“Cəlil Məmmədquluzadə 150 il” kitabının təqdimat mərasimi keçirilib
06.11.19

Ədəbiyyat İnstitutunda “Cəlil Məmmədquluzadə 150 il” kitabının təqdimat mərasimi keçirilib.

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Cəlil Məmmədquluzadə 150 il - məqalələr, esselər, müsahibələr, şeirlər ” kitabının təqdimat mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin böyük Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında 17 yanvar 2019-cu il Sərəncamı və bu istiqamətdə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda görülən işlər barəsində danışıb. Akademik kitabın böyük Azərbaycan yazıçısı və dramaturqu Cəlil Məmmədquluzadənin 150 illik yubileyi münasibətilə Ədəbiyyat İnstitutunun dissertantı Elxan Nəcəfov tərəfindən tərtib olunaraq nəşrə hazırlandığını söyləyib. Bu kitabı Abbas Zamanov kimi alimlərin böyük işinin davamı adlandırıb. Bildirib ki, nəşrdə ötən əsrin 60-70-ci illərindən bəri müəyyən kitablarda, qəzetlərdə, jurnallarda, saytlarda və digər elektron resurslarda Cəlil Məmmədquluzadə haqqında yazılmış məqalələr, esselər, müsahibələr və şeirlər toplanıb. Həmçinin əlavə edib ki, Cəlil Məmmədquluzadənin ingilis dilinə tərcümə olunmuş əsərlərinin toplanıb nəşr edilməsi də nəzərdə tutulub. Bunlardan başqa yazıçının əsərlərinin yapon dilinə tərcümə olunaraq Yaponiyada da yayımlanmasının planlaşdırıldığını deyib.

Sonra AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun dissertantı, kitabın tərtibçisi Elxan Nəcəfov “Cəlil Məmmədquluzadə 150 il - məqalələr, esselər, müsahibələr, şeirlər” kitabı haqqında məruzə ilə çıxış edib. O bildirib ki, kitabda Azərbaycan Respublikası Prezidentinin Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin keçirilməsi ilə bağlı Sərəncamı, ümummilli lider Heydər Əliyevin böyük ədibin 125 illik yubiley tədbirindəki nitqi, 93 məqalə, 13 esse, 8 müsahibə, 8 şairin yaradıcılığına aid 30 şeir yer alıb. 52 müəllifdən 78 məqalə Azərbaycan dilində, 14 məqalə isə xarici dillərdədir. Kitab Bakıdakı əsas kitabxanalarla yanaşı Naxçıvanda Nehrəm kəndində Cəlil Məmmədquluzadənin Ev və Xatirə muzeyinə də hədiyyə olunub. Kitab haqqında müxtəlif informasiya vasitələrində, eyni zamanda AzTV radio 105 FM-də “Kamil Məhərrəmoldu ilə həmsöhbət” verilişində söz açıldığını xatırladıb.

 Əlavə edib ki, kitabın baş redaktoru akademik İsa Həbibbəyli, elmi redaktoru professor Asif Rüstəmli, məsul redaktoru filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimov, rəyçiləri AMEA-nın müxbir üzvü Tehran Mustafayev və dosent Şəmil Sadiqdir.

Təqdimatda Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar çıxış edərək Prezidentin Sərəncamından irəli gələn tapşırıqların həyata keçirilməsindəki xüsusi roluna görə Ədəbiyyat İnstitutunun işlərini yüksək dəyərləndirib. Bildirib ki, mədəniyyət adamlarının Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə təklif etmişdim ki, Bakıda Cəlil Məmmədquluzadəyə heykəl ucaldılsın. Heykəlin ucaldılması prosesində Bakı Şəhər İcra Hakimiyyəti və Mədəniyyət Nazirliyi ilə yanaşı, AYB və AMEA-nın da yaxından iştirak etməli olduğunu vurğulayıb.

Tədbirdə çıxış edənlərdən akademik Muxtar İmanov, Təyyar Salamoğlu, Tehran Mustafayev, Cahangir Məmmədli, Allahverdi Məmmədli, Mehman Qaraxanoğlu, Rüstəm Behrudi və Şəhla Əhmədova “Cəlil Məmmədquluzadə 150 il: məqalələr, esselər, müsahibələr, şeirlər” kitabı və Mirzə Cəlilin yaradıcılığı haqqında fikirlərini bölüşüblər.

Təqdimat mərasimində akademik Möhsün Nağısoylu, Kamil Məhərrəmoğlu, yazıçı Pərvin, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı, filologiya üzrə fəlsəfə doktoru Əzizağa Nəcəfov və digər ziyalılar da iştirak edirdilər.

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,
İctimaiyyətlə əlaqələr şöbəsi

Yenililklər
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.