Pərvanə Məmmədli - Tatyana Çaladzeni qədrini bilmədik
03.12.19

- “Sizə Avropanın istədiyiniz  hər  hansı bir  yerində vətəndaşlıq haqqı, mənzil və  firavan yaşamaq  təklif  olunur. Amma bir  şərtlə ...”

Biz QARABAĞA ağı demək və çalıb çağırmaqdan və pafoslu  yazılar yazmaqdan başqa nə edə  bildik ki?! Heç olmasa bu yurdunu yuvasını atıb,ömrünü bütünlüklə Qarabağa həsr edən bu fədakar  insandan ibrət dərsi də ala bilmirik. Nə də lazımınca  tanıyıb  tanıdırıq, dəyər  veririk. Onu mənəvi  cəhətdən hələ  bir  neçə il əvvəl öldürmüşdülər...

Azad Avropa radiosunun “İlin jurnalisti”mükafatçısı, Latviyanın seçilən qəzetlərindən birinin redaktoru, Avropada Qarabağ həqiqətinin çarçısı, Azərbaycan sevdalısı, istedadlı publisist Tatyana  Çaladzenin kədərli qısa  həyat hekayəsi.

Bu fədakar qadının Qarabağla, Azərbaycanla bağlı gördüyü işi heç bir azərbaycanlı millət vəkili, hüquqşünas, siyasətçi, beynəlxalq politoloq, hərbçi görmədi. Görməməzlikdən gəldilər. Pafosdan, bədii ritorikadan və s. uzaq olub yazıram bunları. Qarabağla bu qədər siyasət aparılır, danışılır. Amma çifayda. Sərhəddən o yana keçirmi? Qarabağda və onun ətrafındakı erməni hərbçi  qruplaşmalarının cinayətlərini sözdə yox, hüquqi sənədlərdə əks etdirmək bununla  bağlı sənədli kitab yazmaq və həyatını o  hadisələrin şahidi olub zərər çəkmişləri bir-bir həyat salnaməsini yazmaq, sənədlərlə bağlı Beynəlxalq Hüquq məhkəməsinə  vermək ancaq onun ağlına  gəldi. Və  bunu  etdi. Ermənilərin hədə-qorxusu altında, azyaşlı uşaqla Bərdədəki qaçqın düşərgəsində yaşamaqla, savaşda həm də yaralı əsgərlərə şəfqət göstərməklə (ayağındakı qəlpə də onu ölümə  yaxınıaşdırdı).

 Qarabağ müharibəsindəki həqiqətləri dünyaya çatdıran ilk jurnalistlərdən idi, bunula bağlı qiymətli kitablar yazmışdı. Sonda erməni quldur birləşmələrini ilk dəfə Beynəlxalq məhkəməyə verməyə nail oldu. Buna  elə  sevinirdi ki... Xocalılar öz  aralarında onu öz müdafiəçisi-vəkili seçmişdilər. Necə deyərlər ”bərk  gedən” bir  jurnalistin ermənilərə satıldığını faş edən gündən onun qara  günləri  başladı. Amma bizimkilərə belə (əcnəbi olsa belə) mərd, prinsipial, ləyaqətli, dünya malında gözü olmayan gerçək fədakarlar lazım deyilmiş. Çox yazdım bu  haqda. Gözümüzlə  yox, qulagımızla görürük. Nə sağlığında bu Qarabağ qazisinə qiymət verildi, nə də ölümündən sonra. Yeri  gəlmişkən  bir  dəfə Bakıda dolanmaq üçün boş vaxtında taksi sürücü kimi işləyəndə gəlmə bir erməni arxada oturub ona belə “sifariş” çatdırmışdı. -“Sizə Avropanın istədiyiniz hər hansı bir yerində  vətəndaşlıq haqqı, mənzil və firavan yaşamaq  təklif olunur. Amma  artıq  bizlərə işləyəcəksiniz”. Bunu mənə o vaxt bir sirr kimi  söyləmişdi. Təbii ki, bu “seçim”dən imtina etmişdi. Baxmayaraq ki, evdə ehtiyac maddi  içində böyütdüyü yarıac, yarıtox məktəbli övladı  gözləyirdi.

Onu  bizim Qarabağ məsələsinə olan  biganəliyimiz (eləcə də bəzilərinin onun gördüyü işlərə qısqançlıqdan  doğan jest-hərəkətləri, maddi ehtiyacdan və mənəvi dəstəksizlikdən doğan sıxıntılar, sarsınrılar) öldürdü.

Onu iki il öncə itirdik. Tatyana Çaladzeni qədrini bilmədik, onu qoruya bilmədik. Onun ölümünə inana bilmirəm. O, Çaladzenin ki, ermənilərin yuxusunu ərşə çıxarmışdı, başına pul qoymuşdular. Qarabağ müharibəsindəki həqiqətləri dünyaya çatdıran ilk jurnalistlərdən idi. Onu 20 ilə yaxın idi ki, tanıyırdım, həm də dost idik. O rus ismini, gürcü familyasını daşısa da, təmiz latış idi, avtomobil qəzasında həlak olan gürcü-həyat yoldaşının soyadını daşıyırdı. Bir neçə çox qiymətli kitab yazmışdı, albomlar hazırlamışdı. Üstəlik azyaşlı qızı Cəmilə ilə Bərdədəki qaçqın düşərgəsində 5 il yaşayıb, sənəd toplamışdı. Bunlar erməni quldur birləşmələrini Beynəlxalq məhkəməyə vermək üçün toplanmış hüquqi sənədlər idi. Buna nail olmuşdu da. Rəhmətlik Heydər Əliyev onu gördüyü işlərinə görə tanıyırdı və dəyərləndirirdi. Çox məğrur idi, könlü, gözü tox idi. Hər əziyyətə qatlaşırdı, amma çəkdiyi çətinlikləri heç zaman dilə gətirmirdi. Son illər sağlamlığında ciddi problemlər yaranmışdı. Hərbi jurnalist kimi Qarabağda döyülərdən birində ayağından zədə almışdı. Sözün əsil mənasında Fədakar İnsan idi. TRT Türkiyə onun haqda ayrıca film çəkmişdi. Müalicə üçün Türkiyəyə dəvət edilmişdi. O isə imtina etmişdi. Azərbaycana çox bağlanmışdı. Ən sadiq dostları döyüş yoldaşları idi. Cəbhə dostları ona hər zaman dəstək olurdu. Onu heç zaman taleyindən şikayətlənən görmədim. Amma bir dəfə zarafatla dedi ki, məni ermənilər öldürə bilmədi, öldürsə də məmurların etinasızlığı öldürəcək...

