Əhməd bəy Ağaoğlunun 150 illiyinə həsr olunmuş elmi sessiya keçirilib
02.12.19

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutundaböyük ədib, mütəfəkkir, publisist, ictimai-siyasi xadim Əhməd bəy Ağaoğlunun anadan olmasının 150 illiyinə həsr olunmuş elmi sessiyakeçirilib.

Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq bildirib ki, bugünki elmi sessiya Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin  “Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin keçirilməsi haqqında” 10 aprel 2019-cu il Sərəncamınauyğun olaraq təşkil olunub. Akademik İsa Həbibbəyli Əhməd bəy Ağaoğlunun həm ictimai-siyasi xadim kimi, həm də bir mütəfəkkir kimi gördüyü işlər haqqında çıxış edib. Ədəbiyyat İnstitutunda onun yaradıcılıq yolunun daim diqqətdə saxlanıldığını vurğulayaraq tədbirin institutun Azərbaycan mühacirət ədəbiyyatı şöbəsi tərəfindən təşkil edildiyini söyləyib.

Akademik İsa Həbibbəyli böyük mütəfəkkirin çoxcəhətli fəaliyyətini, milli xidmətlərini tarixilik və müasirlik fonunda xarakterizə edib.Həmçinin Əhməd bəy Ağaoğlunun Azərbaycan və Türkiyənin istiqlalı uğrunda mübarizə apardığını, hər iki ölkənin parlamentinə deputat seçildiyini vurğulayıb.Əhməd bəy Ağaoğlunun Şərq əsaslı və Qərb yönümlü inkişaf uğrunda fəaliyyət göstərdiyini, bu istiqamətin onun publisistikasının əsasını təşkil etdiyini də bildirib. Əhməd bəy Ağaoğlunun Ankara Universitetinin Hüquq fakültəsinin və “Difai” təşkilatınınqurucularından olduğunu da diqqətə çatdırıb.

Sonra filologiya üzrə fəlsəfə doktoru, dosent Şahbaz Şamıoğlu “Əhməd bəy Ağaoğlu fenomeni”, filologiya üzrə fəlsəfə doktoru Abid Tahirli“Əhməd bəy Ağaoğlunun epistolyar irsi”,filologiya elmləri doktoruNikpur Cabbarlı“Əhməd bəy Ağaoğlunun bədii-publisistik irsinin nəşri və tədqiqi problemləri” mövzusunda məruzələrlə çıxış ediblər.
Elmi sessiyada AMEA-nın Şərqşünaslıq İnstitutunun professoru Solmaz Töhidinin, DİA-nın Tarix kafedrasının müdiri,tarix üzrə fəlsəfə doktoru, dosent FirdovsiyyəƏhmədovanın, Azərbaycan Yazıçılar Birliyinin üzvü Şöhlət Əfşarın,filologiya elmləri doktoru,professorAlxan Bayramoğlunun çıxışları mövzu ətrafında maraqlı diskussiyaya ilə yadda qalıb.

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,
İctimaiyyətlə əlaqələr şöbəsi

Yenililklər
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.