Vüsal Bağırlı - Qəribə adam
28.07.20

Hekayə

Bakının mikrorayon məhəllələrindən birində, iki “xruşşovka”nın kəsişməsindəki “arka”dan  həyətə daxil olub, azacıq irəlilədikdə, baxçanın arxa tərəfindəki düzbucaqlı binaya çatırıq. Bax, həmin evdə yaşayır bizim qəhrəman.
Mehmanı bir neçə ildir tanıyıram. Adətən, ilıq, küləksiz və günəşli havalarda o, həyətə düşür və rəngi solmuş taxta “besedka”nın yanında dayanır.
Bir zamanlar məhəllənin ən fəal uşağı olub Mehman. Diribaş, hazırcavab, yaraşıqlı birisi. Deyillənə görə, yaxşı da futbol oynayırmış, idmanda, turnikdə, qaçışda  ona çatan olmazmış.
Yaşıdları, dostları indi də onu hər kəsə kömək etməyə hazır etibarlı dost, sadiq yoldaş  kimi xatırlayırlar.
Günlərin bir günü, Mehman naməlum, sirr dolu mərəzə düçar olur. Qısa müddət ərzində xəstəlik sürətlə inkişaf edir, getdikcə şiddətlənir. Mehmanın möhkəm orqanizmi amansız təzyiqə tab gətirmir. Bədəni tədricən zəifləyir, psixoloji durumunda ciddi problemlər yaranır. Əsəbləri pozulur.
Valideynləri, yaxınları Mehmanı yaxın-uzaq yerlərə aparırlar, onu müxtəlif  mütəxəssislərə,  həkimlərə göstərirlər, lakin cəhdlər hiss ediləcək xeyiri vermir, aşkar duyulacaq nəticə hasil olmur.
Həmin zamandan etibarən, onun davranışlarında, hərəkətlərində müəmmalı dəyişikliklər baş verir. Heç kəslə əl tutuşmur, paltarını təzələmir, dəyişmir. Yuyunmur, təraş etmir, demək olar heç yemir də.
Xüsusən, qoxulara qarşı həssasdır Mehman, hər şeydən iyrənir. Bu halına görə,  artıq neçə illərdir, məhəllənin hüdudlarını da tərk edə bilmir. Onu bu hala salan xəstəliyin səbəbi, dəqiq diaqnozu, doğru-düzgün müalicəsi isə təəssüf ki, indiyə qədər tapılmamışdır.
İndi, ilin bütün fəsillərində, qışın qarlı-sazaqlı günlərində, yayın nəfəs kəsən bürküsündə, yağışda, şaxtada, o, həmişə eyni qiyafədədir: göy köynəyin üzərindən geyindiyi nazik, qolu didilmiş jaket, boz nimdaş şalvar və qara rəngli dəri ayaqqabılar.
Ağır xəstəliyin geriyədönməz fəsadları öz yerində, lakin qəribəsi odur ki, psixoloji xəstəliklərə xas olan adamayovuşmazlıq, qaraqabaqlıq, susqunluq kimi xüsusiyyətlər onda müşahidə edilmir. Əksinə, söhbətcil və ünsiyyətcildir. Sadə rəftarı, ürəyəyatımlı danışıq tərzi və intellektli zarafatları hər kəsin -  uşağın, böyüyün, qocanın, cavanın -  ürəyinə yol tapir.
Anlaya bilmirsən, naxoşdursa niyə bu cür səlis nitqə, aydın təfəkkürə malikdir, sağlamdırsa nədən bu cür əziyyət, əzab içərisindədir!?
Onunla bağlı əhvalatlar da çoxdur.
Bir dəfə, yaşlı bir qadın qızı ilə məhəllədən keçirmiş. Qəflətən qadının halı pisləşir və səkinin kənarına yıxılır. O, huşunu itirir. Gənc qız hay-haray salıb, təlaşla kömək istəyir, lakin ətrafdakılar, yol boyu gəlib-keçənlər laqeydcəsinə kənara çəkilirlər, özlərini görməməzliyə vururlar. Bu zaman, hardansa Mehman peyda olur. O, bir andaca özünü  köməyə yetirir.  Tez taksi çağırır, qadını və qızı xəstəxanaya yola salır.
