Şəhla Aslan - COVİD -19, nənəm, Sokrat və Molla İbadulla...

13.07.20

Yaman yerdə haqladı koronavirus bizi! Çoxları da deyir, belə virus-zad yoxdur, oyundur hamısı. Bir çoxları da sosial məsafəyə məhəl qoymur. Elə buna görə də koronavirusun yayılmasının nəticəsinin nə qədər pis olacağını və ya normal vəziyyətə qayıdacağımız zamanı heç kəs bilmir.

Dünyanın bir çox şəhərində küçəyə çıxmaq qadağası olsa da, çox sayda insan açıq məkanlarda gəzir, üstəlik, sadəcə iş fəaliyyəti üçün deyil, eyni zamanda, əyləncə səbəbiylə (COVİD-19 təhlükəsinə inanmayaraq) də çöldə zaman keçirirlər.

Koronavirusa inanmayan və əhəmiyyət verməyənlərin böyük əksəriyyəti gənclər və yaşlı insanlardır. Bu prosesdə gənclər məktəb və iş məsuliyyətindən azad olundu, sosial məsuliyyət anlayışı da yeni olduğu üçün mahiyyəti dəqiq dərk etmirlər. Yaşlı insanlar da vəziyyəti qəbul etmək istəmirlər, onlar karantin müddətində evlərində "həbsxana" həyatı yaşadıqlarını söyləyirlər.

Son günlərdə havanın gözəlləşməsi ilə insanları evdə saxlamaq daha çətin olub. Ticarət mərkəzləri, kafelər, restoranlar bağlansa da, insanlar açıq havada bir yerə toplaşmağa davam edirlər, çünki insanların çoxu açıq havada virusa yoluxmayacaqlarına inanır, yoluxarlarsa da, bundan xilas ola biləcəklərini düşünürlər. Maskalar və əlcəklər geyərək, dezinfeksiyaedici maddələr istifadə edərək sağlam həyatlarını davam etdirəcəklərinə inanırlar.

Zəhrimara qalmış COVİD-19 məsələsinin aktiv olduğu bu günlərdə insanların qüsurlu davranışlarına şahid olduqda babamın bizə bəhs etdiyi Molla İbadullanı, fəlsəfəsiylə çox düşüncələri alt-üst edən Sokratı və baş verən hər bir hadisəyə özünəməxsus izahatı olan nənəmi xatırladım. Onların koronavirusa və təhlükəyə inanmayanlara münasibəti, hadisələri əlaqələndirmələri necə olardı? Bu yazıda təxminlərimi yazacağam. Deməli, belə!..

Sovet hökümətinin yetişdirdiyi ateistlər "Allah yoxdur, nahaq yerə ibadət eləyib özünüzə əziyyət verməyin" deyəndə hamı "Əstəğfürullah" deyirdi. O vaxt təkcə Molla İbadulla sinəsini qabağa verib demişdi:

- Allah ya mən deyən kimi var, ya siz deyən kimi yoxdur. Mən deyən kimi olsa, vay halınıza! Mənsə, bu dünyada idman edə-edə, pəhrizimi gözləyə-gözləyə sağlam yaşayacağam, o dünyada da kefdə olacağam. Siz deyən kimi olsa da, yenə bir şey itirməyəcəyəm. Siz isə mənşəyi məlum olmayan, sağlamlıq üçün təhlükə mənbəyi olan qidalardan yeyib, spirtli içkilər içərək səhhətinizə zərər verəcəksiniz. Hər iki halda yenə mənim vəziyyətim sizinkindən daha yaxşı olacaq.

Koronavirus məsələsində opponentlərimə ən yaxşı cavabı Sokrat da öz zamanında dəqiq verirmiş. Nahaq yerə ona birinci filosof demirlər ki! O, mübahisə etdiyi adama üç sual verməklə məğlub edirmiş. Həm də izahatları da çox qısa olurmuş. Məsələn, biri "dünyada heç bir doğru şey yoxdur, hər şey yalandır" deyəndə Sokrat da deyib ki, bu, ya doğrudur, ya yalan. Əgər doğru olarsa, deməli, hər şey yalandır, elə sənin dediyin də yalandır, yəni hər şey doğrudur. Yox, əgər sənin dediyin yalandırsa, deməli, hər şey doğrudur. Vəssalam, hər iki halda sən yalan danışırsan.