P.S. Məndə onunla bu  fədakar qadınla bağlı informasiya az deyil. Mənim zamanımı elmi işlər çox alır. Bir  oğul  istəyirəm ki, bu məsələ ilə  ciddi  məşğul  olsun. Bizə mifik qəhrəman da lazımdı, həyatda yaşamış qəhrəman da. Birinciləri  tanıyırıq. Amma ikincilər uzaq yox, yaxın keçmişdə yaşayıblar, M.İbrahimov  kimi, T.Çaladze kimi.

Yenililklər
30.07.21
“Ulduz”un iyul  sayı çap olunub
30.07.21
Kristian Voqler - Yazıçının səyahəti
30.07.21
Ülviyyə Heydərova Beynəlxalq Ədəbiyyat Festivalının qalibi olub
30.07.21
Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunan beynəlxalq konfrans keçiriləcək
30.07.21
“AMEA Hüseyn Cavidin ev-muzeyinin elmi-yaradıcı fəaliyyəti (müstəqillik illərində)” adlı monoqrafiya nəşr olunub
30.07.21
Türkiyənin Bursa şəhərində Nizami Gəncəviyə həsr olunmuş beynəlxalq konfrans başa çatıb
29.07.21
Dünya şöhrətli Dominikan musiqiçisi Conni Ventura vəfat edib
29.07.21
Milli Qəhrəman Polad Həşimovun xatirəsinə ithaf edilmiş kitabın təqdimatı keçirilib
28.07.21
“Erməni nasizmi – terror ideologiyası” kitabı nəşr olunub
28.07.21
Buker mükafatının uzun siyahısı açıqlanıb
28.07.21
XII Qəbələ Musiqi Festivalı Bakı Musiqi Akademiyasının 100 illik yubileyinə həsr olunacaq
28.07.21
Gənc caz ifaçıları üçün müsabiqə elan olunub
27.07.21
Seyran Səxavət “Nizami Gəncəvi” mükafatına layiq görülüb
27.07.21
Nizami Cəfərov - "Leyli və Məcnun"un türk dünyası - Araşdırma
27.07.21
Azərbaycanlı rəssamın əsərləri “ArtCamp Andorra” layihəsi çərçivəsində UNESCO-da nümayiş olunub
27.07.21
Keşikçidağda Tunc dövrünə aid böyük kurqanlar tapılıb
26.07.21
“Teatr və kinoteatrların açılması müzakirə olunacaq”
26.07.21
Türkiyənin Bursa şəhərində Nizami Gəncəviyə həsr olunmuş beynəlxalq konfrans keçirilir
26.07.21
Aşıq Ələsgərin şeirlər kitabı Türkiyədə nəşr olunacaq
26.07.21
Müslüm Maqomayev və Tofiq Quliyevin heykəlləri Bakının bu hissəsində qoyulacaq
26.07.21
Könül Nuriyeva - Vurnuxma...
16.07.21
“Seyran Səxavət” adlı biblioqrafik kitab işıq üzü görüb
16.07.21
Nizami Gəncəvi irsi Avstriya Milli Kitabxanasında
16.07.21
Anar Kərimov Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti ilə görüşüb
15.07.21
Respublika Kinematoqrafçılar İttifaqı Milli Kino Mükafatının builki sahibinin adını açıqladı
15.07.21
“Qarabağa kitabla gedək” layihəsi çərçivəsində Türkiyədən 10 min nüsxə kitab gətirilib
15.07.21
Hacı Zeynalabdin Tağıyevin heykəli burda qoyulacaq
15.07.21
“Yaradanlar” filmi İtaliyada mükafata layiq görülüb
15.07.21
Xorvatiyanın sabiq prezidenti Nizami Gəncəvi Beynəlxalq Mərkəzində olub
13.07.21
Akademik Musiqili Teatra baş rejissor təyin olunub
13.07.21
Dilçiliyə dair yeni kitablar nəşr olunub
13.07.21
“Qarabağ Azərbaycandır” ssenari müsabiqəsinin nəticələri elan edilib
12.07.21
“Hədəf Nəşrləri”nin müəllif tenderinin qalibləri bəlli oldu
12.07.21
"Qanun"dan yeni kitablar
12.07.21
TÜRKSOY-un yaradılmasının 28 ili tamam olur
12.07.21
İtaliyada Dantenin əlyazmaları aşkar edilib
09.07.21
Ülvi Babasoy - Yaşamaq sənəti
09.07.21
“Saytların dil mənzərəsi” mövzusunda tədbir keçirilib
09.07.21
Bədirxan Əhmədli - Bu Yol sənin yolundur... - Təbrik yazısı
08.07.21
“Salnaməfilm” studiyasında Aşıq Ələsgərə həsr olunmuş filmin çəkilişlərinə başlanılıb
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.