Vaqif Yusiflinin “Qanadlandıq uçmağa” kitabının imza günü keçirilib
31.10.19

Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda filologiya elmləri doktoru, tənqidçi Vaqif Yusiflinin “aybKitab” layihəsi çərçivəsində çap olunmuş “Qanadlandıq uçmağa” adlı yeni bədii-publisistik məqalələr toplusunun imza günü keçirilib. Əsəd Cahangirin aparıcılığı ilə keçən təqdimat mərasimində AYB-nin sədri Anar, xalq şairləri Fikrət Qoca, Sabir Rüstəmxanlı, professor Qəzənfər Paşayev, şair Səyyad Aran çıxışlarında Vaqif  Yusiflinin  təmənnasız tənqidçi mövqeyini yüksək qiymətləndiriblər. Sonra  “aybKitab” layihəsinin rəhbəri Xəyal Rza çıxış edərək bildirib ki, müəllifin bu kitabında məhz həmin layihədə çap olunan digər kitablar haqqında olan məqalələr yer almışdır.

Tədbirdə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini, filologiya elmləri doktoru Əlizadə Əsgərli çıxış edərək Vaqif Yusiflinin zəhmətkeşliyi ilə yanaşı, Ədəbi tənqid şöbəsinin müdiri kimi də sanballı işlərin öhtəsindən əzmkarlıqla gəldiyini vurğulayıb. Həmin şöbənin digər əməkdaşlarının da iştirak etdiyi imza günündə şöbənin əməkdaşı filologiya üzrə fəlsəfə doktoru Qürbət Mirzəzadə müəllifin həm elmi fəaliyyəti, həm də tənqidçi kimi özünəməxsusluğu haqqında fikirlərini bölüşüb.

Şairlərdən Firuzə Məmmədli, Musa Ələkbərli, Balayar Sadiq, Güləmail Murad çıxışlarında Vaqif Yusiflinin onların da yaradıcılığına ürək genişliyi ilə yer ayırmasını təqdir ediblər. Tənqidçilərdən İradə Musayeva, Cavanşir Yusifli də öz növbəsində müəllifin bənzərsiz, orijinal ədəbi tənqidlə məşğul olmasını yüksək qiymətləndiriblər. Gənc yazarlardan Arzu Hüseyn, Gülnar Səma, Qoşqar Qaraçaylı çıxışlarında Vaqif Yusiflinin ədəbi gəncliyə həmişə xüsusi diqqət ayırmasından məmnunluqla söz açıblar.

Bölgələri təmsil edən şairlərdən Sabirabaddan Şahnaz Şahin, Gəncədən İradə Aytel, Lənkərandan Sevda Əlibəyli, Cəlilabaddan Gülbala Teymur isə çıxışlarında müəllifin bölgələrdə yaranan ədəbi nümunələri də diqqətdə saxlamağından minnətdarlıq hissi ilə danışıblar. Elmira Aslanxanlı Turan və digər tədbir iştirakçıları da müəllifi təbrik edib, ona yeni yaradıcılıq uğurları arzulayıblar.

Sonda Vaqif Yusifli çıxış edərək hər kəsə təşəkkürlərini bildirib. Ustadı saydığı böyük tənqidçilərin adlarını çəkərək onları da ehtiramla xatırlayıb.

Gülnar Səma


Yenililklər
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.