Yəqin Sokrat, yaxud Molla İbadulla sağ olsaydı, bu bəlaya inanmayanlara deyərdilər ki, "virus yoxdur" deyərək camaatı virusdan qorunmaqdan çəkindirirsiniz. Virus ya var, ya yoxdur. Varsa, qorunmaq vacibdir. Yoxsa da, qorunmaq zərərlidir ki? Gigiyenadır da!  Belə baxıram, Sokrata da inanan olmazdı. Biri çıxıb deyəcəkdi ki, Sokrat müəllim, sən bilmirsən eee, bu, bir oyundur. Sokrata ha!.. Ya da Molla İbadullaya belə demək olar?! Yəqin onlar deyərdi ki, bu ya oyundur, ya oyun deyil. Oyun deyilsə, deməli, virus var, qorunmalısan. Oyundursa, oyunun qaydalarına əməl etməlisən. Oyunda qaydaların dəyişməsi də labüddür. SMS yazmaq deyilirsə, yazmalısan, maska taxmaq vacibdir deyilirsə, taxmalısan. Oyunçubaşı deyir, sür dərəyə, sürməlisən. Bəy dediyin nədir, bəyənmədiyin nədir?!. Bəs bilmirsən ki, Amerikanın ağa olduğu planetdə yaşayırsan?!. Bilmirsən ki, güclə qolundan tutub oyuna salan başçı oyun qaydalarına əməl etməyənin qulağından tutub oyundan (planetdən!) çıxara da bilər?!.

Nənəmin yaşlı vaxtlarında biz onu həmişə ağız-burnu yaşmaqlı görürdük. Qəribədir ki, kənd yerlərində bir təzə gəlinlər, bir də qoca arvadlar yaşmaqlanardılar. Bu məsələ məni çox zaman düşündürsə də, ürəyimə yatan izahat tapa bilmirdim. Araşdırmalarımdan dəqiq nəticə əldə edə bilməyəndə izahat üçün babama müraciət etdim. Babam həm savadlı, dindar adamdır, həm də xeyli yaşı var. Əlqərəz, nənəmi də söhbətə "kurs" edib, babamdan izahat istədim. Babamın izahatına görə, sən demə, hər ailədə məxsusi xəstəliklər, viruslar olur. Ailə virus dediyimiz bu şeytanın qoşunlarına öyrəşdiyi üçün onlara təhlükəli olmur. İntəhası, başqaları üçün xəstəlik yarada bilirlər. Təzə gəlin də özlərinin viruslarını getdiyi evə aparmasın deyə "profilaktik tədbir" kimi toydan qabaq əl-ayağını xına ilə dezinfeksiya edirlər, ağız-burnuna da "maska-yaşmaq" taxırlar ki, virusu getdiyi evdəki insanlara yoluxdurmasın. Virusu ilk öyrənən həyat yoldaşı olur. Gəlin ilk günlər evin başqa üzvlərini görən kimi maskasını örtməlidir... Vallah, yaşlılarımız keçmiş adət-ənənələrə dair elə şeylər danışırlar ki, biz gənclər üçün baş açmaq çətin olur. Babam əlavə edir ki, bir müddət sonra, hamı bir-birinə öyrəşəndə gəlin də yaşmağı yığışdıraraq, "karantin"dən çıxmış olur. Bir də yaşlanıb zəifləyəndə, yəni "immuniteti" azalanda keçir "sərt rejim"ə. Gigiyenik tədbirlər də öz yerində. Gün ərzində bir neçə dəfə əllər dirsəyə qədər, üz tərtəmiz yuyulur, tez-tez çimib qüsl verir. Day belə tədbirlərdən sonra virus nə qələt eləyə bilər ki?!.

Son olaraq, COVİD-19-un varlığına inanmayıb tibb işçiləri tərəfindən qəbul edilmiş qaydalara riayət etmirsizsə, deməli, yaşadığınız cəmiyyət üçün real təhlükə mənbəsiyisiz və sizi gözləyən cəzanı çəkməyə də hazır olmalısız.

