Rumıniyalı məşhur şairin kitabı Bakıda nəşr edildi
12.05.20
"Eşq” kitab seriyasından Rumıniyanın dünya şöhrətli şairi Koman Şovanın "Sevginin izi ilə” adlı yeni şeirlər kitabı nəşr edilib.
Kitab adı çəkilən seriyanın rəhbəri və redaktoru, Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının sədri, gənc şair Fərid Hüseynin müəllifin – görkəmli şairin yaradıcılığı haqqında qələmə aldığı "Səsimizi necə eşitdirməli” adlı ön sözü ilə açılır.
Qeyd edək ki, nəşrin məsləhətçisi Azərbaycan Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin rəhbəri, şair-esseist Səlim Babullaoğludur.
Kitabı rus dilindən Azərbaycancaya tanınmış yaradıcı insanlar, peşəkar tərcüməçilər Afaq Şıxlı, Azad Yaşar, Xanım Aydın və Günel Şamilqızı çeviriblər.
|