“Hədəf”dən 30 000 manatlıq kitab hədiyyəsi
23.10.19

"Hədəf Nəşrləri” oxuculara 30 min manatlıq kitab hədiyyə edəcək.   Bu barədə "Hədəf Nəşrləri”nin direktoru Müşfiq Xan məlumat verib.

  O bildirib ki, bu il "Hədəf Nəşrləri”nin yaradılmasının 10 ili tamam olur: "Bu münasibətlə nəşriyyat olaraq müxtəlif kampaniya və layihələr həyata keçiririk. Məqsədimiz oxucularımızı və bu illər ərzində bizə dəstək olan insanları sevindirməkdir. Artıq "1000 müəllimə 1000 kitab” kampaniyamız uğurla başa çatıb. Bu kampaniya çərçivəsində Azərbaycanın müxtəlif bölgələrində, eləcə də paytaxtda işləyən 1000 müəllimə kitab hədiyyə etmişik. Ümumiyyətlə, nəşriyyatımız fəaliyyət göstərdiyi 10 il ərzində oxuculara və kitabsevərlərə onminlərlə kitab hədiyyə edib. Yubileyimiz münasibəti ilə ənəmizə sadiq qalaraq daha çox kitab hədiyyə etməyə qərar verdik. 26 oktyabrda Hədəf Liseyində baş tutacaq tədbirdə qonaqlarımıza təxminən 4000 ədəd kitab və müxtəlif dəftərxana ləvazimatları hədiyyə etməyi düşünürük. Məlumat üçün bildirim ki, hədiyyələrimizin içərisində "Xatirə ədəbiyyatı” seriyasından nəşr olunan 50 kitablıq 50 dəst olacaq. Eyni zamanda, yerli və xarici yazarların nəşriyyatımızda nəşr olunmuş kitablarını da qonaqlarımıza hədiyyə edəcəyik. 10 il ərzində keçdiymiz yolda nəşriyyatın fəaliyyətinə dəstək verən oxucuları, dostları sevindirmək bizi də xoşbəxt edəcək. Ümumilikdə yubiley ərəfəsində oxucularımıza hədiyyə edəcəyimiz kitabların sayı 5000-i keçir”.

Xatırladaq ki, oktyabr ayında "Hədəf Nəşrləri”nin yaradılmasının 10 illiyi tamam olur. Bu münasibətlə Hədəf Liseyində keçiriləcək yubiley tədbirinə ölkə ziyalıları, yazıçılar, oxucular və media nümayəndələri qatılacaq.

Tədbirə gələcək hər bir qonağa "Hədəf Nəşrləri” tərəfindən xüsusi hədiyyələr veriləcək.

Yenililklər
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.