Beynəlxalq Türk Akademiyasının Azərbaycan nəşrlərinin təqdimatı keçirilib
16.10.19

    Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Beynəlxalq Türk Akademiyasının Azərbaycan nəşrlərinin təqdimat mərasimi keçirilib.

    Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq türk dövlətləri arasındakı dostluq və qardaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini vurğulayıb. Akademik bunun ən gözəl nümunələrindən biri kimi Bakıda keçirilən Türk Sammitini misal çəkib. Çıxışda vurğulanıb ki, “Azərbaycan türk dünyasına inteqrasiya baxımından çox böyük töhfələr verib. Müstəqil Azərbaycan türk dünyasının ən aparıcı dövlətlərindən biridir və türk dünyası ölkələri ilə bir yerdədir. Bu, ulu öndərimiz Heydər Əliyevin açdığı böyük strateji yol olub. İndi isə Azərbaycan Prezidenti İlham Əliyevin dəstəklədiyi və  uğrunda mübarizə apardığı böyük yoldur. Artıq türk dövlətlərinin iqtisadi, mədəni, elmi, ədəbi birliyi bu ölkələrin hər birinin inkişafına özünün sanballı töhfələrini verir.

    Akademik İsa Həbibbəyli əlavə edib ki, bu gün keçirilən kitab təqdimatı dünən başa çatan türk dövlətlərinin zirvə tədbirinin işığında elm adamlarının atdığı addım, türk dövlətlərinin apardığı ortaq siyasətin bir nümunəsidir. “Bu gün biz Beynəlxalq Türk Akademiyasının çap etdiyi Azərbaycana aid kitabların təqdimatını keçiririk. Beynəlxalq Türk Akademiyası gənc qurumdur. 2008-ci ildən rəsmi olaraq fəaliyyətə başlayıb. Mən dəfələrlə onun Astanadakı iqamətgahında olmuşam. Onların çap etdirdiyi kitablardan böyük bir kitabxana yaratmaq olar. Bu işlərinə görə Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəliyə minnətdarlıq bildirib, uğurlar arzulayırıq” – sözləri ilə akademik çıxışını yekunlaşdırıb.

    Sonra Beynəlxalq Türk Akademiyasının daimi katibi Asxat Kesikbayev də çıxışı zamanı görülmüş işlərin türk birliyinə xidmətin tərkib hissəsi olduğunu qeyd edib. O da Bakıda keçirilən Türk Sammitində türk dövlətlərinin başqanlarının çox önəmli tarixi qərarlar verdiklərini bildirib. Həm Azərbaycanın, mən də AMEA-nın türk dünyasında öz yeri və rolu olduğunu vurğulayıb. Təqdimatı keçirilən beş kitab haqqında fikirlərini bölüşüb.

    İlk məruzəçi tarix elmləri doktoru Eynulla Mədətli “Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş “Elinə yol açan” kitab haqqında ətraflı məlumat verib. Səkkiz fəsildən ibarət olan kitabın hər bir fəslinə məruzədə geniş yer ayrılıb. Bildirilib ki, 2018-ci ildə çap olunan bu kitabın ön sözünü türk dünyasının ağsaqqalı Nursultan Nazarbayev yazıb. Birinci fəslin xüsusiyyətləri haqqında məlumat verən məruzəçi ilk fəslin Əhməd Cavadın şeiri ilə açıldığını deyib. Həmçinin vurğulanıb ki, “kitabda Azərbaycan ərazisində indiyə qədər mövcud olmuş bütün dövlətlərin xarakteristikası verilir. Azərbaycan bütöv halda götürülür, şimallı və cənublu. Rus-İran müharibəsindən sonra Azərbaycanın necə bölündüyü bu fəsildə öz əksini tapmışdır. Hətta Azərbaycan Xalq Cümhuriyyəti və sovet işğalı, Dağlıq Qarabağ Vilayəti və onun ermənilər tərəfindən işğalından bəhs edilir”.

    Digər məruzəçilər filologiya elmləri doktoru Fəridə Əzizova “Mən Cahana sığmazam” - Nəsiminin şeirlər kitabı”, filologiya elmləri doktoru Əlizadə Əsgərli  “Azərbaycan ədəbiyyatı antologiyası”, filologiya elmləri doktoru Almaz Ülvi “Mağcan Jumabayevin şeirləri” adlı məruzələrlə çıxış ediblər.


Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,
İctimaiyyətlə əlaqələr şöbəsi


Yenililklər
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.