İlham Əziz - O dünyadan gələn səslər
22.01.20

Hər gün tıxacdayam. Səmərəli istifadəsini də tapmışam. Yığmışam maşınıma çeşid-çeşid kitablar, oxuyuram. Bəzən tıxacın tez qurtarmasına heyfsilənməyim də olur. Dünən də “Azneft” dairəsində “mübarək” bir tıxacdaydım. Fürsəti fövtə vermədən Mübariz Örənin “Ağ buludlar”ını götürdüm. Bir Allah bilir, neçənci dəfədir ki, bu povesti oxuyuram.

Əvvəla onu deyim ki, bəzi yazıçıları dəfələrlə oxumaqda yarar var. Musiqi alətlərini kökləmək qabaqlar çətin bir proses idi. Güclü qulaq duyumu lazım olurdu. Texnologiya hər şeyə çarə tapdığı kimi, bunun da öhdəsindən gəldi. İndi telefonlarda bununçün müvafiq applikasiya mövcuddur, çox asanlıqla istənilən aləti kökləmək olur, hətta kar olsan belə. Bu misalı niyə çəkirəm, ondan ötrü ki, yazı adamları da bəzən kökdən düşür, məişətin, qayğıların ucbatından yazı əhvalın tuta bilmirlər. Məhz bu vəziyyətdə bəzi yazıçıların əsərləri dərman kimidi. O ilahi dərmanlardan biri mənimçün Mübariz Örənin hekayələridi. Onun əsərlərini oxuyan zaman ətrafla əlaqəm kəsilir, izahımüşkül həlim ədəbiyyat vakuumuna düşürəm. Böyük yazıçıların əsərləri başqaları üçün həm də kankan kimi bulaq gözünü təmizləyir, insanı özündən çıxarıb yazmağa vadar edir. Mənə elə gəlir ki, bu yazıçı böyüklüyünün meyarlarındandır. Mübarizin əsərlərində təbii axın var, bəzən bu axını mətndə Selincer özbaşınalığı da adlandırıram. Amma bu özbaşınalıq ona görə sevilir ki, gözlə görünməyən, əllə tutulmayan harmoniyadadır.

Hə onu deyirdim axı, “Azneft” meydanında əsərin bir yerinə, bir abzasına, lap doğrusu bir cümləsinə gəlib çıxdım ki, ara qarışdı, məzhəb itdi. Bilmədim nə edim, az qaldım maşından düşüb qışqıram ki, ay camaat gör, nə oxuyuram, gəlin siz də oxuyun! Nədi bu abzas ? Hansıdı bu cümlə?

“Zülmət meşənin dərinliklərindən hansı dünyaya aid olduğu bilinməyən qarmaqarışıq, tükürpədici səslər gəlirdi, o səsi tutub qaçırdı. Hisslərinə hiss qatıb - islanmışın yağışdan nə qorxusu! - qorxu üstündən qorxu geyib qaçırdı. Arabir dayanıb nəfəs dərir, güc yığıb təzədən qaçırdı. Yaxşı ki, hərdənbir lap uzaqdan, qəsəbə tərəfdən boğuq it səsləri eşidilirdi - ya bikarçılıqdan, ya axmaqlıqdan hürüşürdü itlər.

“Və yaxşı ki, o səslər bu dünyadan idi (!!!)”

İlahi, bu cümlənin enerjisinə bax, soyuq qorxusuna bax..
İnsan özünü, sözünü biləndən bəri ölümdən sonrakı vəziyyəti haqqında baş sındırıb bir yerə çıxa bilmir. Hətta dini mətnlər də bu barədə ya susur, ya da “siz nə bilərsiz”lə başlayan cümlələrlə bizi yola verir. İslam peyğəmbəri səhabələrinə qəbirlərdən eşitdikləri barədə danışanda onlara belə deyirdi:

“Siz mənim eşitdiklərimi eşitsəz, heç vaxt gülməz, ömrünüzü səcdədə keçirər, ölənə qədər ağlayardınız”.

Mübarizin də yuxarıdakı cümləsi bu qorxunun təsdiqi, o dünyadan səs eşitməməyin sevincidir. Mətndəki bu qorxu vay-şüvən deyil, buz kimi kəsən qorxudu. Bu əsərdə çox məsələlər haqqında gözəl mətnlər yazılıb və yazılacaq, amma mənimçün ən dəhşətli hayqırış, faniliyin ən böyük qorxusu bu cümlədə gizlənib. Yalnız yaxşı mətn təbii axarla özü-özünü gətirib bu hala sala bilər.

Həyatınızda tıxacsız günlər diləyilə...

/Kulis.az/

Yenililklər
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.