Bakı Mühəndislik Univeristetində Səxavət Sahilin yeni kitabı müzakirə olunub
27.12.19
Bakı Mühəndislik Univeristetində gənc yazar
Səxavət Sahilin "Nar ağacının nəğmələri” kitabının müzakirəsi keçirilib.
Tələbələrə yazarın yeni çap olunan kitabı haqqında məlumat verən
univeristetin müəllimi, ədəbiyyatşünas və tənqidçi Ülvi Babasoy "Nar
ağacının nəğmələri”nin konseptual şeirlər toplusu kimi əhəmiyyətindən
danışıb, müasir Azərbaycan ədəbiyyatında yeni bir istiqamət olduğunu
bildirib.
Görüşdə
iştirak edən univeristetin Azərbaycan dili və ədəbiyyatı kafedrasının
tələbələri kitab haqqında fikirlərini səsləndirib, müəllifə suallar
veriblər.
Sonda Səxavət Sahil tələbələr üçün yeni kitabını imzalayıb.

|