Əlyazmaların elektron kitabxanasının yaradılması işi davam etdirilir
14.05.20

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elektron resurslar şöbəsinin onlayn rejimdə iclası keçirilib.

İnstitutdan bildirilib ki, iclasda şöbə əməkdaşlarının cari ilin birinci rübü üzrə fəaliyyətinin nəticələri müzakirə olunub. Şöbə müdiri Firəngiz Hüseynova əməkdaşların təqdim etdikləri məlumatlar əsasında hazırladığı hesabatı təqdim edib.

Bildirilib ki, institutun fondlarında saxlanılan əlyazma abidələrinin istifadəsini asanlaşdırmaq, mühafizəsini təmin etmək, onları gələcək nəsillərə çatdırmaq məqsədilə elektron kitabxana yaradılması üzrə işlər davam etdirilib. Müvafiq dövrdə 325 türkdilli, ərəbdilli və farsdilli əlyazma kitabı rəqəmsallaşdırılaraq elektron kitabxananın bazasına daxil edilib. Elektronlaşdırılmış əlyazmalar mühafizə məqsədilə ehtiyat xarici yaddaş qurğularına köçürülüb. Hazırda əlyazmaların elektron kitabxanasının bazasında 4600-dən çox kitab abidəsi saxlanılır ki, bunlardan da elmi müəssisənin tədqiqat aparan alim və mütəxəssisləri istifadə edə bilərlər.

Vurğulanıb ki, Prezident İlham Əliyevin Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri Cəfər Cabbarlının 120 və Məhəmməd Hadinin 140 illiyi ilə əlaqədar müvafiq sərəncamlarına əsasən, onların institutda şəxsi arxiv materiallarının elektronlaşdırılması prosesi davam etdirilib. Cəfər Cabbarlının 700 sayda qovluqda saxlanılan şəxsi arxivinin elektronlaşdırılması işinə 2019-cu ildən başlanılıb, cari ildə 75 sənədin elektron variantı bazaya daxil edilib. Hazırda bazada 658 sənəd var. Məhəmməd Hadinin biobiblioqrafik göstəricinin hazırlanması üzrə Kitabşünaslıq və biblioqrafiyaşünaslıq şöbəsi ilə birgə iş aparılıb və material toplanıb.

Həmçinin “Molla Nəsrəddin” jurnalından, Şəkixanovlar nəslinə aid institutda saxlanılan arxiv materiallarından nüsxələr, “Əkinçi” və “İttihad” qəzetlərinin müəyyən nömrələri və digər materiallar elektronlaşdırılıb.

Əlyazmaların elektron kataloqunun yaradılması prosesi də davam etdirilib. “Turkdilli əlyazmalar”ın elektron kataloquna 1800 kitab abidəsi daxil edilib. İnstitutun fondlarında mühafizə olunan “Miniatürlü əlyazmalar”ın elektron kataloqunun bazası yaradılıb, 67 əlyazma kataloqa salınıb. Hazırda 11 mindən çox yazı təşkil edən əlyazma abidələrinin və əski çap kitablarının elektron kataloqunun oxuculuq keyfiyyətini və səhihliyini artırmaq məqsədilə 800 yazı redaktə olunub. /Azərtac/

Yenililklər
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.