digər Avropa ölkələrində verilən diplomlara eyni hüquqa malikdir. Həmçinin, bizim diplomlar Türkiyədə də tanınır. Avropda diplomlarımız avtomatik olaraq tanınsa da, Türkiyədə iki il bizi Yüksək Təhsli Qurumu təftiş etdikdən sonra tanımaq qərarı verdi.

- Azərbaycanlı tələbələrin sizin universitetdə oxumaq şansı nə qədərdir?

- Bizim ən yaxşı təhsil verən üç ixtisasımız var - memarlıq, psixologiya və hüquq ixtisasları. Bu ixtisaslarda yüksək təhsil hazırlığımız var. Məsələn, bizdə Türkiyədən hüquq təhsili almağa çox sayda tələbə gəlir. Bizdəki hüquq fakültəsinin təhsil haqqı Türkiyədən aşağıdır, təhsil səviyyəsi isə heç də Türkiyədən geri qalmır. Bizdə bakalavr səviyyəsində təhsil haqları illik iki min-üç min avro arasında dəyişir. Magistr təhsili isə üç min avrodur. Bakalavr təhsil müddəti dörd illik, 240 kredit dərsdir, magistrlarda isə bir ilik 60 kreditlik dərsdir. Bakalavr və magistr toplam olaraq altı illik 300 kredit dərsdir.

- Universitetinizə qəbul nə vaxt və hansı formada aparılır?

- Universitetimizə qəbul iyun ayının 1-dən başlayaraq 1 oktyabra qədər davam edir. Bakalavr və magistrlar üçün qəbul eyni vaxtda aparılır. Sənədlər universitetimizin vizyon.edu.mk saytında qəbul edilir. Qəbul olunmadan qabaq tələbələr sözlü formada imtahan edilir. Bundan başqa heç bir imtahan yoxdur. Sənədlər ya rusca, ya da türkcə tərcümə edilərək sayta yüklənməlidir. Dövlət dili makedonca olduğuna görə biz həmin sənədləri saytdan götürərək makedoncaya tərcümə edirik. Çünki Azərbaycan dilindən makedon dilinə tərcümə çətin olduğu üçün biz bunu edirik. Orta təhsil haqqında attestat və ya diplom, sağlamlıq haqqında arayışla birlikdə paytaxt Skopyedə təsdiq etdirib sonra universitetə qəbul edirik.

- Türkcə dil imtahanı Türkiyədə müxtəlif qurumlar tərəfindən həyata keçirilir. Həmçinin, Azərbaycanda da belə dil imtahanı keçirib sertifikat verən təşkilalar var. Sizdə bu sertifikatlar qəbul olunurmu?

- Bizim Ankara rəsmi təmsilçiliyimiz var, Türkiyədən olan tələbələr imtahanı Ankarada verirlər, onların Makedoniyaya gəlməyinə ehtiyac yoxdur. Sənədləri də orda bizim təmsilçimizə verə bilirlər. Amma Azərbaycanda belə bir təmsilçimiz olmadığına görə sənədləri ya Ankaradakı nümayəndəliyimizə, ya da özləri universitetimizə gətirə bilərlər. Sayt üzərindən də bizimlə yazışma apararaq sənədlərini hazırlaya bilərlər. Tələbə Makedoniyaya gəldikdə fərdi qaydada sözlü imtahan verərək universitetə qəbul edilir.

- Magistrlar üçün qəbul hansı formada aparılır? İxtisas dəyişmək mümkündürmü?

- Bizim universitetdə ixtisas dəyişmək olur, lakin uyğun ixtisaslar olmaq şərti ilə. Məsələn, hüquq fakültəsindən məzun olan memarlıq ixtisasına qəbul oluna bilməz. Humanitar elmlərdə mümkündür, iqtisadiyyatdan hüquqa keçmək mümkündür.

Magistr üçün də qəbul bakalavrda olduğu kimi eyni qaydada aparılır. Sənədlər hazırlanır, tərcümə olunur sözlü imtahandan sonra tələbələr qəbul edilir. Xarici dil şərti magistr və doktorantura səviyyəsində tələb olunmur.

- Sizin universitetdə köçürülmə necə aparılır? Tələbə hansısa bir  universtetdən sizin universitetə hansı formada keçə bilər?

- Tələbə əgər oxuduğu universiteti tərk edib bizim təhsil ocağını seçmək istəyirsə, semestr zamanı bunu edə bilər. Oxuduğu ali məktəbdən öz qiymətlərini təsdiq edən arayışı alaraq və digər zəruri sənədləri toplayaraq tərcümə edib bizim sayta göndərir. Biz də o sənədləri araşdırırıq, tələbənin hansı dərsi alıb-almadığını öyrənirik, hansı şərtlərlə və təhsil müddətində hansı dərsləri alacağını müəyyən etdikdən sonra onu uyğun kursa qəbul edə bilirik.

- Azərbaycan universitetləri ilə nə kimi əlaqələriniz mövcuddur və bundan sonra bu sahədə hansı işləri görmək istərdiniz? Digər sahələrdə nələri etməyi düşünürsüz? Həm tələbə mübadiləsi, həm də akademik səviyyədə.

- Azərbaycan universitetləri ilə sıx əlaqələr qurmağa çalışırıq. İki il öncə Azərbaycan Dövlət İqtisad Universiteti ilə akademik işbirliyi protokolu imzaladıq. Bu çərçivədə iki dəfə Beynəlxalq Vizyon Universitetinin tələbələri Erasmus proqramı ilə Bakıya gəliblər. Buradan da tələbələri Şimali Makedoniyada görmək istərdik. Bunun üçün çalışmağa davam edirik.

Səxavət SAHİL

/525.az/

Yenililklər
25.04.25
Nərimanovda kitab sərgisi başladı
24.04.25
Bədirxan Əhmədlinin kitablarının təqdimatı keçirilib
24.04.25
“İstəyirəm “Daşa basım bu kəndi”: Musa Ələkbərli - 75
24.04.25
Anar Məcidzadə - Dünya düşüb gözümdən...
21.04.25
Şəfəq işığında bir ömür: Jurnalistikanın və söz sənətinin Şəfəqi
20.04.25
Aşıq Mikayıl Azaflının musiqili-ədəbi, ifaçılıq sənətinin bəzi fəlsəfi məqamları
17.04.25
Yeni sənədli film - “İrəvan qalasında erməni xəyanəti”
15.04.25
Karakasda poeziya həftəsi - Mahir N. Qarayev
15.04.25
Bədirxan Əhmədli: 70 yaşın işığı
29.03.25
Təkcə sən gəlib çıxmadın
27.03.25
İlqar Cəmiloğlu - Səni məndən soruşana nə deyim?
13.03.25
Professor Bədirxan Əhmədli: Universitetlərdə hələ də sovet dövrünün dərsliklərindən istifadə olunur - MÜSAHİBƏ
03.03.25
Darıxmağın “Təcili yardımı” Kənan Hacı
06.01.25
Sevil İrevanlı - Türkiyat Araştırmaları Enstitüsünün 100. Milletlerarası Kongresinden gözlemler, izlemler
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.