Pərviz Cəbrayıl - “Azğın”- onun seçilmiş əsərlərin mündəricatı
27.06.20

"Elə bilirlər ki, adamlar elə birdən-birə, qəfildən, heç nə baş vermədən dəli olur. Heç kəs bu prosesin necə uzun çəkdiyinim fərqinə varmır. Sonra qəfildən mərhəmət hissi dolur ürəyimizə: kaş tək qoymasaydıq, yanında olsaydıq, dərdini dinləsəydik...”

Cəlil Cavanşir Feysbuk statusunda yazıb. Tanış yaşantıdı. Ancaq bir şey var. Var tək adamlar, var polifonik adamlar. Özü bir camia boyda, sayda, çoxluqda olan adamlar. Onlardan biri də Cəlildir. O özü çoxlu adamdı - içində dostu da, düşməni də var. Uşaq da, böyük də. Kişi də, qadın da. "Azğın"da gördüyümüz kimi. Onun yeni romanında.

Vallah bəzən hamını bilmərrə unudub öz çoxluğunla yaşamağı seçirsən və yüngülləşirsən. Görməyən görməsin, susan susun... Cəhənnəm olsunlar, zatən bu yolu seçdiyi gün sənət adamı cəhənnən yolunu seçmiş olur. Kənardan elə bilirlər kef edir yazı adamı. Və çoxu kabab iyinə gəlir, ancaq görür ki, yox, sadəcə, eşşək dağlamaqmış bu iş.

"Azğın” da tək adamın çoxluğundan və sırf Cəlil Cavanşirdən bəhs edir. Bəli, avtobioqrafik demək olar, çəkinmədən. Çünki Cəlil özü çəkinməyib, qorxmayıb, onu yazmağa cürəti çatıb. Etiraf edirəm: məndə o cürət yoxdur! O qədər şeylər var ki, yazmağa. Özümdən, ətrafımdan. Dünənimdən, indimdən... Ancaq qorxuram, onları hətta kamuflyaj edib yaza bilmirəm. Çünki özüm rüsvay olacam, qohumlar üstümə hücum çəkəcək... Nələr çəkmədim indiyəcən!

Zatən oxucu mətndə müəllifin özünü axrtarmağın dəlisidi. Cəlil isə bu oxucu dəliliyinin əvəzinə öz dəliliyini qoyub və hamının bəri başdan susdura bilib.
"Azğın” öz müəllifinə oxşayır. Yox, avtoboqrafik əsər hələ müəlliflə mətninin oxşarlığı demək deyil. Ancaq burada oxşarlıq qıvamındadı. Əsər də polifonikdi. Monotonluqdan bəhs edən polifoniklik. Bu romana romanlar tolplusu belə demək olar. Romanda elə hekayələr yer alıb ki, adamı dəhşətə gətirir. Təkcə hekayənin məzmununa görə yox, necə rəvayət edilməsinə, hansı tərəfdən baxılmasına və bədii gücünə görə. Əsərdə müəllif hadisələrin, hekayələrin ətrafında və onların hesabına fırlanmır, gəzib-dolanmır, əksinə, bu hekayələr müəllifin və qəhrəmanın ətrafında dönüb-dolaşır və bir gün onun başını hərlədir...

Bu hekayələrin hər biri bir əsərdi, romandı. Tam əminəm ki, bir gün Cəlil onları yazacaq. "Azğın” Cəlilin özündən, şəxsindən qurtulmaq cəhdidi və hər bir nasir mütləq bunu yaşamalı olur. Özündən qurtulmayana kimi müəllif yazıçı ola bilmir. Mümkün deyil. "Mən”indən çıxa bilməyən adam özgələrinin "mən”ini yaza və öz yazıçı ömrünü rahat yaşaya bilməz. Dəli olar, ömrü boyu zəncirdə qalar. Deyirlər, ilan qabığından çıxmasa, ölür. Yazıçı da elədi. Burda da Cəlili elə gördüm – mətn boyu öz qabığından çıxır, özünə gəlir və yenə qabığından çıxır. Ta sona kimi.

Sərt özünütənqid və özünə ironiya üstündə qurulan ağrılı "Azğın”da bütün əhvalatlar Dəli Cəmonun "bir qəpik dəyəri olmayan” şəxsiyyəti fonunda baş verir və əsərin qəhrəmanı başda olmaqla hər kəsin obrazını Cəmo yaradır, canlandırır, tamamlayır. Romandakı obrazları bir-bir sadalamaq fikrində deyiləm, ancaq onu bilirəm ki, onların hər biri bir romanının qəhrəmanıdır və hesab edirəm ki, "Azğın” müəllifin seçilmiş əsərlərinin mündəricatıdır... Bircə, zaman Cəlilə imkan versin...

"Azğın” bir keyfiyyətinə görə də mənimçün tapıntıdır: İndi mən oxumaq, tanımaq üçün ancaq Əkrəm Əylislini təqlid etməyən yazıçıları axtarıram, Əkrəm özü demişkən, epiqonçu olmayanları. Tapsam (bu, çox çətin şeydi), çox sevinirəm. Bu kitab bu anlamda da məni xeyli sevindirdi. Ayaq açana kimi uşağın kiminsə əlindən tutması təbiidir, ancaq böyüyəndən sonra da o əli buraxmamaq artıq şikəstlikdən xəbər verir. Cəlil özü yerimək istəyənlərdəndir.
...Cəlillə ədəbi tanışlığımız onun "İtirilmiş əlyazma”sından başlayır. Tarixi janrda yazılıb. Onu oxuyanda anladım: mən tarixi roman yaza bilmərəm. Bu da ikinci etirafım olsun. "Azğın”da isə az əvvəl etiraf etdiyim kimi, Cəlil qədər cəsarətli ola bilməyəcəyimi anladım.

Cəlil mətnində zərrəcə oxucunu inandırmağa çalışmır, əksinə baxırsan ki, elə istəyir ki, ona inanmayaq. Və özünün də xəbərin olmadan inanmağa başlayırsan.

Mənə görə, "İtirilmiş əlyazma” Cəlilin nəsr məşqidi, "Azğın” onun A-sıdır. Onun Allahıdır, Atası, Anasıdır yəni. Nəsrdə doğuşun qutlu olsun, Cəlil!

/qaynarinfo.az/

Yenililklər
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.