AMEA-nın İctimaiyyətlə əlaqələr şöbələrinin hesabat iclası keçirilib
21.12.19

Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında akademiyanın institut və təşkilatlarında fəaliyyət göstərən İctimaiyyətlə əlaqələr şöbələrinin 2019-cu il üçün hesabat iclası keçirilib. İclas Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsi tərəfindən təşkil olunub.

İclası AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq son dövrlərdə akademiyada aparılan köklü islahatlardan, tətbiq olunan yeniliklərdən danışıb. Akademik Ramiz Mehdiyevin AMEA-nın prezidenti seçilməsindən sonra İctimaiyyətlə əlaqələr şöbələrinin fəaliyyətinin yenidən təşkili ilə bağlı ciddi tədbirlər həyata keçirildiyini diqqətə çatdırıb. Bildirib ki, onun prezident seçilməsindən sonra islahatlar çərçivəsində həyata keçirdiyi ilk təyinat Ağahüseyn Şükürovun İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinə müdir təyin olunmasıdır. Həmçinin əlavə edib ki, akademiya rəhbərliyinin dəyişməsindən sonra rəsmi qəzetlərdə akademiya ilə bağlı informasiyaların yayımlanması çoxalıb.

Akademik İsa Həbibbəyli qeyd edib ki, Azərbaycan elminin ölkədə və dünyada təbliği istiqamətində işlər sürətlənməlidir. Bu işlər görülərkən İctimaiyyətlə əlaqələr şöbələri siyasi-ideoloji cəhətdən aydın mövqe nümayiş etdirməli, dövlətçilik prinsiplərinə əməl etməlidirlər. Həmçinin elmi və analitik materialların hazırlanmasına xüsusi diqqət yetirilməsinə,  akademiyada çalışan alim və mütəxəssislərdən aktual mövzularda müsahibələrin götürülməsinə, şöbələr ilə “Vikipediya” arasında münasibətlərin qurulmasına xüsusi önəm verilməsini də diqqətə çatdırıb. Akademik AMEA-nın rəsmi internet səhifəsi olan “science.az”,  “Elm” qəzeti” və “Elm və həyat” jurnalının fəaliyyətindən və qarşıda duran məqsədlərdən söz açıb.

Sonra AMEA İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürov 2019-cu il üçün şöbənin hesabatını təqdim edib. Ağahüseyn Şükürov “science.az” veb-portalında yerləşdirilən xəbərlərin statistikasını təqdim edərək, hesabat ilində saytda 2300-ə yaxın xəbərin yerləşdirildiyini, həmçinin Elm Tv sektoru tərəfindən 900-dən çox videonun yayımlandığını bildirib.

Daha sonra Neft-Kimya Prosesləri İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru Zaur Ağamalıyev və Botanika İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məhsəti Qurbanova təmsil etdikləri institutların illik hesabatlarını təqdim ediblər. Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu
 İctimaiyyətlə əlaqələr şöbəsi

Yenililklər
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.