Bu onun etdiyi çoxsaylı yaxşılıqlardan, savab işlərdən, sadəcə kiçik bir epizoddur.
Mehmanın iti intuisiyası,  tərəfmüqabilini duyma, anlama qabiliyyəti vardır. Ağır, sağalmaz xəstəliyin daha da itiləyib həssaslaşdırdığı fəhmi ilə insanları tanıyıb seçməkdə onun tayı-bərabəri yoxdur. Bəzən hansısa məqamda, yaxşı tanımadığınız qonşu barədə təfərrüatlı xarakteristikanı məhz ondan ala bilərik. Gümanlarında heç vaxt yanılmır.
Budur, həmişəki kimi əynində  sürtülmüş pencək, qolu sökük köynək, köhnə ayaqqabı, tüklü arıq üzündə sanki çoxdan tanıyırmışsan sayaq, mehriban, gülümsər ifadə ilə tində dayanmışdır. Yaxınlaşıb, hal-əhval tuturam:
- Necəsən Mehman?
- Sağ ol brat, yaxşılıq.  Axşamkı oyuna baxdın?
- Əlbəttə baxdım. Təbrik edirəm, komandan  əla oynadı və yenə də qələbə qazandı.
Birdən, yersiz siqnal verib, məhəllə içi yolda azğın sürətlə yanımızdan  ötən bahalı “cip”ə sarı çevrilir, sahibini işarə edərək əlini yelləyir, başını təəssüflə bulayır və istehza ilə deyir:
- Qonşudur, yeni hacılardandı, ətəyində namaz da qılmaq olar.
Mehmanın maraq dairəsi olduqca genişdir, əhatəlidir: kitablar, siyasət, idman, kino.
Bəyəndiyi yazıçılar: Ki de Mopassan, Lev Tolstoy, Anton Çexov,  xoşladığı filmlər: Kurosavanın  “Yeddi samuray”ı və Kalotozovun “Durnalar uçur”u.
Məhəllədə görünəndə istər-istəməz ayaq saxlayır, onun maraqlı söhbətlərinə, qeyri-adi əhvalatlarına qulaq kəsilirik.
Ümumiyyətlə, onunla istənilən mövzuda söhbət aparmaq mümkündür. Belə ünsiyyətdən əsla yorulmursan, usanmırsan. Onun müasir həyatda baş verən bütün yeniliklərdən məlumatı vardır. Elə bir mövzu yoxdur ki, bu qəribə insanın beyin süzgəcindən, aydın təfəkküründən keçməsin. Özünə sual verirsən, bütün bunları axı o, haradan bilir?!
Halına acıyan qonşular, sakinlər bəzən ona kömək üçün pul, pal-paltar, qida təklif edirlər, fəqət, Mehman belə şeylərə tam biganədir. Ya onları qəbul etmir,  ya  etsə də, aparıb ehtiyacı olan  başqa birisinə verir.
Artıq, yaz gəlib, təbiət oyanır, Mehmanın da davranışlarında, danışığında ümidverici canlanma,  nikbin yenilənmə hiss olunur.
Baxın, talenin üz çevirdiyi bu bəxtsiz insan yenə “arka”nın yanındakı həmin o yerdə dayanıb. Yaxınlaşınca çevrilir, tanıyınca gülümsəyir. Hər il mənə verdiyi vədi təkrarlayır:
- Havalar düzəlir brat, söz verirəm, bu yay mütləq paltarımı yeniləyəcəm, üzümü də qırxacam. Artıq hiss edirəm ki, sağalıram.
- Əlbəttə ay Mehman, üstəlik cavan oğlansan, evlənə də bilərsən.
Gülür. Əl edib, sağollaşıram.
Həyatsa beləcə davam edir.

Yenililklər
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.