Yenililklər
01.12.21
“Aşıq sənətinin Ələsgər zirvəsi” mövzusunda beynəlxalq elmi konfrans keçirilib
27.11.21
Kənan Hacı - Yazı sənətinin tarixi
24.11.21
Təranə Vahidin “Qarışqa təqvimi” çap olunub
23.11.21
Muni Vitçer - Altıncı Ayın qızı Nina    
23.11.21
İlk dəfə olaraq “Arı” və “Mirat” satirik jurnalları transfoneliterasiya edilərək yeni əlifbada toplu halında nəşr edilib
22.11.21
Cəmşid Cəmşidovun tərcüməsində Muni Vitçerin əsəri çap olundu
22.11.21
Turan Yazqan: Türk dünyasının səsi
17.11.21
“Nizami Gəncəvi sözünün orbitində” kitabının təqdimatı keçirilib
17.11.21
Türkiyənin məşhur şairi Sezai Karakoç vəfat edib
17.11.21
“Nizami Gəncəviyə məktub” beynəlxalq esse müsabiqəsi elan olunur
17.11.21
Elçin Hüseynbəylinin “Vida” romanı çap olunub
17.11.21
BAFTA qısa filmləri Bakıda nümayiş olunacaq
11.11.21
“Nizami Gəncəvinin poetik portreti” kitabı nəşr olunub
11.11.21
“Şərq irsi” adlı Beynəlxalq Müasir İncəsənət Sərgisi açılacaq
08.11.21
Kənan Hacı - Ekspress qatarında eksperimental mozaika
08.11.21
Fəxri Uğurlu - Klassikanı diri saxlamaq
08.11.21
"Şuşa" sənədli filminin təqdimatı olub
08.11.21
4+4: rəqəmsal namə
08.11.21
İsfar Sarabski Parisdə iki gün konsert verib
05.11.21
“Hədəf Nəşləri”nin təsisçisi Şəmil Sadiqin ƏDV ilə bağlı müzakirələrə əlavə və dəyişiklərlə bağlı təklifləri
05.11.21
Kənan Hacı - Yazıçılarımız nəyi bacarmır?
04.11.21
Qələbə ilə bitən ilk roman
04.11.21
Ədəbiyyat İnstitutunda Məhəmməd İqbalın “Seçilmiş əsərləri”nin təqdimatı keçirilib
04.11.21
Azad Qaradərəli - Qara sevda
03.11.21
"Qarabağın qara kitabı" və "Qarabağ - qələbəyə doğru" kitablarının təqdimat mərasimi keçirilib
03.11.21
Kənan Hacının “Hakimə açılan atəş” romanı oxucularıın böyük marağına səbəb olub
02.11.21
“Şuşa, sən azadsan!” və “Biz” filmləri təqdim olunacaq
02.11.21
Rusiyanın Tretyakov Qalereyasında Tahir Salahovun sərgisi açılıb
02.11.21
Şamaxıda Yaradıcılıq Mərkəzi istifadəyə verilib
01.11.21
Altı əsr yaşı olan xalça 5,4 milyon dollara satışa çıxarılacaq
01.11.21
Nizami Kino Mərkəzində “Fulya” sənədli filminin premyerası olub
01.11.21
Zahid Sarıtorpağın İranda kitabı çap olunub
01.11.21
Vidadi Babanlının "Sabaha ismarıc" adlı romanı çap olunub
01.11.21
Poetik diktatura - Firuz Mustafa yazır
26.10.21
Çempion idmançı, istedadlı aktyor və doktorant
25.10.21
Azad Qaradərəli -  Zəngəzur ağacları
24.10.21
I Sumqayıt Kitab Sərgisi keçiriləcək
22.10.21
Kənan Hacı: “Güclü xarakterə malik insan haqqında yazmaq ikiqat çətindir” - Müsahibə
21.10.21
"Cəbrayıl əfsanəsi"nin təqdimat mərasimi olacaq
20.10.21
Türkiyədə təşkil olunan Beynəlxalq Şeir və Ədəbiyyat Festivalında ölkəmiz də təmsil olunur
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.